qəd sözü azərbaycan dilində

qəd

Yazılış

  • qəd • 97.6190%
  • Qəd • 2.3810%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dünyanın qədim şəhərləri
Qədim şəhər iddiası şəhər anlayışında fərqli baxışlara görə mübahisəli ola bilər. Qədim şəhər dedikdə ilk növbədə daima məskunlaşma başa düşülür.
Dəmir Alməmmədov (Qədim oğlu)
Elman Qədirov
Elman Hidayət oğlu Qədirov — İctimai Televiziya və Radio Yayımları Şirkətində sabiq baş direktorun radio üzrə müavini. Azərbaycan Respublikasının əməkdar jurnalisti == Həyatı == Azərbaycanın aparıcı qəzetlərində və "AzərTAc" informasiya agentliyində rəhbər vəzifədə işləyib. "Qızıl qələm" mükafatı laureatıdır. Bir çox yaradıcılıq müsabiqələrinin qalibidir. Yüzlərlə publisistik və analitik yazıları dərc olunub. 2013-cü ildə AzərTAc dövlət informasiya agentliyində bölmə müdiri vəzifəsinə təyin olunub.
Elnur Qədirli
Eltən Qədimbəyli
Eltən İdris oğlu Qədimbəyli (7 yanvar 1979, Sədərək, İliç rayonu) — Qafqaz TV-nin direktoru, azərbaycanlı rejissor, yazar, tv menecmenti, yapımcı, [["Çölçü" Milli Mədəni İrsin inkişafı birliyinin rəhbəri . Eltən Törəçi bir televiziyaçı kimi, son 20 ildə 3 fərqli televizyanın icraçı direktoru olub. Qurduğu və əmək verdiyi televiziyalar sektorda böyük uğurlara imza atıb, müxtəlif ödüllərə layiq görülüb. Onun direktoru olduğu Cənub televizyasının açılışında iştirak edən Azərbaycan prezidenti İlham Əliyev televiziyada görülən işləri yüksək qiymətləndirib. == Həyatı == Eltən İdris oğlu Qədimbəyli 7 yanvar 1979-cu ildə Naxçıvan MR Sədərək kəndində anadan olmuşdur. İlk təhsilini Naxçıvan MR Sədərək rayonu 1 saylı orta məktəb almışdır. 1992–1995-ci illərdə təhsilini Bakı şəhərində, Kimya-biologiya təmayüllü liseydə davam etdirib. 1995–1999-cu illədrdə ADMİU teatr-kino fakültəsini dram rejissorluğu ixtisası üzrə başa vurduqdan sonra, 2010-cu ildə təhsilini K. Karpenko adına Kiev Dövlət Kino, Televiziya və Teatr Universitetinin ekran incəsənəti fakültəsində televiziya rejissorluğu ixtisası üzrə davam etdirib. 2011-ci ildə isə K. Karpenko adına Kiev Dövlət Kino, Televiziya və Teatr Universiteti kinoşünaslıq fakültəsinin aspiranturasında təhsil alıb. Bir neçə filmin və televiziya layihələrinin müəllifidir.
Elvar Qədimov
== Siyahı ==
Elvin Qədirov
Elxan Qədimov
Elxan İslam oğlu Qədimov (1946) — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı (1993–1993). == Həyatı == 1946-cı ildə anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının "Meyvə-tərəvəzçilik və üzümçülük" fakültəsini, 1997-ci ildə Bakı Dövlət Universitetinin "Hüquq" fakültəsini bitirmişdir. 1975–1981-ci illərdə Gəncə Yaşıllaşdırma trestində aqronom, rəis işləmiş, 1991-ci ilin yanvar-mart aylarında Gəncə Şəhər Təcrübəvi-İstixana Kombinatında direktor, Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini və 21 fevral 1993-cü ildən 1993-cü ilin iyun ayınadək Gəncə Şəhər İcra Hakimiyyəti başçısı işləmişdir. 1993–1998-ci illərdə Gəncə Təcrübəvi İstixana Kombinatında direktor, 1998–2009-cu illərdə "EL-Azəri" MMC-nin sədri kimi azad sahibkarlıq fəaliyyətilə məşğul olmuşdur. 2009-cu ilin dekabrından Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində idarə rəisi vəzifəsində çalışır.
