S-in sözü azərbaycan dilində

S-in

Yazılış

  • S-in • 71.4286%
  • s-in • 28.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Disney's Aladdin in Nasira’s Revenge
Disney's Aladdin in Nasira’s Revenge — Böyük Britaniyanın videooyun şirkəti olan "Argonaut Games" tərəfindən 2000-ci ildə yaradılan macəra oyunudur. == Hekayə == Əfsanəvi şəhər olan Aqraba təhlükə içərisindədir. Qəddar cadugərd Nəzirə qardaşı vəzir Cəfərin intiqamını almaq istəyir. Nəzirə Aqraba şəhərinin adamlarını tilsimə salaraq bütün saray əhlini özünə tabe etmişdir. Saray keşikçiləri Jasmin və Sultanı qaçırırlar. Nəzirə qədim əmanətləri toplayaraq Cəfəri diriltmək və dünyanı ələ keçirmək niyyətindədir. Bu səbəbdən Ələddin əvvəlcə həmin əmanətləri tapmalı və sonra Cəfərin dirilməsinə mane olmalıdır. Bunun Ələddin, Cin, Sehirli Xalça və Abu birlikdə macəralara yollanmalıdırlar. Ələddin dostlarının köməyi sayəsində bütün bu çətinliklərin üstəsindən gələrək Cəfərə qalib gəlir. Sonda Ələddin və Jasmin bir-birlərinə qovuşurlar.
.in
.in — Hindistanın internet kodu.
(s)
Salavat (İslam) — Salavat (dağ) — Salavat dağı — Salavat şəhəri — Salavat mağarası — Salavat aşırımı-1 — Baş Qafqaz silsiləsində, Şəki rayonu ilə Dağıstanın sərhədində yerləşir. Hündürlüyü 2816 m. Salavat aşırımı-2 — Baş Qafqaz silsiləsində, Qəbələ və Quba rayonları sərhədində yerləşir.
S
Latın qrafikalı Azərbaycan əlifbasında 25-ci hərf, 23 samitdən biri. S kar samitdir, cingiltili qarşılığı z samitidir. Kükürd elementi böyük k (K) hərfi ilə işarə olunur.
It's the Falling in Love
It's the Falling in Love — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
S.U.S. (mahnı)
S.U.S. — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnı 27 avqust 2017-ci ildə "Aygun Music" etiketiylə satışa çıxarılmışdır. Mahnının sözləri meyxanaçı Vüqar Əbdülova, musiqisi gürcüstanlı bəstəkar Stefan Mgebrişviliyə aiddir. Mahnının musiqi prodüserli Stefan Mgebrişvili, baş prodüseri isə ifaçının özüdür. Musiqi tənqidçiləri mahnıya müsbət reaksiya verərək, mahnını Aygün Kazımovanın Baku Crystal Hall konsert zalında verəcəyi "Aygün Kazımova - 30 il" adlı solo konserti üçün əla piar olduğunu və cəlbediciliyini tərifləmişlər. "S.U.S." üçün çəkilən musiqi videosu, Bakı şəhərində gürcüstanlı rejissor Nestan Sincikaşvili tərəfindən çəkilmiş və 27 avqust 2017-ci il tarixində YouTubeda premyerası edilmişdir. Aygün Kazımovanın yüngül əxlaqlı həyat tərzi keçirən bir qadının həyatını canlandırması çox sayda müxtəlif rəylər almışdır. == Fon və yazılma == Aygün Kazımova 2004-2011-ci illərdə meyxanaçı-müğənni Namiq Qaraçuxurlu ilə 10-dan çox duet ifa etmiş və ikili şəxsi həyatı ilə gündəmdə olmuşdur. Aygün Kazımovanın öz caz, pop rock, soul və R&B tərzindən uzaqlaşması və daha çox Namiq Qaraçuxurlu ilə pop folk tərzində ifa etməsi, onun dinləyiciləri arasında narazılıqla qarşılanmışdır. Sənətə gəldiyi ilk illərdə Eldar Mansurov, Vaqif Gərayzadə və Cavanşir Quliyevin əsərlərini ifa edən pop-diva artıq yeni bəstəkarlarla çalışmaya başlamış və türk aranjimanı ilə mahnılarını təqdim etmişdir.
