* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. və zərf [ər.] 1. Bərkdən səslənməyən, yaxşı eşidilə bilməyən, asta, yavaş (gur, uca ziddi). Sakit səs. Sakit danışıq. – …Teymur sakit bir səslə əmr etdi. H.Seyidbəyli. // Davasız, qalmaqalsız, qışqırıqsız, səs-küysüz, həyəcansız. İşi sakit aparmaq. Sakit danışmaq. Məsələni sakit həll etmək. – Əmi ilə qardaşoğlunun söhbəti çox sakit bir ahəngdə başlandı. M.Hüseyn. 2. Susmuş, sükut içində olan, sükuta batmış. Sakit gecə. Sakit səhra. – Sakit Azərbaycan kəndi üzərinə bir yaz axşamı enirdi. Ə.Məmmədxanlı. …Kəndin küçələri qapqaranlıq, həyətlər sakit idi. M.Rzaquluzadə. // Hərəkətsiz, səssiz-səmirsiz, hay-küysüz, sükunət içində olan. Sakit şəhər. Sakit küçə. – Hava sakit və ilıq idi. İ.Əfəndiyev. Yoxsa bu ikimərtəbə ağ evlə, bu sakit, sərin, ətirli bağla əlaqədar unudulmuş hisslər yenidən baş qaldırırdı? İ.Hüseynov. 3. Rahat, həyəcansız, iztirabsız, qayğısız, aram. Sakit həyat. Sakit iş. Sakit günlər keçirmək. Həyatının ən sakit çağlarında. 4. Dinc, əziyyət verməyən. Sakit körpə. Çox sakit uşaqdır. 5. Mülayim, həlim, yumşaqxasiyyətli. Sakit baxışlı qara gözlərindən [Əsgərin] azərbaycanlı olduğu məlumdu. Ə.Əbülhəsən. Çox sakit və təvazökar olan Rəhim iş zamanı çöldə və istirahət zamanı çadır və ya qazmalarda gənclərin yanında olub onların söhbətlərinə diqqət yetirirdi. Ə.Sadıq. 6. Soyuqqanlı, soyuqqanlılıqla, əsəbiləşmədən. Poladzadə sakit qulaq asa bilmir, ürəyindən qara qanlar axırdı. Ə.Vəliyev. □ Sakit etmək – yumşaltmaq, ovundurmaq. [Mozalan bəy:] İndi bu xəyal ilə özümü sakit etmişəm. Ə.Haqverdiyev. Ata oğlunu sakit edib əyləşdirdi. Mir Cəlal. Sakit olmaq – sakitləşmək. Firqətdə lazımdır aşiqə əfqan; Sakit olmaq gərək yarı görəndə. Q.Zakir. Lağlağı sözümü kəsib qoymadı vərəqi axıra yetirəm. Mən sakit oldum və özü başladı oxumağa. C.Məmmədquluzadə. 7. Dinc, rahat, arxayın, həyəcansız. Qəhrəman bir qədər sakit idi. H.Nəzərli. Qəlbimlə, ruhumla qoşuldum elə; Düşüncəm sakitdir o gündən belə. M.Müşfiq. □ Sakit etmək – bax sakitləşdirmək. Əlahəzrət üsyançı qoşunları sakit etmək və onları tərksilah etdirmək üçün iraqlılardan ibarət bir ordu düzəlməsinə əmr vermişdir. M.S.Ordubadi. [Malik] qızı ağır vəziyyətdən qurtarmaq və kəndliləri sakit etmək üçün özü irəli çıxdı. M.İbrahimov. Sakit olmaq – bax sakitləşmək. Gün batdı. Hər kəs öz evinə və mənzilinə qayıtdı. Şuriş və qovğa sakit oldu. M.F.Axundzadə. Ustanın istidən döyünən ürəyi hənadan sonra sakit oldu. Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti / sakit3 ə. sükut edən; səssiz, səssiz-səmirsiz.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / sakit1 Ərəb mənşəli sözdür. Sükut, sükunət sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sakit5 1. SAKİT (müxtəlif mənalarda) [Qəhrəmanov:] Baxırsan ki, bir küncdə sakit oturub, kiminsə dalında gizlənib (M.Hüseyn); BAŞIAŞAĞI, FAĞIR Səfər fağır, başıaşağı bir oğlandı (Ə.Haqverdiyev); DİNC, FARAĞAT Onları qabaqlayaraq dinc, farağat oturmalarını əmr etmişdi (S.S.Axundov). 2. SAKİT, HƏRƏKƏTSİZ, SAKİN, SƏSSİZ 3. sakit bax lal 2 4. sakit bax arxayın 1
Azərbaycan dilinin sinonimlər lüğəti / sakit1 SAKİT – QORXULU Sakit, ağıllı adama oxşayır (S.Qədirzadə); O bizim üçün çox qorxulu adamdır (S.Vəliyev). SAKİT – LAL İzdiham da Neva kimi qüvvətli və sakit axırdı (M.Hüseyn); Çay lal axırdı (S.Qədirzadə). SAKİT – SƏSLİ-KÜYLÜ Göy meşələr, sakit kəndlər, səsli-küylü limanlar tamaşalı yerlərdir (S.Qədirzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / sakit1 1. тихий, спокойный, смирный, молчаливый, безмолвный, безмятежный; 2. тихо, спокойно, смирно, безмолвно;