Emin Qədirov
Emin Asif oğlu Qədirov (25 aprel 1995, Bakı şəhəri,Xəzər rayonu, Zirə qəsəbəsi- 21 oktyabr 2020 Füzuli rayonu,Gecəgözlü kəndi,Azərbaycan)- Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2-ci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Emin Qədirov 1995-ci il aprelin 25-də Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində anadan olub. 2002–2013-cü ilə qədər 241 nömrəli məktəbdə orta təhsilini alıb. 2013–2017-ci ilə qədər Azərbaycan Memarlıq və İnşaat universitetində ali təhsil alıb. Ali təhsilini aldıqdan sonra 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb və xidmətini uğurla bitirib. Xidmətdən qayıdandan sonra müxtəlif müvəqqəti işlərdə işləyib. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinə könüllü olaraq qatılıb. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında iştirak etmişdir. 21 oktyabr 2020-ci ildə Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. == Hərbi xidməti == 2017-ci ilin iyul ayında SHXÇDX-nin Bakı şəhəri, Xəzər rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılmış, N saylı hərbi hissədədə xidmət edib.
Erkin Qədirli
Erkin Toğrul oğlu Qədirli (13 may 1972, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü. == Həyatı == Erkin Qədirli 13 may 1972-ci ildə Bakı şəhərində anadan olub. 1994–2006-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi olub, hüquq nəzəriyyəsi fənnini tədris edib, həmçinin Beynəlxalq Münasibətlər fakültəsində mühazirələr oxuyub. Müxtəlif vaxtlarda Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı, BMT, Avropa Şurası, ATƏT kimi təşkilatlarda, həmçinin bir sıra milli və beynəlxalq layihələrdə və işçi qruplarında ekspert kimi fəaliyyət göstərib. 1998-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin təsisinə dair Romada keçirilmiş BMT-nin Diplomatik Konfransında Azərbaycanın nümayəndə heyətinin üzvü olub. 1999-cu ildə Almaniyada nəşr edilmiş "Commentary on the Rome Statute of the International Criminal Court" (azərb. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinin Şərhi‎) kitabının müəlliflərindən biridir. 25 dekabr 2008-ci ildə yaradılmış "Respublikaçı Alternativ" (REAL) siyasi hərəkatının həmtəsisçisi olub. == Siyasi Fəaliyyəti == 2014-cü il mayın 13-də Respublikaçı Alternativ partiyasında başqanlıq vəzifəsindən kənarlaşdırılıb. Respublikaçı Alternativ (REAL) partiyasının İdarə Heyəti üzvü olmuşdur.
Fars dövrü (Qədim Misir)
İran Misiri və ya Fars Misiri — İran dövlətlərinin Misir ərazisini idarə etdiyi tarixi dövr. İran Misirinin tarixi üç dövrə bölünür: Əhəməni Misiri (e.ə. 525–404 və e.ə. 343–332 BC) — müstəqillik intervalı ilə bölünmüş, Əhəmənilər dövləti hakimiyyətini əhatə edən iki tarixi dövr. Onlar: İyirmi yeddinci sülalə (e.ə. 525–404), həmçinin Birinci Misir satraplığı. Otuz ikinci sülalə (e.ə. 343–332), həmçinin İkinci Misir satraplığı. Sasanilərin Misirə yürüşü (619–629) — Sasanilər imperiyasının Misiri işğal etdiyi dövr. Həmçinin, Sasani Misiri də adlanır.