Plug-in
Plaqin (ing. Plug-in) — informasiya texnologiyalarında proqramların elə komponentləridir ki, bu proqramlara digər xüsusiyyətlər və imkanlar əlavə edirlər. Əgər dəstəklənərlərsə, plaqinlər proqramların xüsusiyyətlərini qismən dəyişə bilərlər. Məsələn, plaqinlər daha çox veb səyyahlarda istifadə olunur, onların köməyi ilə videolara baxmaq, virus baxışını həyata keçirmək, yeni fayl tiplərini göstərmək olur.
İn-Qar
İn-Qar (ərəb. إن غار‎) — Əlcəzairin cənub hissəsində, Tamanrasset vilayətində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir və oradakı yeganə kommunadır. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Böyük Səhranın mərkəzi vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1060 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 284 metrdir.İn-Qar kommunasının sahəsi 28,969 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 12 mm-dir). Orta illik temperatur 25,6 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 13,7°C, ən isti ayın (iyul) orta temperaturu 36,9°C-dir. == Nəqliyyat == 52 nömrəli respublika əhəmiyyətli avtomobil yolu şəhərdən keçir.
İn-Qrid
İnqrid Alberini və ya səhnə adı ilə İn-Qrid italyan rəqqas, müğənni. 2003-cü ildə mahnısı "Tu es foutu" (azərb.:Sən mənə vəd etdin) ilə bir neçə Avropa ölkəsində məşhurlaşmışdır. Avstraliya, Latın Amerikası və ABŞ-də "Dance Music/Club Play Singles"da 6-cı yerə yüksəlmişdir.
İn-Qəzzam
İn-Qəzzam (ərəb. إن ڨزام‎) ‎ — Əlcəzairin cənub hissəsində, Tamanrasset vilayətində şəhər və kommuna. == Coğrafi mövqe == Şəhər vilayətin cənubunda, Böyük Səhranın mərkəzi hissəsində, Niger ilə dövlət sərhədinin yaxınlığında, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1910 kilometr cənub-cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 399 metr yüksəkdir.İn-Qəzzam kommunasının sahəsi 46,813 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 43 mm-dir). Orta illik temperatur 27,9 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 18,6°C, ən isti ayın (iyun) orta temperaturu 34,6°C-dir. == Nəqliyyat == Transsəhramagistralı şəhərdən keçir. Cənub-qərb kənarında eyni adlı hava limanı yerləşir.
İn-Salah
İn-Salah və ya Əyn-Salah (ərəb. عين صالح‎ ) — Əlcəzairin mərkəzində, Tamanrasset vilayəti ərazisində yerləşən vahə şəhəri. Şəhər bir vaxtlar Transsəhra ticarət yolunun ən vacib halqası idi. Təxmin edilir ki, şəhərin əhalisi 43.680 nəfərdir. İn-Salahın ərazisi böyük miqdarda neft və qaz ehtiyatlarına malikdir. Həmçinin ,şəhərin ərazisində çoxlu sayda zavodlar var. Şəhər Afrikanın şimalında, Böyük Səhranın mərkəzində yerləşir. "İn-Salah" adı "yaxşı bulaq" ifadəsindən gəlir. == Coğrafiya == Şəhərin qərb hissəsindəki dyunların dəyişkən qumları İn-Salahda yuyulur. Qum hər beş ildən bir təxminən bir metr sürətlə hərəkət edir.
İn-Zəğəmir
İn-Zəğəmir (ərəb. إن زغمير‎) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. == Coğrafi mövqe == Şəhər vilayətin şərq hissəsində, Böyük Səhranın mərkəzi vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1100 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. İn-Zəğəmir kommunasının sahəsi 5690 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 7 mm-dir).
