cəb sözü azərbaycan dilində

cəb

Yazılış

  • cəb • 86.0000%
  • CƏB • 10.0000%
  • Cəb • 4.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dərman cəbrayılotu
Elnur Cəbrayılov
Elçin Cəbrayılov
Elşən Cəbrayılov
Elşən Şahin oğlu Cəbrayılov — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Cəbrayılov Elşən Şahin oğlu 12 iyul 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. Universitetdə təhsil ala-ala Musiqili Komediya Teatrında, əvvəl balet artisti, sonra xor aktyoru işləyib. 2-ci kursda oxuyanda Akademik Milli Dram Teatrına dəvət olunaraq, N.Hacızadənin "Qisas qiyamətə qalmaz" tamaşasında Nurlan rolunu ifa edib. Elşən Cəbrayılov 1999-cu ildə Akademik Milli Dram Teatrının truppasına aktyor qəbul olunub. O, teatrda aşağıdakı rolları oynayıb: Şiruyə ("Fərhad və Şirin" S.Vurğun), 3-cü ərizəçisi ("Lənkəran xanının vəziri" M.F.Axundov), İlyas ("Aydın"C.Cabbarlı), 2-ci aktyor və Kapitan ("Hamlet"V.Şekspir), Patrik ("Brüsseldən məktublar" H.Həsənov), Vəkil ("Varlı qadın" Ə.Əmirli), Fikrət ("ikinci səs" B.Vahabzadə), Oğlan ("İnsan səsi" J.Kokto), Xlestakov ("Müfəttiş", Nikolay Qoqol), Fuad ("Almaz", Cəfər Cabbarlı). Elşən Cəbrayılov bir çox Dövlət səviyyəli tədbirlərdə yaxından və fəal iştirak edir. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adı ilə təltif olunub.9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. Aktyor Şahin Cəbrayılovun oğludur.
Emin Cəbrayılov
Emin Cəbrayılov (17 yanvar 1978) — Azərbaycanı təmsil edən suya tullanan. == Karyerası == Emin Cəbrayılov Azərbaycanı 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi. Nəticədə o, platformadan tullanma turnirində 294.94 xal topladı və olimpidanı 27-ci pillədə başa vurdu. Daha sonra isə Emin Cəbrayılov Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. Nəticədə o, platformadan tullanma turnirnində 334.74 xal topladı və olimpiadanı 26-cı pillədə başa vurdu.
Etibar Cəbrayıloğlu
İsmayılov Etibar Cəbrayıl oğlu (11 dekabr 1967, Lənkəran) — Azərbaycanın tanınmış jurnalisti və köşə yazarı. == Həyatı == Etibar Cəbrayıloğlu 1967-ci il dekabrın 11-də Lənkəran şəhərində anadan olub. 1985-ci ildə Həzi Aslanov adına şəhər 3 saylı orta məktəbi bitirib. Bir müddət N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yardım heyətinin aktyoru, rejissor assistenti kimi çalışıb. Teatrın komsomol təşkilatının katibi olub.1986-1988-ci illərdə Qazaxıstan şəhərində hərbi xidmətdə olub. 1991-96-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq-təşkilatçı ixtisası üzrə təhsil alıb. == Jurnalist fəaliyyəti == 1991-ci ildən mətbuat sahəsində fəaliyyət göstərir. Qeyri-leqal çap olunan "Çeşmə" qəzeti ilə fəal əməkdaşlıq edib. "Elin səsi" qəzetində müxbir, "Lənkəran" qəzetində redaktor müavini olub.1996-ci ildən Bakıya köçdükdən sonra "Press-fakt" qəzetində müxbir, şöbə müdiri, "Bu gün" qəzetində baş redaktor müavini, "Yeni Müsavat" qəzetində informasiya şöbəsinin müdiri, "Yeni Yüzil" və "Cümhuriyyət" qəzetlərində baş redaktor müavini, "Politika" qəzetində baş redaktor, "Üç nöqtə" qəzetində şöbə redaktoru, "Hesabat" jurnalında koordinator, "Gün səhər" qəzetində şöbə redaktoru, baş redaktor müavini, "Biz+" jurnalında baş redaktor müavini, "Haqqın nuru" qəzetində baş redaktor müavini vəzifələrində çalışıb.Vaxtilə 1990-cı illərdə "Yasamaldan məktublar" adlı silsilə köşə yazıları ilə oxucuların rəğbətini qazanmışdır. 2007-ci ildən "Ədalət" qəzeti ilə əməkdaşlıq edir.