Fatma Qədri
Fatma xanım Qədir qızı Qədri (1 (14) aprel 1907, Odessa, Xerson quberniyası – 29 fevral 1968, Bakı) — Azərbaycan teatr aktrisası, Azərbaycanda ilk peşəkar teatr təhsili görmüş qadın-aktrisa, Azərbaycan SSR xalq artisti (1943). == Həyatı == Milli səhnəmizin ilk peşəkar aktrisalarından olan yüksək səhnə mədəniyyəti örnək sayılan, zəngin dünyagörüşlü, geniş mütaliəli ziyalı, ciddi xarakterli ifaçısı Fatma xanım Qədir qızı 14 aprel 1907-ci ildə Qərbi Rusiyanın Odessa şəhərində doğulmuşdur. Rus dilində təhsil almış və yeniyetmə yaşlarından ailəsi Bakıya köçən Fatma xanım Azərbaycan Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu almışdır. Fatma Qədir qızı Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir (1926). Səhnə fəaliyyətinə 1926-cı ildə Bakı Türk İşçi Teatrında başlamış, burada Nübar ("Cancur Səməd", M. Əfəndiyev; J. B. Molyerin "Zorən xəstə" əsərinin təbdili), Sürucuin ("Hind qızı", Ə. Hamid), Oa-Şen ("Çin tanrısı", F. Pavlovun "Tunc büt" əsəri üzrə), Gülüş və Sevil ("Sevil", C. Cabbarlı), Xumar ("Şeyx Sənan", H. Cavid), Esmeralda ("Paris Notrdam kilsəsi", V. Hüqonun eyniadlı əsəri üzrə), Gülbahar ("Anamın kitabı", C. Məmmədquluzadə) kimi səhnə obrazları yaratmışdır. 1932–1935-ci illərdə Bakı Rus Dram Teatrının aktrisası olmuş, 1936-cı ildən Azərbaycan Milli Dram Teatrında işləmişdir. Əsas rolları: Maşa ("Dubrovski", A. S. Puşkin), Xuraman ("Vaqif", S. Vurğun), Cülyetta, Emiliya ("Romeo və Cülyetta", "Otello", U. Şekspir), Luiza ("Məkr və məhəbbət", F. Şiller), Larisa, Katerina ("Cehizsiz qız", "Tufan", A. Ostrovski), Polina ("Ögey ana", O. Balzak), Gültəkin ("Aydın", C. Cabbarlı), Məhəbbət ("Məhəbbət", M. İbrahimov). 1933-cü ildən pedaqoji fəaliyyət göstərmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 fevral 1936 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943 "Şərəf nişanı" ordeni — 9 iyun 1959 "Qırmızı əmək bayrağı" ordeni == İstinadlar == == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008.
Fəxrəddin Qədirov
Fəxrəddin Əbülfət oğlu Qədirov (19 iyul 1950, Nuxa) — Geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2007), AMEA-nın həqiqi üzvü (2014), Azərbaycan Respublikası Təhsil Nazirliyinin Neft və Qaz İnstitutu (Azərbaycan) nun baş direktoru. == Həyatı == Fəxrəddin Qədirov 19 iyul 1950-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1967-ci ildə Şəki şəhər məktəbini gümüş medalla bitirmiş, həmin ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) fizika fakültəsinə daxil olmuş və 1972-ci ildə oranı bitirmişdir. Hələ tələbəlik illərində F.Qədirov elmi tədqiqat işinə həvəs göstərmiş, Tələbə Elmi Cəmiyyətinin işində yaxından iştirak etmiş, Bakı, Novosibirsk və Moskva şəhərlərində keçirilən tələbə elmi konfranslarında məruzələrlə çıxış etmişdir. Yer fizikasına olan həvəsi 1975-ci ildə F.Qədirovu AMEA Geologiya İnstitutuna gətirmişdir. Əmək və elmi fəaliyyəti ilə AMEA Geologiya İnstitutuna bağlanan F.Qədirov 1981-1986-cı illərdə kiçik elmi işçi, 1986-1988-ci illərdə böyük elmi işçi, sonralar “Qravimetriya” laboratoriyasının rəhbəri, “Geodinamika və Seysmologiya” şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2013-cü ildən AMEA Rəyasət heyətinin üzvü, Yer Elmləri Bölməsinin akademik -katibidir. F.Qədirov 1984-cü ildə geofizika ixtisası üzrə “Yerin üst mantiyasının iki təbəqəli modelində daxili dalğaların yaranması və sərbəst düşmə təcilinin qabarmayan dəyişməsinə təsiri” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 2002-ci ildə isə “Azərbaycanın dərinlik quruluşunun ədədi qravitasiya modelləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcələrini almışdır. Qafqazın müasir geodinamikasının və seysmik aktivliyinin tədqiqi, zəlzələlərin paylanmasının geotektonik aspektlərinin inkişaf etdirilməsi, geoloji proseslərin fiziki mexanizmlərinin öyrənilməsi, qravitasiya sahəsinin məkan və zaman dəyişmələrinin ədədi analizi və yer qabığı quruluşunun modelləşdirilməsi kimi problemlər onun elmi tədqiqatlarının əsas istiqamətlərini təşkil edir. 1998 və 2000-ci illərdə ABŞ-nın Massaçusets Texnologiya İnstitutunda GPS tədqiqatları ilə məşğul olan alim bu texnologiyanı dərindən mənimsəmiş və 1998-ci ildə onun təşəbbüsü ilə Azərbaycan ərazisində ilk dəfə olaraq GPS müşahidə sistemi qurulmuş və GPS texnologiyası əsasında Azərbaycan ərazisinin müasir geodinamikasının tədqiqinin əsası qoyulmuşdur.
