RÖ sözü azərbaycan dilində

Yazılış

  • RÖ • 55.5556%
  • rö • 22.2222%
  • Rö • 22.2222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dədə Ömər Rövşəni
Dədə Əmir Rövşəni (1407, Osmanlı imperiyası – 1487, Təbriz) — türk mənşəli ələvi şair, XV əsr xəlvəti şeyxi və Seyid Yəhya Bakuvinin öndə gələn xəlifələrindən biri. == Həyat və fəaliyyəti == "Ləmazat" əsərində "nur əhlinin seçgini", "aləm və adəmin işığı", "can və tən əhlinin eşq sirlərinin rəhbəri", "aləm imamlarının qütbü", "sirlər aləminin eşq və sevgi nuru", "yetişdirici qütblərin məna iqliminə gedən aydınlıq yolu" deyə tövsif edilmişdir. Daha çox şeirlərində istifadə etdiyi Rövşəni məxləsi ilə tanınır. Əsl adı Əmir Əli'dir, ləqədi Dədə, künyəsi Əli ibnu binti Umur bəydir. Atası haqqında məlumat olmadığı halda ana babsı "Töhfətül-mücahid" əsərinə görə İldırım Bəyazidin əmirlərindən Qara Timuurtaş Paşanın oğlu Qazi Umur bəydir. "Ləmazat" da Aydın oğlu Umur bəy göstərilir. Şairin babasının bölgədə Osmanlılardan əvvəl hökm sürən Aydınoğulları sülaləsindən əlli il ara ilə bəylik edən iki Umur bəydən biri, böyük ehtimalla birincisi olduğu qəbul edilir. Belə ki,Ömər Rövşəni Aydın ili bölgəsinin o vaxtkı mərkəzlərindən Gözəlhisara aid Tirədən olduğunu bildirir: – demişdir. Doğulduğu il dəqiq olara bilinməsə də aparılan araşdırmalar doğum ili kimi 1407–1417-ci illər arasını göstərib. Təsəvvüfə və Bakıya gələrək Seyid Yəhya Bakuviyə bağlanmasına böyük qardaşı Əlaəddin Əli səbəb olmuşdur.
Elizabet Röm
Elizabet Röm (alm. Elisabeth Röhm‎; 28 aprel 1973, Düsseldorf) — Almaniya-ABŞ televiziya və film aktrisası.
Ernst Röm
Ernst Yulius Günter Röm (alm. Ernst Julius Günther Röhm‎; 28 noyabr 1887[…], Münxen, Bavariya Krallığı, Almaniya imperiyası – 1 iyul 1934[…]) — nasional sosialistlərin liderlərindən biri və SA rəhbəri. SA-nın bəzi liderlərlə birlikdə, Hitlerin əmri ilə "uzun bıçaqlar gecəsində" öldürülmüşdür.
Görüntülər (Rövşən Abdullaoğlu)
Görüntülər — Rövşən Abdullaoğlunun İbn Sinanın “İşarat və tənbihat” (Göstəriş və təlimatlar) kitabının X fəslinə yazdığı tərcümə və şərhi. == Məzmun == “Görüntülər” İbn Sinanın irfan mövzusunda yazdığı ən dəyərli və nadir əsərlərindəndir. İrfan, kəramətlər, möcüzələr, qeybi xəbərlər, sehr, göz dəyməsi, mələklərin nazil olması, mənəvi seyr, qeybi aləmlər, yuxular, vəhy, mükaşifələr və onların xüsusiyyətləri kimi bir çox dəyərli mövzularla əlaqədar qaranlıq nöqtələr məhz bu əsərdə öz həllini tapacaqdır. == Nəşr == Kitab 2014-cü ildə Rövşən Abdullaoğlu tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə və şərh edilmiş, Bakıda Qədim Qala nəşriyyatında "İrfani kitablar" silsiləsindən 216 səhifədə 60x90 ölçüsündə çap edilib. == Həmçinin bax == Ariflərin irfani məqamları == İstinadlar == == Xarici keçidlər == "Görüntülər" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
Haynz Rötke