Eynulla Cəbrayılov
Eynulla Eynulla oğlu Cəbrayılov (8 aprel 1935–14 sentyabr 1992) — xanəndə. == Həyatı == E.Cəbrayılov 1952-ci ildən ömrünün sonuna kimi Kürdəmir rayonu Mədəniyyət İdarəsində çalışmış, eyni zamanda, respublikanın musiqi həyatında yaxından iştirak etmişdir. 1956 və 1957-ci illərdə Azərbaycan gənclərinin birinci və ikinci festivallarının laureatı olmuşdur. == Yaradıcılığı == Şirvan musiqi mühitində yetişən Eynulla Cəbrayılov bu bölgənin ustad sənətkarlarının ənənələrindən bəhrələnir, muğam və aşıq sənətinin sirlərinə yiyələnir. O, ifaçılığında bu iki sənətin xüsusiyyətlərini qovuşdurmağa nail olur. Gənc yaşlarından peşəkar xanəndə kimi respublikada tanınan E.Cəbrayılovun Aşıq Şakir və nəfəs alətləri ifaçısı Həsrət Hüseynovla birgə çıxışları xüsusilə əlamətdar olmuşdur. E.Cəbrayılov aşıq havalarını ("Nazlana-nazlana", "Bala nərgiz", "Kimə yalvarım" və s.) böyük şövqlə oxuyan xanəndə kimi məşhurlaşmışdır. Bu havalar bu gün xanəndələrin repertuarında kök salmışdır. E.Cəbrayılov geniş diapazonlu, rəngarəng tembrli güclü səsə malik xanəndə olmuşdur. Onun ifasında "Rast", "Segah-Zabul", "Mirzə Hüseyn Segahı", "Çahargah" və başqa muğamlar AzRT Fondunda saxlanılır.
Fariz Cəbrayılov
Fəxrəddin Cəbrayıl Əhəri
Fəxrəddin Cəbrayıl bin Əhməd Peykər Əhəri (?-?) — Eldənizlilər dövlətinin əmiri. == Həyatı == İbnül-Fuvatiyə görə "Təşkinül-Kəbir" adlı bir zatın oğlu olan hacib Fəxrəddin Cəbrail Əhəri haciblər soyuna mənsub idi. Hacib Fəxrəddin Cəbrailin Nurüddin Mikail adlı bir qardaşi də vardı. Hacib Fəxrəddin Cəbrail Azərbaycandakı Əhər, Əvrab, Mincarun qalaləri və bu qalalərin ətrafındakı bölgələrin hakimiydi. O, Eldənizlilərin Vəziri Rəbibüddin Əbül-Kasım Harunun yaxın arxadaşıydı. İbnül-Fuvati Fahrüddin Cəbrailin ölümündən sonra Şəmsüddin Əlişirin Azərbaycan Atabəylərinin sarayında hacibliğə təyin olunduğunu qeyd etmişdir. İbnül-Fuvatinin Məcmaül-Adabını tədqiq və nəşr edən Dr. Mustafa Cəvad "Təşkinül-Kəbir" adını şərh edərkən "bu ad Nuştəgini çağırıştırıyor və Nuştəgin, Əbu Nasr bin Cuhəyrin xidmətindəki əmirlərdəndi" şəklində qeyd düşmüşdür. Azərbaycanın coğrafyası və tarixinə bələd olmaması naşirin yanılmasına səbəb olmuşdur. Burada sözü edilən şəxs əslində "Təşkinül-Kəbir" deyil, Piştəkindir.
Fəxrəddin Cəbrayılov
Cəbrayılov Fəxrəddin Mövsüm oğlu (12 avqust 1958, Gorus) — General-mayor, Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının sabiq rəisi, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş zabit. == Həyatı == Fəxrəddin Cəbrayılov 12 avqust 1958-ci ildə Ermənistan SSR-in Gorus şəhərində anadan olmuşdur. Orta təhsilini Culfada almışdır. 1975-ci ldə BAÜQKM-nə daxil olur. 1979-cu ildə təhsilini başa vurur. Onu təyinatla Almaniyada yerləşən Sovet ordusuna qrup komandiri göndərirlər. 1984-cü ildə fəaliyyətnini Zaqafqaziya Hərbi Dairəsində davam etdirir. Vətənə dönəndən sonra Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığında çalışmağa başlayır. 1986-cı ildə Ali Zabitlər Kursunu bitirir. 1992-ci il Müdafiə Nazirliyində Beynəlxalq Əlaqələr İdarəsində müqavilələrin imzalanması şöbəsinin rəisi vəzifəsinə təyin edilir.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi və ya GAMAC — 2010-cu ildə bir qrup Cənubi Azərbaycanlı aktivist tərəfindən yaradılmış ictimai-siyasi qurum. == Yaradılması == 12 dekabr 2009-cu ildə keçirilən Amsterdamda Güney Azərbaycan məsələsində ortaq prinsiplər əsasında hərəkət etmək üçün milli təşkilatların və şəxslərin iştirak etdiyi iclas keçirilmişdi. İclasın sonunda bütün iştirak edənlərin səsi ilə 12 maddəlik bəyannamə qəbul edilmişdi. Bu bəyannamə Güney Azərbaycan Milli Azadlıq Hərəkatının fəaliyyət istiqamətini müəyyənləşdirmək üçün qəbul edilmişdi. 12 – 13 iyun 2010-cu il tarixdə Brüsseldə keçirilən toplantıda Güney Azərbaycanın milli mənafeyi uğrunda aparılan mübarizədə bütün milli qüvvələrin davamlı işbirliyini təşkilat formasında reallaşdırmaq məqsədilə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) yaradılması təklifi irəli sürüldü və səsçoxluğu ilə qəbul olundu. == Bəyannaməsi == Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi yarandığı ilk gündən 12 maddəlik bəyannamə ilə siyasi gündəmə çıxıbdır. Bu bəyannamənin əsas şərtləri və tələbləri isə bundan ibarətdir: 1. Güney Azərbaycan Türk millətinin milli azadlığı yolunda mübarizədə bugünkü fars rasizmini təmsil edən İran İslam Cümhuriyətini əsas maneə kimi görür. Çünkü bu rejim hər növ demokratik dəyişikliyə qarşıdır. 2.