Fəzəl Qədir Çaudhri
Fəzəl Qədir Çaudhri — Şərqi Pakistan (indi Banqladeş) əsilli Pakistan Milli Məclisinin 5-ci spikeri vəzifəsini icra edən siyasətçi. Əyyub Xanın Konvensiya Müsəlman Birliyinə aid idi. Ayrıca, Əyyub Xanın ölkəni tərk etdiyi zaman Pakistan prezidentinin səlahiyyətlərini icra edirdi. Böyük qardaşı Fəzlul Kabir Çaudhri, Şərqi Pakistan məclisində müxalifətin lideri idi. Böyük qardaşının səlahiyyətlərini əvvəl Təzmuddin xan icra edirdi. == Erkən həyatı == Çaudhri 26 mart 1919-cu ildə Çhittaqonq rayonunun Qahira kəndində anadan olub. Kəlküttə Rəhbərlik Kollecini bitirdi və Kəlküttə Universiteti Hüquq Kollecindən hüquqşünaslıq dərəcəsi qazandı. 1941-ci ildə Bütün Hindistan Müsəlman Tələbə Federasiyasının baş katibi seçildi. Müsəlman Birliyinə qoşulmuş və 1943-cü ildə partiyanın Çhittaqonq rayon təşkilatının katibi seçilmişdir.
Gəncə qalası (qədim şəhər yeri)
Qədim Gəncə — arxeoloji kompleks, orta əsrlər Gəncəsində məntəqə, təxminən XVII əsrdə burada şəhər mövcud olmuşdur. Qədim Gəncənin xarabalıqları hal-hazırda Azərbaycanın Gəncə şəhərinin 6–7 km şimal-şərqindədir. Qalanın xarabalıqları Gəncə şəhərinin yaxınlığında yerləşir. Şəhər yerində müxtəlif dövrlərdə arxeoloji qazıntı işləri aparılsa da bu işlər tamamilə yekunlaşdırılmayıb. Qazıntılar zamanı qala divarlarının bir hissəsi, şəhərin müxtəlif ictimai binalarının qalıqları və çoxlu maddi mədəniyyət nümunələri aşkarlanıb. Arran memarlıq məktəbinə uyğun olaraq Gəncə qalasının divarları kərpicdən inşa edilib. Ümumiyyətlə qədim Gəncə şəhər yerinin erkən orta əsrlər dövründə inkişafa başladığı, Nizami Gəncəvi dövründə ən yüksək inkişaf mərhələsinə çatdığı, monqol yürüşləri zamanı dağıdılaraq tənəzzülə uğradığı bildirilir. Lakin sonradan şəhər yenidən bərpa edilərək böyük ticarət mərkəzinə çevrilmişdi. == Yerləşməsi == Qədim Gəncə ilə Gəncənin arasında bir neçə dəqiqə fərq var. Bəzi orta əsr mənbələri indiki Gəncənin coğrafi mövqeyi haqqında məlumat verir.
Hacı Qadir Qədirzadə
Hacı Qadir İbrahim oğlu Qədirzadə (20 may 1948, Cəhri, Naxçıvan rayonu – 8 mart 2018) — tarixçi-etnoqraf, tarix elmləri doktoru (2005). AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki Azərbaycan Pedoqoji İnstitutu) Naxçıvan filalını bitirmiş (1971), Cəhridə müəllim işləmişdir (1971-75). AMEA-nın Regional Elm Mərkəzində (indiki AMEA-nın Naxçıvan Bölməsi) kiçik elmi işçi, arxeologiya, etnoqrafiya və folklor şöbəsinin (1979-86), Arxeologiya və Etnoqrafiya şöbəsinin (1987-92) müdiri, elmi işlər üzrə direktor müavini (1992-2002) işləmişdir. 2003-cü ildən 2018-ci ilə qədər AMEA Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini olub. Elmi fəaliyyətində ailə-məişət məsələləri, etnik tarix, etnik-mədəni münasibətlər, etnodemoqrafik proseslər, inanclar sistemi,türk xalqları arasında etnogenetik əlaqələrin öyrənilməsi əsas yer tutur. 150-dən çox elmi, elmi puplisistik məqalənin bir neçə kitabın müəllifidir. Əsərləri Moskvada, Ankarada, İstanbulda və digər yerlərdə dərc olunmuşdur. Beynəlxalq elmi məclislərdə məruzələr etmişdir. 8 mart 2018-ci ildə vəfat edib.