İn-Əmgəl
İn-Əmgəl (ərəb. عين أمقل‎) —Əlcəzairin cənub hissəsində, Tamanrasset vilayətində şəhər və kommuna. Tamanrasset dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsinin cənub-şərqində, Böyük Səhranın mərkəzi hissəsində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1450 kilometr cənub-cənub-şərq məsafəsində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 972 metrdir.İn-Əmgəl komunnasının sahəsi 93,438 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 28 mm). Orta illik temperatur 23,3 °C-dir. Ən soyuq ayın (yanvarda) orta temperaturu 13°C, ən isti ayda (iyulda) 31,3°C-dir.
İn-Əmnas
İn-Əmnas (ərəb. إن أمناس‎) — Əlcəzairdə İllizi vilayəti ərazisində şəhər. == Tarixi == 16 yanvar 2013-cü il tarixlərində 20-yə yaxın islamçı üç avtomobillə hərəkət edərək İn-Əmnas şəhərinə daxil olaraq Britaniya konserni "BP", Norveçin "Statoil" və Əlcəzairin "Sonatrach" şirkəti tərəfindən hazırlanmış qaz yatağına işçiləri aparan avtobusa hücum etmişdir. Bundan sonra obyektin özü ələ keçirilmişdir. == Coğrafi mövqe == Şəhərin mərkəzi dəniz səviyyəsindən 556 metr yüksəklikdə yerləşir. == Əhalisi == İllərə görə şəhər əhalisi: == Nəqliyyat == Şəhərin hava limanı var.
İn (termin)
Taksonların adlandırılmasında istifadə olunan işarələmələr. === ex === ex (latınca) — dan, ilə, birlikdə, əlbir.1. Botanikada iki müəllifin soyadı ilə bağlı işlənir və onu göstərir ki, taksonun adını ikinci müəllif həqiqətən nəşr etdirib, birinci müəllif isə təklif edib və nəşr etdirməyib; 2. Zoologiya və bakteorologiyada soyadla bağlı işlənir və onu göstərir ki, birinci müəllif taksonun adını nəşr etdirmiş, ikinci müəllif tərəfindən ad təklif olunmuş, amma nəşr etdirilməmişdir. == in == in (lat.) — da, də; iki müəllifin adı ilə əlaqədar işlədilir. Belə ki, ikinci müəllif bütün nəşr və işlərin müəllifi, birinci isə taksonun adının elan edilməsi və ya yararlı olmasına məsul olur.Nümunə: Pimpinella hookeri C.B.Clarke in Hook.f. — o deməkdir ki, Cozef Dalton Hukerin işində taksona verilən adı Çarlz Beron Klark elan etmişdir. == nom. cons. == === nom. ===
İn iyesi
İn iyəsi — türk və altay xalq inancında mağaranın qoruyucu ruhu. Hin iyəsi və ya Ünkür (Öngür, Üngür) iyəsi ya da Mağara iyəsi olaraq da bilinər. Monqollar Hongıl Ezen deyərlər. Hər mağara üçün fərqli bir iye vardır. Türklərdə mağaralar, fərqli aləmləri və gizli diyarları bir-birinə bağlayan geçitlerdir. Yer altı dünyasını yer üzünə bağlayan qapılardır. Hun dövlətində müqəddəs sayılan və böyük şamanlar ilə dövlət adamlarının ziyarət etdiyi bir "Ata Mağarası" vardır. Bura müqəddəs bir yerdir, ilin müəyyən günlərində ziyarət edilir və hörmət göstərilir. Bir növ məbəddir. Göytürklər və başqa Türk boylarında da yenə eyni şəkildə qurbanlar təqdim edilən ata mağaraları vardır.
İn vivo
İn vivo — ölü bir orqanizmdən, canlı orqanizmin və ya bir orqanizmin tamamının varlığını göstərmək üçün istifadə edilən söz. Biologiyada, in vitro təcrübələri orqan, hüceyrə, protein və ya biomolekullar üzərində tətbiq edilir, lakin tərsinə in vivo tədqiqatı bütün bir orqanizmin üzərində aparılır.