Heinz Röthke (alm. Heinz Röthke‎; 19 yanvar 1912, Angermünde, Alman İmperiyası -14 iyul 1966, Volfsburq, Almaniya) — SS Obersturmführeri, 1940-cı ildən işğal olunmuş Fransadan yəhudiləri deportasiyasa edən liderlərindən biri. == Haqqında == Haynz Rötke 19 yanvar 1912 ci ildə anadan olub. Berlin Humboldt Universitetində hüquq təhsili alıb. Haynz Rötke Münhendə hökumət şurasında məmur vəzifəsində çalışıb. Fransanın işğalından sonra Brestdə hərbi məsləhətçi olub. 1942-ci ilin yazından o, Fransadakı gestaponun qondarma yəhudi hakiminin rəhbəri, Teodor Dannekkerin müavini olub və 1943-cü ilin iyulunda bu vəzifədə onu əvəz etdi. Yəhudilərin ölüm düşərgələrinə sürgün edilməsində fəal iştirak edib. Rötkenin 5 noyabr 1942-ci ildə İmperator Təhlükəsizlik Baş İdarəsinə göndərdiyi teleqram qorunub saxlanılmışdır: .}} == Müharibədən sonra == Müharibə bitdikdən sonra Rötke Volfsburqda yaşayıb və hüquq məsləhətçisi işləyib. O, Fransada qiyabi ölüm cəzasına məhkum edilib.
Herman Rösler
Karl Fridrix Herman Rösler (alm. Carl Friedrich Hermann Roesler‎; 18 dekabr 1834 – 2 dekabr 1894, Bolsano, Cənubi Tirol, Avstriya-Macarıstan) – Almaniya hüquqşünası və iqtisadçısı. Yaponiyada fəaliyyət göstərmiş, Meyci hökumətinin xarici məsləhətçilərindən biri olmuşdur. == Həyatı == Herman Rösler 1834-cü ildə doğulmuşdur. Onun atası vəkil olmuşdur. Rösler Erlangen və Münhen universitetlərində hüquq və politologiya üzrə təhsil almışdır. Məhkəmələrdə işlədikdən sonra Erlangen Universitetində privat-dosent, 1862-ci ildə isə Rostok Universitetində professor dərəcəsi almışdır. 1878-ci ildə Yaponiya hökumətinin təklifini qəbul edərək Yaponiyaya gəlmişdir. O, Yaponiyanın Xarici İşlər Nazirliyində işləməyə başlamış, 1884-cü ildə kabinetin hüquq məsləhətçisi olmuşdur. Konstitusiya tərtib etməklə vəzifələndirilən İto Hirobuminin tələbindən sonra Rösler İnoe Kovaşi ilə birlikdə Meyci konstitusiyası üçün qaralamalar hazırlamışdır.
Hər bir insan hökmdardır (Rövşən Abdullaoğlu)
Hər bir insan hökmdardır — Rövşən Abdullaoğlunun "Psixoloji kitablar silsiləsində" yazdığı və 2012-ci ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. == Haqqında == Var-dövlət içində üzən insanın batini mənfi narahatedici fikirlər və əzabverici hislərlə doludursa, o, yenə də özünü dünyanın ən kasıb, miskin insanı kimi hiss edəcəkdir. O, hər nə qədər böyük alınmaz qəsrlərdə yaşasa belə, yenə də Somalidə küçədə yatan, lakin ruhu gələcəyə ümidlə dolu olan, müsbət düşüncələrlə yaşayan gəncdən daha çox özünü evsiz-eşiksiz biri kimi hiss edəcəkdir… Batini yoxsulluqdan azad olan ən az vasitələrlə varlı olacaqdır. Batini yoxsul olan kəs isə dünya sərvətinin üzərində otursa belə, yenə də kasıbdır. == Nəşr == Kitab azərbaycan dilində 4 dəfə — 2012, 2013, 2015 və 2017-ci illərdə təkrar nəşr olunub. == Satış == Kitabevim. AZ kitab mağazasının 2016-cı ildə ən çox satılan 30 bədii, uşaq və tərcümə ədəbiyyatı kitablarının siyahısında "Bədii (Çağdaş Azərbaycan Ədəbiyyatı silsiləsi üzrə)" kateqoriyası üzrə 25-ci olub. == Həmçinin bax == Qorxular == İstinadlar == == Xarici keçidlər == "Hər Bir İnsan Hökmdardır (4-cü nəşr)" ( (az.)). qedimqala.az. 2019-04-25 tarixində arxivləşdirilib.