Heydər Qədirov
Heydər Qədirov (tam adı: Heydər Əliheydər oğlu Qədirov) — riyaziyyatçı, iqtisadçı və elmşünas alim, iqtisad üzrə fəlsəfə doktoru. == Həyatı == Heydər Qədirov 22 may 1946-cı ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. == Elmi fəaliyyəti == 1970–1978-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində işləmiş, İnstitutun aspiranturasını bitirmişdir. Eyni zamanda Azərbaycan Neft-kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) ali riyaziyyat və tətbiqi riyaziyyat kafedralarında çalışmışdır. 1978–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Rəyasət Heyəti aparatında işləmişdir: 1978–1981-ci illərdə elmi katib, 1981–1997-ci illərdə Elmi-təşkilat şöbəsinin rəisi olmuşdur. Eyni zamanda Respublika Elmi Tədqiqatların Koordinasiyası Şurasının elmi katibi (1985–1997-ci illər), EA Rəyasət Heyəti yanında İnnovasiya Mərkəzinin direktoru (1989–1997-ci illər), Azərbaycan SSR Nazirlər Soveti sədrinin məsləhətçisi (1989–1992-ci illər), "Ziya Bünyadov" Elm və Təhsil Fondunun nəzdində yaradılmış "Ziya" Universitetinin rektoru (1996–1998-ci illər) vəzifələrini icra etmişdir. 1997–2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun şöbə müdiri, 1998–2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının "Yanacaq-energetika kompleksinin iqtisadiyyatı" kafedrasının professoru, 2000–2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda qrup rəhbəri, 2004–2006-cı illərdə "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin şöbə müdiri vəzifələrində çalışmışdır. 1998-ci ildən Azərbaycan Milli Yaradıcılıq Akademiyasının innovasiyalar üzrə prezident müavini vəzifəsini icra etmişdir. 2007-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasının "Menecment" kafedrasında işləyir.
Humay Qədimova
Humay Qədimova (26 aprel 1986, Bakı) — Azərbaycan musiqiçisi, görkəmli xanım tarzən, pedaqoq. == Həyat və yaradıcılığı == Humay Qədimova 26 aprel 1986-cı il Bakı şəhərində anadan olmuşdur. 1994–2001-ci illərdə Nizami rayonu 272 saylı orta məktəbdə, 1997–2001-ci illərdə S. Ələsgərov adına 1 saylı uşaq incəsənət məktəbində tar ixtisası üzrə təhsil almışdır. Bu illərdə "Qönçə" müsabiqəsində iştirak etmiş və 2-ci yeri qazanmışdır. 2001–2005-ci illərdə Asəf Zeynallı adına musiqi texnikumunda təhsil almış, bu illərdə qızlardan ibarət muğam üçlüyü yaratmış və qısa zamanda bu üçlüklə bir çox dövlət və televiziya tədbirlərində iştirak etmişdir. Bununla bərabər təhsil aldığı illərdə respublika müsabiqəsinə hazırlaşmış və burada da 2-ci yerə layiq görülmüşdür. 2005–2009-cu illərdə Milli Konservatoriyada təhsil alaraq və buranı fərqlənmə diplomu ilə bitirmişdir. Bu illərdə artıq yaratdığı qızlardan ibarət muğam üçlüyü ilə bir çox ifaçılar ilə (Nəzakət Teymurova, Aygün Bayramova, Aygün Bəylər, Sevinc Sarıyeva, Almaz Orucova, Səkinə İsmayılova, Simarə İmanova, Tahirə Muradova, Aytən Məhərrəmova, Arzu Əliyeva) birgə çalışmış, əməkdaşlıq etmiş, dövlət tədbirlərində iştirak etmişdir. Onun 2008-ci ildəki ən uğurlu çıxışları arasında Türkiyə müğənnisi Tarkanla birgə Bakıda H. Əliyev Sarayında keçirilən konsertdə müşayiətini qeyd etmək olar. 2009-cu ildə isə Sərdar Ortaç ilə birgə H. Əliyev adına Respublika Sarayında konsertdə iştirak etmişdir.