İn iyəsi
İn iyəsi — türk və altay xalq inancında mağaranın qoruyucu ruhu. Hin iyəsi və ya Ünkür (Öngür, Üngür) iyəsi ya da Mağara iyəsi olaraq da bilinər. Monqollar Hongıl Ezen deyərlər. Hər mağara üçün fərqli bir iye vardır. Türklərdə mağaralar, fərqli aləmləri və gizli diyarları bir-birinə bağlayan geçitlerdir. Yer altı dünyasını yer üzünə bağlayan qapılardır. Hun dövlətində müqəddəs sayılan və böyük şamanlar ilə dövlət adamlarının ziyarət etdiyi bir "Ata Mağarası" vardır. Bura müqəddəs bir yerdir, ilin müəyyən günlərində ziyarət edilir və hörmət göstərilir. Bir növ məbəddir. Göytürklər və başqa Türk boylarında da yenə eyni şəkildə qurbanlar təqdim edilən ata mağaraları vardır.
It’s a Man’s Man’s Man’s World
"It’s a Man’s Man’s Man’s World" — Ceyms Braunun mahnısı. 1966-cı ildə sinql kimi buraxılıb. ABŞ-nin R&B Singles hit-paradında birinci yeri tutmuşdur. Mahnı Ceyms Braun və Betti Cin Nyusom tərəfindən yazılmışdır. 2004-cü ildə Rolling Stone jurnalı "It’s a Man’s Man’s Man’s World" mahnısının Ceyms Braunun ifasında olan versiyasını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 123-cü yerə layiq görmüşdür. Mahnı 2011-ci ilin siyahısında 124-cü yerdə qərarlaşıb.
Christie's
Christie's — 1766-cı ildə Ceyms Kristi tərəfindən yaradılan Böyük Britaniya xərrac evi. Şirkətin əsas binaları mərkəzi London və Nyu-Yorkda yerləşir.
Kanal-S
Kanal-S — 2008-ci ildə Şəki şəhərində yayıma başlayan televiziya kanalı. == Tarixçə == Şimal-qərb bölgəsini əhatə edən "Kanal–S" Televiziya Şirkəti 29 dekabr 2008-ci ildən fəaliyyət göstərir. İnzibati binası Şəki rayonunda yerləşir. Telekanal 24 saat yayımlanmaqla regional televiziyalar arasında ilkə imza atıb. Kanalın 3 fərqli rayonda ötürücüsü olmaqla 51,54 və 32-ci kanallardan ölkənin 70% -dən çox ərazisinə yayımlanır. Həmçinin internet vasitəsilə dünyanın istənilən ölkəsində telekanalı izləmək olar. Ən yüksək, müasir standartlara cavab verən texniki avadanlıqlarla və rəqəmsal sistemlə də təchiz olunub. Respublika telekanalları arasında ən güclü və keyfiyyətli studiya kameraları, ən son montaj proqramları da məhz "Kanal-S"-dədir. "Kanal-S" 7 departamentdən ibarətdir: Xəbərlər, Bədii və Yaradıcılıq departamenti, Proqram departamenti, Texniki departament, Təsərrüfat və Nəqliyyat departamenti, Maliyyə və Kadrlar departamenti, Mühafizə departamenti. Televiziyada 135 nəfər çalışır.
Km/s
Kilometr bölünsün saat (km/sa formasında da göstərilir), sürət vahidi. Bir cismin 1 saat boyunca getdiyi yolu bildirir. Qısaca km/sa ya da km·sa−1 istifadə olunur. Bir çox ölkədə sürət vahidi kilometr bölünsün saat hesab olunur.
M.s.