Jak Röne Şirak
Jak René Şirak (fr. Jacques René Chirac, fransız: [ʒak ʁəne ʃiʁak] ( dinlə); 29 noyabr 1932[…], V arondisman – 26 sentyabr 2019[…], VI arondisman) — Fransız siyasətçisi, Fransa Respublikasının 22-ci Prezidenti, (1995–2007). == Həyatı == Fransanın siyasi və dövlət xadimi. 1974–1976 və 1977–1986-cı illərdə Fransanın Baş naziri, 1988–1995-ci illərdə Paris şəhərinin meri olub. 1974–1976-cı illərdə qollistlərin Respublikanın Müdafiəsi naminə Demokratik İttifaqı Partiyasının Baş katibi, 1976-cı ildən Respublikanın Müdafiəsi naminə Birlik Partiyasının sədridir. 1995-ci ildə Fransa Respublikasının Prezidenti seçilmişdir. === Təhsil və karyera başlanğıcı === Şirakın valideynləri, Abel Fransua Şirak (1893–1968) və Marie-Louise Vallette (1902–1973), əslən Fransanın cənubundakı Correz şöbəsindən, onun hər iki babası müəllim idi, sonrakı əcdadları da Limousin kəndliləri. Soyadı Occitan'dan gəlir. Ailənin yeganə sağ qalan uşağı (bacısı körpəlikdə ölmüşdür). Carnot və Böyük Liseydə təhsil almışdır.
Karl Fridrix Herman Rösler
Karl Fridrix Herman Rösler (alm. Carl Friedrich Hermann Roesler‎; 18 dekabr 1834 – 2 dekabr 1894, Bolsano, Cənubi Tirol, Avstriya-Macarıstan) – Almaniya hüquqşünası və iqtisadçısı. Yaponiyada fəaliyyət göstərmiş, Meyci hökumətinin xarici məsləhətçilərindən biri olmuşdur. == Həyatı == Herman Rösler 1834-cü ildə doğulmuşdur. Onun atası vəkil olmuşdur. Rösler Erlangen və Münhen universitetlərində hüquq və politologiya üzrə təhsil almışdır. Məhkəmələrdə işlədikdən sonra Erlangen Universitetində privat-dosent, 1862-ci ildə isə Rostok Universitetində professor dərəcəsi almışdır. 1878-ci ildə Yaponiya hökumətinin təklifini qəbul edərək Yaponiyaya gəlmişdir. O, Yaponiyanın Xarici İşlər Nazirliyində işləməyə başlamış, 1884-cü ildə kabinetin hüquq məsləhətçisi olmuşdur. Konstitusiya tərtib etməklə vəzifələndirilən İto Hirobuminin tələbindən sonra Rösler İnoe Kovaşi ilə birlikdə Meyci konstitusiyası üçün qaralamalar hazırlamışdır.
O (Rövşən Abdullaoğlu)
O — Rövşən Abdullaoğlunun Molla Sədra, Fəxr Razi, Ayətullah əl-üzma Seyid Hüseyn Bürucirdi və Ayətullah Cavadi Amuliyə istinadən yazdığı, 2011-ci ildə nəşr edilən, "Hərf elmi və irfan" mövzusunda Azərbaycanın ilk kitabı. "O" kitabı hərf və irfan elmi əsasında yazılmış Azərbaycanın ilk kitabdır. Bu mövzuda bəlkə də bir çox ölkələrdə belə bir müstəqil formada yazılmış ikinci kitab yoxdur. Kitabın ərsəyə gəlməsi üçün yüzə yaxın, bəlkə də daha çox elmi mənbədən istifadə olunmuşdur. Araşdırmanın nəticəsi həddindən artıq çox idi. Lakin biz bu kitabı ümumi oxucu kütləsi üçün nəzərdə tutduğumuzdan, həmçinin yorucu olmaması üçün çox qismini ixtisar etdik. Müraciət etdiyimiz mənbələrdə, əsasən irfan-fəlsəfə zövqü olan və bu üslubda yazan alimlərin əsərlərindən faydalanmışıq. "O" kitabı əsas olaraq hərf elmi əsasında ilahi adların və məxsusən də Allahın ən əzəmətli olan "O" adının təhlil və izahından bəhs edir. Gizli elmlərə marağı olan hər bir kəsi bu kitabı oxumağa dəvət edilir. Kitab 2011-ci ildə Rövşən Abdullaoğlu tərəfindən ərəb və fars dillərindən Azərbaycan dilinə tərcümə və şərh edilmiş, Bakıda Qədim Qala nəşriyyatında "Hərf və irfan elmi kitabları" silsiləsindən 176 səhifədə 60x90 ölçüsündə çap edilib.