Azərbaycanca-rusca lüğət / sakit2 I прил. 1. тихий: 1) слабо звучащий, едва слышный, негромкий. Sakit səs тихий голос, sakit pıçıltı тихий шёпот, sakit boşalma эл.-тех. тихий разряд 2) исполненный тишины, безмолвный. Sakit gecə тихая ночь 3) такой, где нет шума, большого движения, суеты. Sakit guşə тихий уголок, sakit şəhər тихий город 4) без значительных событий, неприятных происшествий, без волнений и тревог. Sakit günlər тихие дни 5) смирный, кроткий; не шумливый, не бойкий. Sakit qonşu тихий сосед, sakit oğlan тихий мальчик, sakit uşaq тихий ребёнок 6) выражающий смирение, кротость. Sakit baxış тихий взгляд 7) спокойный, не бурный и т.п. Sakit çay тихая река 8) без ветра, бури. Sakit hava тихая погода 9) медленный, не быстрый. Sakit addımlarla тихими шагами 2. спокойный: 1) находящийся в состоянии покоя, тихий, не бурный. Sakit axın спокойное течение, sakit dəniz спокойное море, sakit küçə спокойная улица, sakit meydan спокойная площадь 2) находящийся в состоянии спокойствия, не испытывающий волнения, тревоги, беспокойства. Sakit adam спокойный человек, sakit şagird спокойный ученик 3) свойственный спокойному человеку; выражающий душевное спокойствие. Sakit görkəm спокойный вид 4) сдержанный, уравновешенный, не причиняющий беспокойства окружающим. Sakit ailə спокойная семья, sakit kollektiv спокойный коллектив 5) тихий, смирный. Sakit at спокойная лощадь 6) протекающий в спокойствии; ничем не нарушаемый, не тревожимый. Sakit həyat спокойная жизнь, sakit yuxu спокойный сон, sakit qocalıq спокойная старость, sakit söhbət спокойная беседа, sakit iş скопойная работа, sakit növbətçilik спокойное дежурство, sakit reys спокойный рейс 3. безмолвный, молчаливый (исполненный тишины). Sakit meşə безмолвный лес 4. мёртвый (не нарушаемый звуками). Sakit zona мёртвая зона 5. штилевой. Dənizdə sakit hava штилевая погода на море II нареч. 1. тихо. Sakit danışmaq говорить тихо, sakit nəfəs almaq дышать тихо 2. спокойно. Sakit axmaq течь спокойно, sakit baxmaq смотреть спокойно, sakit işləmək работать спокойно, sakit yatmaq спать спокойно, sakit yaşamaq жить спокойно 3. безмолвно III предик. 1. тихо. Ətraf sakitdir кругом тихо 2. спокойно. ‚Ürəyim sakitdir на сердце спокойно; sakit etmək (eləmək): 1. утихомирить 2. успокаивать, успокоить; sakit olmaq: 1. утихомириться; 2. успокаиваться, успокоиться ◊ sakit buraxmaq kimi, nəyi оставлять, оставить в покое кого, что
Azərbaycanca-rusca lüğət / sakit1 I. s. 1. silent; still; gentle; low; ~ meşə silent forest; ~ gecə still night; 2. calm; quiet; tranquil; peaceful; ~ hava calm weather; ~ uşaq quiet child*; ~ həyat peaceful / quiet life; ~ dəniz calm / tranquil sea; ~ musiqi quiet music; ~ səs quiet voice II. z. quietly, still, peacefully; softly; silently; ~ oturmaq to sit* still; ~ yaşamaq to live quietly / peacefully; ~ danışmaq to speak* in a low voice; ~ etmək to calm (d.), to quiet (d.); to soothe (d.); to set* at rest / ease (d.); uşağı ~ etmək to calm / to quiet / to soothe the child*; öz vicdanını ~ etmək to soothe one’s conscience; ~ olmaq to calm / to quiet / to settle down; bir kəsi ~ buraxmaq to leave* smb. alone / in peace; Sakit olun! Make your mind easy, Compose yourself!
Azərbaycanca-ingiliscə lüğət / sakit1 sif. désertique, calme, tranquille, pacifique, dou//x, -ce ; ~ etmək calmer vt, tranquiliser vt, apaiser vt, radoucir vt ; ~ Okean Océan m pacifique ; ~ olmaq être calme (tranquille), calmer (se), atténuer (s’), apaiser (s’)
Azərbaycanca-fransızca lüğət / sakit1 [ər.] прил., нареч. 1. секин, сакит, аста, яваш (мес. ван, рахун); 2. ван алачир, гьарай-эвер авачир, кисай, эпсин, лас, секин (мес. йиф, куьче); // гар авачир, мили, умун (мес. гьава); 3. регьят, къайгъусуз, динж, ислягь (мес. уьмуьр); 4. надинж тушир, инжиклу тийир, эпсин (мес. аял); 5. хъуьтуьл къилихдин, мили, милайим, умун (мес. кас); 6. секиндиз, секинвилелди (мес. рахун); 7. динж, регьят, архайин; sakit etmək кил. sakitləşdirmək; sakit olmaq кил. sakitləşmək.
Azərbaycanca-ləzgicə lüğəti / sakit