Hökmdar hamamı (Qədim Gəncə)
Hökmdar hamamı — Qədim Gəncə ərazisində, Hökmdar sarayı kompleksinə daxil olan XVI əsrə aid tarix-memarlıq abidəsidir. == Tarixi == Xan hamamı 1938-1939-cu illərdə Qədim Gəncə qalası ərazisində aparılmış arxeoloji qazıntılar zamanı, birinci qala divarı daxilində yerləşən Hökmdar sarayının yanında aşkar edilmişdir. Tikilinin memarlıq xüsusiyyətləri, otaqların və suyun qızdırılması üçün şəraitin yaradılması, həmçinin iki su kəmərinin aşkarlanması tədqiqatçıların bu tikilinin hamam olmasını deməyə əsas vermişdir. Hamam ərazisindən 3 metr dərinlikdə sikkə dəfinəsi üzə çıxarılmışdır. Dəfinədə XII-XIII əsrlərə aid 104 mis sikkə olmuşdur. == Memarlıq xüsusiyyətləri == Tikili ərazisində 40-50 sm qalınlıqlı divarlara malik tüstü boruları və istiliyin təsiri ilə yanmış otaqlar aşkarlanmışdır. Hamamın aşmış divarlarından biri üzərində bir neçə qat əhəng məhlulu üzlüyü vardır. Divarın ən yuxarı hissəsi isə üçbucaqlardan əmələ gələn kobud həndəsi naxışlarla bəzədilmişdir. Həmçinin, tikilinin altından keçən iki boru kəməri aşkarlanmışdır. == İstinadlar == == Ədəbiyyat == Джафарзаде, И. М. Историко-археологический очерк Старой Гянджи.
Hökmdar sarayı (Qədim Gəncə)
Hökmdar sarayı — Qədim Gəncə qala-şəhərində yerləşən XI-XII əsrlərə aid tarix-memarlıq abidəsidir. Abidə 1939-1940-cı illərdə arxeoloq İ. Cəfərzadənin rəhbərliyi ilə aparılmış qazıntı-tədqiqat işləri zamanı aşkar edilmiş və öyrənilmişdir. Saray ərazisində aparılmış arxeoloji qazıntılar, Qədim Gəncənin XI-XV əsrlərdə məişəti lə bağlı bir sıra məsələlərə cavab verməyə şərait yaratmışdır. Sarayın aid olduğu dövrün müəyyən edilməsində əsas rolu kompleks ərazisindən əldə edilmiş keramika qalıqları və sikkələr oynamışlar. Saray binasının və kompleksə daxil olan digər tikililərin divarları çiy kərpic və gil məhlulundan istifadə edilməklə inşa edilmişdir. Yalnız kompleksi əhatə edən divarların inşasında çaydaşı və əhəng məhlulundan istifadə olunmuşdur. == Tarixi == 1939-cu ildə Qədim Gəncə qalasının birinci qala divarı daxilində, qala divarının şərq künc qülləsindən 200 addım şimalda həyata keçirilmiş qazıntılar zamanı 240 m2 sahəyə malik yaşayış kompleksinin qalıqları aşkarlanmışdır. Yaşayış kompleksinin ətrafında çoxlu sayda xidməti otaqlar da açılmışdır. Dəbdəbəli xüsusiyyəti, orta əsrlər üçün həddən artıq böyük olan ərazisi və yerləşdiyi əraziyə (kompleks şəhərin tam mərkəzində, sitadelin daxilində yerləşir) görə aşkarlanmış kompleksin Hökmdar sarayı olması qərarına gəlinmişdir. Saray ərazisində aparılmış arxeoloji qazıntılar, Qədim Gəncənin XI-XV əsrlərdə məişəti lə bağlı bir sıra məsələlərə cavab verməyə şərait yaratmışdır.