Ole Römer
Ole Römer (dan. Ole Christensen Rømer; 25 sentyabr 1644 – 19 sentyabr 1710) — 1676-cı ildə ilk dəfə işıq sürəti üçün uğurlu təxminlər etmiş danimarkalı astronom. Elmi ədəbiyyatda adı "Roemer", "Römer" və ya "Romer" olaraq da yazılır.
Pir Rövşən
Pir Rövşən (Bəyazid bin Abdillah bin Məhəmməd əl-Ənsari) — əfqan (puştu) ədəbiyyatının əsasını qoymuş şəxs. Pir Rövşən adı ilə tanınmış Bəyazid Ənsari 1525-ci ildə Pəncabda, Burki tayfasına mənsub nüfuzlu ailələrdən birində dünyaya gəlmişdir. Kiçik yaşlarında ikən ailəsilə birlikdə Pakistanın Cənubi Vəziristan əyalətinə köçmüşdü. Atası burada əyalət qazısı vəzifəsində çalışmışdır. Gənc yaşlarından poeziyaya böyük maraq göstərmiş, puştu, ərəb və fars dillərində şeirlər yazmışdır. Dini təhsilə də yiyələndikdən sonra, həmin dövrdə geniş yayılmış sufi cəmiyyətlərilə maraqlanmış, sufi ədəbiyyatını dərindən öyrənmişdir. Bəyazid mövcud hakim dini düşüncə ilə qane olmayaraq, yeni fikirlər irəli sürmək qərarına gəlmişdir. Vəhdəti-vücud fəlsəfəsini öyrəndikdən sonra onun davamçısına çevrilmişdir. Bəyazid ailəsinin nüfuzu ilə qazandığı bəzi imtiyazların, əsasən də dini və elmi imtiyazların əleyhinə çıxmışdır. İnadkar xarakterli olduğundan qardaşı ilə arasında ciddi mübahisə yaranmış, atasının məsələyə qarışdıqdan sonra isə ya evdən getmək, ya da fikirlərindən əl çəkmək seçimi qarşısında qalmışdır.
Qorxular (Rövşən Abdullaoğlu)
Qorxular — Rövşən Abdullaoğlunun yazdığı və 2015-ci ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. Qorxu hissi insan təbiətinə xas olan narahatedici psixoloji duyğuların ən əzabvericisidir. Bu kitab qorxularından bezmiş və nəhayət qorxularından azad olmaq istəyən insanlara ünvanlanmışdır. Qorxularını yenməyən insan bir ömür qul həyatı yaşamağa məhkumdur. Belə birisi bütün həyatını əlil biri kimi yaşayacaq, inkişaf etməsi mümkünsüz olacaqdır. Qorxularından agah olan və bu barədə lazımi məlumatlarla silahlanmış insan qorxularını istiqamətləndirə və nəticədə onlara qalib gələ bilər. Bu kitabın mütaliəsi qorxu zindanında məhkum olan birinin əzablarından qurtulması üçün atılmış ilk və mühüm addımdır. Əsər ilk dəfə Qədim Qala Nəşriyyat Evi tərəfindən Bakıda "Emosiyalar psixologiyası" silsiləsində 208 səhifədə 2015-ci ildə, 2-ci dəfə 2017-ci ildə, 3-cü dəfə isə 2020-ci ildə təkrar nəşr olunmuşdur. Üsyan Əsarət "Qorxusu olanlar üçün "Qorxular" kitabı - FOTO" ( (az.)). modern.az.
