Yuli Xariton
Yuli Borisoviç Xariton (rus. Ю́лий Бори́сович Харито́н;27 fevral 1904, Sankt-Peterburq – 18 dekabr 1996, Sarov[d], Nijeqorod vilayəti) — Sovet və rus nəzəri fiziki və fiziki kimyaçısı, fizika-riyaziyyat elmləri doktoru, SSRİ Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının akademiki.
Sovet atom bombası layihəsinin liderlərindən biri. Lenin (1956) və üç Stalin mükafatı (1949, 1951, 1953) laureatı. Üç dəfə Sosialist Əməyi Qəhrəmanı (1949, 1951, 1954).
Yuli Xariton 14 (27) fevral 1904-cü ildə Sankt-Peterburqda yəhudi ailəsində anadan olub. O, 13 yaşından real məktəbdə oxuyarkən xadimə, şagird mexanik, çilingər kimi çalışmağa başlayıb.
Xariton 1920–1925-ci illərdə Petroqradda Politexnik İnstitutunun elektromexanika fakültəsində, 1921-ci ilin yazından fizika-mexanika fakültəsində təhsil alıb.
O,1921-ci ildə N. N. Semyonovun rəhbərliyi ilə Fizika-Texniki İnstitutunda elmi-tədqiqat işlərinə başlayır.
1926–1928-ci illərdə Yuli Xariton Kavendiş Laboratoriyasında (Kembric, İngiltərə) təlim keçib.