IV Qəddar Eoxayd
IV Qəddar Eoxayd və ya Eoxayd mak Ayda (şot.kelt Eochaid mac Áeda; VIII əsr – 819) — Dal Riada kralı (811–819). == Həyatı == IV Eoxayd Ağ Edin və onun pikt əsilli həyat yoldaşının oğlu idi. Beləliklə, IV Eoxayd Piktaviya kralı Konstantinin bacısı oğlu idi. IV Eoxayd kral Konstantinin dəstəyi ilə taxta çıxmışdır. Buna baxmayaraq, onun hakimiyyət şəriki var idi – əmisi Konstantinin oğlu III Domnall. IV Eoxayd 819-cu ildə vəfat etmiş, taxtı III Domnalla buraxmışdır. === Ədəbiyyat === Braun, Deyvid. The Irish Identity of the Kingdom of the Scots in the Twelfth and Thirteenth Centuries. Vudbric: Boydell,. 1999.
Kamal bəy Qədimbəyov
Kamal bəy Ələkbər bəy oğlu Qədimbəyov — Yeyinti sənayesi nazirinin müavini, Mirzə Qədim İrəvaninin nəvəsi. == Həyatı == Kamal bəy Qədimbəyov 1898-ci ildə İrəvanda anadan olmuşdur. Kamal bəy Qədimbəyov Azərbaycan Dövlət Universitetinin (indiki BDU) iqtisadiyyat fakültəsini bitirmişdir. Uzun illər Azərittifaqın sədr müavini və başqa məsul vəzifələrdə çalışmışdır. 1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. Gülrux xanım və Kamal bəy Qədimbəyovların övladları Zaur Qədimbəyov və Əmirə xanımdır.
Kampan Qədimov
Kampan Qədimov (əsl adı: Əlibaxış Qədimov; ləqəbi: Məşədi Kampan; 1853–1928) — neft maqnatı, xeyriyyəçi, milyonçu. == Həyatı == Kampan Qədimov Balaxanıda doğulub. Ömrünün böyük hissəsini burada yaşamış, burada da vəfat etmiş və Balaxanı qəbirstanlığında dəfn edilmişdir. Neft milyonçusunun qəbir daşının üstündə ərəb və ingiliscə "Mer Qanpan Kadimof" yazılıb. Kampan Qədimovun evi kənddə hələ də qorunur. 21 otaqdan ibarət bu evdə milyonçu neftxudanın nəticəsi Kampan Qədimov yaşayır. Kampan Qədimov səxavətli, əliaçıq və təvazökar insan olub. Nəticəsi onun xeyriyyəçiliyindən bəhs edir: "Gəlib deyirlərmiş ki, Məşədi Kampan, bir dənə məktəb tikmək lazımdır. O da "nə qədər pul lazımdır" soruşanda əgər 100 min manat istəyirdilərsə, çıxarıb bir milyon verirmiş. Yəni gedin, lap on məktəb tikin.
Konsul (Qədim Roma)
Roma konsulu — Qədim Romada ali magistraturadan biri. İki nəfər olub, bir illiyə seçilirdi. İki konsul kollegiyası Məğrur Tarkvini qovulduqdan sonra (e.ə. 510–509) təsis edilmişdi. Əvvəllər yalnız patrisilərdən, e.ə. 367–366 illərdən isə həm də plebeylərdən seçilirdi. Konsullar ali mülki və hərbi hakimiyyətə malik idilər; fövqəladə vəziyyətdə senat konsula qeyri-məhdud hüquqlar verirdi. İmperiya dövründə konsul fəxri titula çevrildi. Konsul Qədim Romada maqistrat. Adətən iki konsul seçilirdi.
Laçın-Qədim Oğuz yurdu (kitab)

"qəd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qəd nədir? #qəd sözünün mənası #qəd nə deməkdir? #qəd sözünün izahı #qəd sözünün yazılışı #qəd necə yazılır? #qəd sözünün düzgün yazılışı #qəd leksik mənası #qəd sözünün sinonimi #qəd sözünün yaxın mənalı sözlər #qəd sözünün əks mənası #qəd sözünün etimologiyası #qəd sözünün orfoqrafiyası #qəd rusca #qəd inglisça #qəd fransızca #qəd sözünün istifadəsi #sözlük