Ramiz Rövşən
Rövşən Ramiz Məmmədəli oğlu (15 dekabr 1946, Əmircan) — şair, yazıçı, esseist, kinossenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981). Azərbaycan Respublikasının Xalq şairi (2019). Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964–1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976–1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974–1975), ssenari redaksiya heyətinin üzvü (1979–1987), kinostudiyanın baş redaktoru (1987–1992), Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru (1992–2020) işləyib. Bir neçə şeir kitabının müəllifidir. Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-də, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub.
Röntgen şüaları
Rentgen şüaları- Vilhelm Rentgen tərəfindən kəşf edilmiş (1895) və X-şüaları (İks şuaları) adlandırılmışdır. Elektromaqnit dalğalarının şkalasında spektrin qamma şüalanma ilə ultrabənövşəyi şüalanma arasındakı dalğalar diapazonunda yerləşir. Dalğa uzunluğu λ < 2 A ˙ {\displaystyle \lambda <2{\dot {A}}} olan Retgen şüaları şərti olaraq sərt Retgen şüaları, λ > 2 A ˙ {\displaystyle \lambda >2{\dot {A}}} olan Retgen şüaları yumşaq adlanır. Rentgen borusu, radioaktiv izotoplar rentgen şüalarının mənbəyidir. Radioaktiv izotoplardan alınan rentgen şüalarının intensivliyi retgen borusu vasitəsi alınan rentgen şüalarının intensivliyindən dəfələrlə az olur. Günəş və digər kosmik obyektlər Rentgen şüalarının təbii mənbələridir. Rentgen şüalarının spektri onların yaranma mənbəyindən asılı olaraq kəsilməz və xətti ola bilər. Kəsilməz spektr elektronların hədəf atomları ilə toqquşması nəticəsində yaranır. Xətti spektr hədəf atomlarının ionlaşdırılması nəticəsində alına bilər. Rentgen şüaları gözlə görünmür.
Rönyi (Alye)
Rönyi (fr. Reugny) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Erisson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03213. 2008-ci ildə əhalinin sayı 263 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 155 nəfər (15-64 yaş) arasında 116 nəfər iqtisadi fəal, 39 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,8%, 1999-cu ildə 74.9%). Fəal olan 116 nəfərdən 111 nəfər (60 kişi və 51 qadın), 5 nəfər işsiz (1 kişi və 4 qadın) idi. 39 hərəkətsiz olan 4 nəfər arasında şagird və ya tələbə, 20 nəfər təqaüdçü, 15 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Rövlan Muradov
Rövlan Muradov (28 mart 1998, Azərbaycan) – Azərbaycan Premyer Liqasında çıxış edən Qəbələnin futbolçusu. Qəbələdə ilk matçına 11 may 2019-cu ildə keçirilən Sumqayıt-Qəbələ matçında çıxıb.Matça start heyətdə başlayan Rövlan 78-ci dəqiqədə əvəzlənib. Eyni zamanda matçın 45-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.Matç Sumqayıtın 1-0 hesablı qələbəsi ilə başa çatıb. Qəbələdə ilk qolunu isə 21 sentyabr 2019-cu ildə keçirilən Səbail-Qəbələ matçının 17-ci dəqiqəsində vurub. Matça start heyətdə başlayan Rövlan 78-ci dəqiqədə əvəzlənib.Matç 1-1 hesablı bərabərliklə başa çatıb.