Miladi tarix (lat. Anno Domini) — İsa Məsihin doğumunun yeni eranın başlanğıcı kimi qəbul edilməsi və həmin tarixin il hesablanması üçün başlanğıc nöqtəsi götürülməsinə əsaslanan anlayış. Qriqorian təqvimi (Ay təqvimi)nə əsasən bəşəriyyət tarixi eramızdan əvvələ və bizim eraya bölünür. Bu hesablamada sıfırıncı il yoxdur. Belə ki, eramızdan əvvəl 1-ci ildən sonra eramızın 1-ci ili gəlir. Bu il hesablama sistemi eramızın VI əsrində kilsə xadimi İqumen Kiçik Dionisi tərəfindən müəyyənləşdirilmiş İsa Məsihin doğum tarixinə əsaslanır. Lakin hazırda onun hesablamalarının səhv olduğu güman edilir. Belə ki, İsanın eramızdan əvvəl 4-cü ildən (Böyük İrodun vəfat ili) sonra doğulmuş olması mümkün sayılmır. İsa peyğəmbərin doğulması ilə milad təqvimi başlayır.
M/s
m/s Hərəkətdə olan hər hansı bir şeyin saniyədə getdiyi yolun uzunluğunun metrlə ifadəsi, sürət vahidi. Başqa sözlə, hər hansı bir hərəkətdə olan varlığın hər saniyədə getdiyi yolu metrlə göstərən kəmiyyət ifadəsidir.
McDonald's
McDonald's — 1940-cı ildə ABŞ-də yaradılan fəstfud şəbəkəsi. Şirkətin mənzil-qərargahı ABŞ-nin Çikaqo şəhərinin yaxınlığında, Oak Brukda yerləşir. == Haqqında == === Tarixi === 1940-cı illərin sonunda Dik və Mak Makdonald qardaşları San-Bernardinoda (Kaliforniya) sürücülər üçün açdıqları kiçik restoranı təkmilləşdirmək üçün yeni üsullar axtarırdılar. Yaxşı gəlir gətirən bizneslərində kiçik dəyişikliklər etmək əvəzinə, onlar sürətli xidmət, ucuz qiymət və böyük həcmə əsaslanan tamamilə yeni bir konsepsiya icad etdilər. Onlar piştaxta qarşısında özünəxidmət üsuluna keçərək, 25 növ yeməkdən ibarət Barbekyu menyusundan imtina edib, cəmi 9 adda məhdud menyuya üstünlük verdilər: bunlar qamburger, çizburger, üç cür soyuq içki, süd, kofe, qızarmış kartof dilimləri, kökə və restoran işə başladıqdan sonra əlavə olunan kartof-fri və südlü kokteyl idi. 1950-ci illərin ortalarında onların qamburger istehsalı üzrə kiçik fabrikləri ildə 350 000 dollar gəlir gətirirdi. Əvvəlki restoranla müqayisədə indi satışın həcmi demək olar, 2 dəfə artmışdı. Makdonald qardaşları öz tennis meydançalarının döşəməsində diz üstə sürünərək təbaşirlə əvvəlki restoranın mətbəxindən iki dəfə böyük olan yeni növ mətbəxin konstruksiyasını cızdılar. Qidanın hazırlanması zamanı işçilərin hərəkətini öyrənərək, onlar avadanlıqları daha effektiv şəkildə yerləşdirməyə nail oldular. 1954-cü ildə südlü kokteyl hazırlayan maşınlar üzrə ticarət agenti Rey Krok Makdonald qardaşlarının restoranını ilk dəfə öz gözləri ilə gördü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2011 ••• 0.09
2012 ••• 0.09
2014 ••••• 0.17
2015 •••••••••••••••••••• 0.85

Oxşar sözlər

#s-in nədir? #s-in sözünün mənası #s-in nə deməkdir? #s-in sözünün izahı #s-in sözünün yazılışı #s-in necə yazılır? #s-in sözünün düzgün yazılışı #s-in leksik mənası #s-in sözünün sinonimi #s-in sözünün yaxın mənalı sözlər #s-in sözünün əks mənası #s-in sözünün etimologiyası #s-in sözünün orfoqrafiyası #s-in rusca #s-in inglisça #s-in fransızca #s-in sözünün istifadəsi #sözlük