* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [rus.] tar. Padşah; rus padşahı. Çar istibdadı. – Çar zamanı idi, istibdadın ən şiddətli, ən qızğın vaxtı idi… E.Sultanov. Çarın orduları ikinci dəfə; Hücuma başladı Bakı tərəfə. S.Vurğun.
Azərbaycan dilinin izahlı lüğəti / çar1 Bu titul Yuli Sezarın adından götürülüb. Rusiyada ilk dəfə 1544-cü ilə İvan Qroznı bu adı qəbul edib. (Bəşir Əhmədov. Etimologiya lüğəti) E.ə. 44-cü ildə Yuli Sezar öldürüldükdən sonra bacısı nəvəsi hökmdar olur. Onun adı Qay Oktavi idi, ancaq o, adını dəyişərək Qay Yuli Sezar Oktaviana çevrilir. O, Romanın ilk imperatoru olaraq Avqust adı ilə hökmranlıq edir. Sonrakı dörd imperator Avqustun törəmələri idi və bir ad – Sezar adı ilə tanınırdılar. Sezar və Avqustun nüfuzları o qədər böyük idi ki, “sezar” sözü “imperator” sözünün sinoniminə çevrildi. İmperatorların Romada hakimiyyəti başa çatdıqdan sonra onlar Konstantinopolda hökmranlıqlarını davam etdirdilər. 800-cü ildə Böyük Karl tərəfindən Romada imperator hakimiyyəti bərpa edildikdən sonra “sezar” titulu da onunla birlikdə dirçəldi. Latın dilində bu söz ki’zar (ky’zar) kimi tələffüz olunurdu. Germanlar bu tələffüzü qoruyub saxladılar və sözə hərfi şəkil də verərək “kayzer” yazmağa başladılar. Alman dilində kayzer imperator deməkdir. 1870-ci ildə kayzerlər tərəfindən idarə olunan Almaniya imperiyası yaradıldı. Rusiya hökmdarları isə titullarını Konstantinopoldan götürmüşdülər. 1453-cü ildə türklər Konstantinopolu fəth etdikdən sonra sezarların şərq qolu qırılmış oldu. Moskva hökmdarları isə bu titulu özlərinə götürdülər. Onlar sözü bir az dəyişərək əvvəlcə Sesara, sonra isə çara (царь) çevirdilər. İlk olaraq bu adı rəsmi şəkildə 1547-ci ildə IV İvan (Qroznı) götürdü. (Ayzek Azimov. Sözlərin tarixi)
Azərbaycan dilinin etimologiya lüğəti / çar2 истор. I сущ. царь: 1. титул манарха в России 2. лицо, носящее этот титул. Çar İkinci Nikolay царь Николай Второй, çar zamanı при царе, çarın devrilməsi свержение царя II прил. царский: 1. относящийся к царю, принадлежащий ему. Çar titulu царский титул 2. изданный царём. Çar fərmanı царский указ 3. относящийся к монархии во главе с царём. Çar hökuməti царское правительство, çar Rusiyası царская Россия, çar istibdadı царский деспотизм; çar qızı царевна ◊ çar arağı царская водка (смесь азотной кислоты с соляной, растворяющая золото, платину и некрые другие металлы)
Azərbaycanca-rusca lüğət / çar