Rövlan Məmmədov
Rövnəq Abdullayev
Rövnəq İbrahim oğlu Abdullayev (3 aprel 1965, Naxçıvan) — azərbaycanlı bürokrat, iş adamı, dövlət xadimi və idman funksioneri; 2005–2022-ci illərdə SOCAR Prezidenti vəzifəsində çalışmışdır, 2022-ci ildən isə iqtisadiyyat nazirinin müavinidir. 2005–2021-ci illərdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuş, Azərbaycan Milli Məclisinin III, IV və V çağırış deputatı seçilmişdir. 15 il davam edən deputatlığı ərzində Abdullayev Milli Məclisin 372 sessiya iclası ərzində biri SOCAR prezidenti qismində olmaqla cəmi üç dəfə çıxış etmişdir. Parlamentdə passivliyi ilə seçilən Rövnəq Abdullayev Milli Məclisdə uzun müddətli vicdanlı fəaliyyətinə, qanun layihələrinin hazırlanmasında xüsusi əməyinə görə dönəmin parlament sədri Oqtay Əsədov tərəfindən Milli Məclisin fəxri medalı ilə təltif edilmişdir. İdman sahəsində isə 2008–2024-cü illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, 2015–2021-ci illərdə isə Azərbaycan Cüdo Federasiyasının prezidenti olmuşdur. Rövnəq Abdullayev 16 il prezidentliyini apardığı SOCAR-ın fəaliyyətinin qeyri-şəffaf olması və Abdullayevin ailə üzvləri də daxil olmaqla, Azərbaycan elitasını dövlət xəzinəsi hesabına zəngin etməsi ilə tənqid olunmuşdur. Rövnəq Abdullayev 3 aprel 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. 1983-cü ildə Sovet Ordusuna çağırılıb və 1985-ci ildə ordu sıralarından tərxis edilib. 1985-ci ildə V. V. Kuybışev adına İnşaat Mühəndisləri İnstitutuna transfer olunub və 1989-cu ildə həmin institutdan məzun olub.
Rövnəq Həsənli
Rövnəq Həsənzadə (3 yanvar 1975, Naxçıvan) — Redaktor, baş rejissor. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2019). Rövnəq Həsənzadə 1975-ci ildə Naxçıvan şəhərində anadan olub. 1991-ci ildə Naxçıvan şəhərindəki 5 saylı orta məktəbi bitirmişdir. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "İnşaat" fakültəsinə qəbul olmuşdur. 1996-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin "Sənaye və mülki tikinti" ixtisasını əla qiymətlərlə bitirmişdir. Həmçinin 1995-ci ildə Bakı Ali Mеnеcеr Kоllеcinin İnşaatçı menecment ixtisasını bitirmişdir. Ali məktəbdə oxuduğu müddətdə təhsildən ayrılmamaqla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnə quraşdırıcısı vəzifəsində çalışmışdır (30.09.1994-?). Kinoya, mədəniyyətə, musiqiyə və teatra olan güclü marağı onun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmasına səbəb olmuş və bu universiteti də bitirmişdir. Müəyyən müddət İctimai Televiziyada çalışmışdır.
Rövnəq Həsənzadə
Rövnəq Həsənzadə (3 yanvar 1975, Naxçıvan) — Redaktor, baş rejissor. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2019). Rövnəq Həsənzadə 1975-ci ildə Naxçıvan şəhərində anadan olub. 1991-ci ildə Naxçıvan şəhərindəki 5 saylı orta məktəbi bitirmişdir. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "İnşaat" fakültəsinə qəbul olmuşdur. 1996-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin "Sənaye və mülki tikinti" ixtisasını əla qiymətlərlə bitirmişdir. Həmçinin 1995-ci ildə Bakı Ali Mеnеcеr Kоllеcinin İnşaatçı menecment ixtisasını bitirmişdir. Ali məktəbdə oxuduğu müddətdə təhsildən ayrılmamaqla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnə quraşdırıcısı vəzifəsində çalışmışdır (30.09.1994-?). Kinoya, mədəniyyətə, musiqiyə və teatra olan güclü marağı onun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmasına səbəb olmuş və bu universiteti də bitirmişdir. Müəyyən müddət İctimai Televiziyada çalışmışdır.
Rövzə
Rövzə — rəvayətlərə görə, heç biri öz əcəli ilə ölməmiş şiə imamlarının və ilk növbədə İmam Əlinin və İmam Hüseynin rəşadətli həyatı və möminliyi, onların əzab-əziyyətlə öldürülməsi haqqında təhkiyədir. Rövzəxanlıq (rövzənin camaat üçün avazla oxunması) XVI əsrdən, yəni şiə ilahiyyatçısı Hatifinin (Kaşifinin) "Rövzət əş-şühəda" ("Din yolunda şəhid olanların bağçası") əsəri ərsəyə çıxdıqdan sonra başlanmışdır. Əsərdə şiəliyin dini başçılarının həyatından bəhs edilir. Bayramlarda və müxtəlif dini mərasimlər yerinə yetiriləndə, o cümlədən ramazan ayında orucluq zamanı və aşura zamanı xüsusi din xadimləri — rövzəxanlar oxuyurlar. Aşura zamanı rövzə oxunması həmçinin təziyəxanlar adlandırılmışdır, çünki o, dini təziyəni müşayət edir. Təziyəxani XVIII əsrin ortalarından başlamışdır (təziyə zamanı müntəzəm surətdə rövzə oxunması nəzərdə tutulur). Müasir şəraitdə rövzə oxunması çox vaxt siyasi hadisələr haqqında fikirlər söylənən xütbələrlə müşayiət olunur. İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.99.
