sızmaq sözü azərbaycan dilində

sızmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sızmaq • 87.8049%
  • Sızmaq • 7.3171%
  • SIZMAQ • 4.8780%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

sızmaq sözünün leksik mənası və izahı

  • 1 f. Bir şeyin arasından, məsamələrindən yavaş-yavaş, damcı-damcı sızıb çıxmaq, keçmək, dammaq (mayelər haqqında). Qayığa su sızır. Divarlardan su sızır. – Bu dərə başdan-başa su qaynağı idi. Hər ağacın, hər daşın dibindən su sızırdı. A.Şaiq. Qayalardan göz yaşı kimi şəffaf sular sızırdı. İ.Əfəndiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / sızmaq

sızmaq sözünün etimologiyası

  • 1 Süzmək sözü ilə qohumdur. Bağırmaq, böyürmək,bəyirmək; çağırmaq, çığırmaq tipli sözlər də daxili fleksiyanı xatırladır. Görünür, iltisaqi dillər də tədricən flektivliyə doğru meyillənir (ardıcıllıq belədir: amorf, iltisaqi, flektiv). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / sızmaq

sızmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

sızmaq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 SIZMAQ I f. Axmaq, damcı-damcı tökülmək. Körpə gördüm dodağından; damla-damla qan sızır (R.Rza). SIZMAQ II f. Ufuldamaq, ax-uf etmək. Bir neçə gün damın altında ağlar, sızlar qaldıq, küləkdən başqa, qapımızı açan yox idi (Ə.Cəfərzadə). SIZMAQ III f. Çəkinmək, həya etmək. O, səndən sızır.

    Azərbaycan dilinin omonimlər lüğəti / sızmaq

sızmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. сочиться, просачиваться, проходить жидкости через что-то; 2. давать небольшую течь, пропускать (жидкость);

    Azərbaycanca-rusca lüğət / sızmaq
  • 2 глаг. 1. сочиться: 1) вытекать, выделяться по капле или тонкой струйкой (о жидкости). Su sızır вода сочится, yaradan qan sızırdı из раны сочилась кровь (рана сочилась кровью) 2) выделять, испускать из себя по капле, тонкими струйками какую-л. жидкость 2. просачиваться, просочиться: 1) постепенно проникнуть сквозь что-л. (о жидкости) 2) перен. проникнуть, распространиться. Etibarlı mənbələrdən belə bir informasiya sızmışdır из достоверных источников просочилась такая информация 3. мед. пропотевать, пропотеть (проникать сквозь стенки кровеносных сосудов в виде выпота)

    Azərbaycanca-rusca lüğət / sızmaq

sızmaq sözünün inglis dilinə tərcüməsi

sızmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. стӀал-стӀал авахьун, кӀвахьун (яд, жими затӀ); са затӀунин арадай (сварарай, ферерай, тӀеквенрай) куьз хьана (кужумна, атана) акъатун (мес. луьткведиз яд).

    Azərbaycanca-ləzgicə lüğəti / sızmaq

sızmaq sözünün türk dilinə tərcüməsi

sızmaq sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Qazax) qorxmaq, çəkinmək. – Deyəsən, Həsən sənnən sızır

Azərbaycan dilinin dialektoloji lüğəti.

Oxşar sözlər

#sızmaq nədir? #sızmaq sözünün mənası #sızmaq nə deməkdir? #sızmaq sözünün izahı #sızmaq sözünün yazılışı #sızmaq necə yazılır? #sızmaq sözünün düzgün yazılışı #sızmaq leksik mənası #sızmaq sözünün sinonimi #sızmaq sözünün yaxın mənalı sözlər #sızmaq sözünün əks mənası #sızmaq sözünün etimologiyası #sızmaq sözünün orfoqrafiyası #sızmaq rusca #sızmaq inglisça #sızmaq fransızca #sızmaq sözünün istifadəsi #sözlük