Rövzə mahalı
Rövzə mahalı — Urmiya vilayətinin inzibati bölgələrindən biri. Mahal şimaldan Sumay, şərqdən Nazlı, cənubdan Tərgəvər, qərbdən Urmiya ilə həmsərhəd idi. Sənədlərdən görünür ki, Rövzə mahalına 25 böyük və kiçik kənd bağlı idi. Əhali əsasən heyvandarlıqla və əkinçiliklə məşğul idi. Mahal bəyləri Lar adlı böyük bir kənddə yaşayırdılar. Urmiya hakimi Kəlbəli xan İmanlı-Avşar elin Qırxlı oymağını Rövzə çayının sahilində yerləşdirmişdi.
Rövzət Dəmirçizadə
Rövzət Dəmirçizadə (d. 3 yanvar 1939, Nuxa (indiki Şəki şəhəri) – ö. 15 aprel 2010, Bakı) — şair, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Rövzət Dəmirçizadə məşhur dilçi alim, professor Əbdüləzəl Dəmirçizadənin qardaşı oğlu idi. Lakin Əbdüləzəl Dəmirçizadə onu rəsmən oğulluğa götürmüşdü. Rövzət Dəmirçizadə 20 yaşında olarkən, bədbəxt hadisə nəticəsində şikəst olmuşdu və bundan sonra ancaq əlil arabası ilə hərəkət edirdi. Buna baxmayaraq, o, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində müvəffəqiyyətlə təhsil almış, 1980-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilmişdir. 2010-cu ildə Bakıda vəfat etmişdir. İlk şeirlər kitabı 1968-ci ildə, səkkizinci və sonuncu kitabı isə 2008-ci ildə nəşr olunub. Şəkidə nəşr olunan "Şəki fəhləsi", "İpəkçi" və "Şəkinin səsi (qəzet)|Şəkinin səsi" qəzetlərində müxtəlif vaxtlarda Rovzətin onlarla şeiri dərc edilib.
Rövşanə Ağasəfqızı
Rövşanə Ağasəfqızı - 6 may 1979-cu ildə anadan olmuşdur. Azərbaycan telejurnalisti, filologiya elmləri namizədidir. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 2009-cu ildən ANS TV-də fəaliyyətə başlayıb. O, qadın problemlərinə yönəlik "İncə maraqlar" verilişini aparmışdır. 2009-cu il sentyabrın 19-da Rövşanə Ağasəf qızı bu layihə ilə ilk dəfə ANS-in efirində çıxış edib. O, 2013-cü ildə Təkamül və İnteqrasiya İctimai Birliyinin "Mətbuatın dostu" mükafatına layiq görülmüşdür. ANS TV-də Kamran Həsənli ilə birlikdə "Bazar Səhəri" verilişinin aparmışdır. Hazırda isə "Yoldaş Rövşanə" verlişinin aparıcısıdır. Azərbaycan Beynəlxalq Universiteti bağlanana qədər jurnalistika fakültəsində dərs deyirdi.

"rö" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rö nədir? #rö sözünün mənası #rö nə deməkdir? #rö sözünün izahı #rö sözünün yazılışı #rö necə yazılır? #rö sözünün düzgün yazılışı #rö leksik mənası #rö sözünün sinonimi #rö sözünün yaxın mənalı sözlər #rö sözünün əks mənası #rö sözünün etimologiyası #rö sözünün orfoqrafiyası #rö rusca #rö inglisça #rö fransızca #rö sözünün istifadəsi #sözlük