Hacı Cəbrayıl Əlizadə
Hacı Cəbrayıl Zərbəli oğlu Əlizadə (15 yanvar 1941, Nardaran – 29 mart 2013) — Vəhdət Partiyasının sabiq sədri, Bakı və Kəndlər Birliyinin sabiq sədri, Sabunçu Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Nardaran Qəsəbə Sovetinin sabiq sədri. == Həyatı == Hacı Cəbrayıl Zərbəli oğlu Əlizadə 15 yanvar 1941-ci ildə Nardaran kəndində anadan olmuşdur. 1959-cu ildə Nardaran kənd orta məktəbini bitirmişdir. 1967–1972-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunın əmtəəşünaslıq fakültəsində ali təhsilini almışdır. 1971–1991-ci illərdə Abşeron Sovxoz Fəhlə İstehlak Cəmiyyətində çalışmışdır. Hacı Cəbrayıl Əlizadə 2002-ci ildə Nardaranda baş verən hadisələr səbəbi ilə qısa müddətli həbs edilmişdir. Hacı Cəbrayıl Əlizadə 29 mart 2013-cü ildə saat 16 radələrində ölmüşdür. Onun dəfn mərasimi 30 mart 14:30-da keçirilmiş və cənazəsi Nardaran qəsəbəsində dəfn edilmişdir. == İctimai-siyasi fəaliyyəti == Hacı Cəbrayıl Əlizadə Azərbaycan Xalq Hərəkatının aktiv üzvlərindən olmuşdur. 1991-ci ildə Nardaran Qəsəbə Sovetinin sədri olmuşdur.
Hacılı (Cəbrayıl)
Hacılı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun eyniadlı inzibati-ərazi vahidinə daxil olan bir kənddir. Kənd düzənlikdə yerləşir. Cəbrayıl şəhərindən 5 km cənubdadır. == Tarixi == Rusiya İmperiyası dövründə Hacılı 1 və Hacılı 2 kəndləri Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının eyniadlı kənd dairəsinə daxil idi. Sovet işğalından sonra Hacılı Azərbaycan SSR-in Cəbrayıl rayonunda eyniadlı kənd sovetliyinin tərkibinə daxil idi. Kənddə klub, kitabxana və tibb mərkəzi var idi. 1933-cü ildə Azərbaycan SSR-in Xalq Təsərrüfatının Uçotu İdarəsi (AzNEA) tərəfindən hazırlanmış "Azərbaycan SSR-in İnzibati Bölgüsü" nəşrinə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, Azərbaycan SSR-in Cəbrayıl rayonunun Daş Veysəlli kənd sovetliyinə daxil olan Hacılı kəndində 79 təsərrüfat (17 ümumiləşdirilmiş və 62 xüsusi sahibkar) və 296 sakin (153 kişi və 143 qadın) var idi. Daş Veysəlli kənd sovetliyinin bütün əhalisi türklərdən (azərbaycanlılardan) ibarət idi. 1993-cü ilin avqustunda Qarabağ müharibəsinin nəticəsi olaraq kənd Ermənistan qüvvələri tərəfindən işğal olunmuşdur. 19 oktyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Hacılı kəndinin bir hissəsinin Azərbaycan Ordusu tərəfindən azad edildi.
Heyvandarlıq Zərbəçi Cəbhədir (1981)
Heyvandarlıq zərbəçi cəbhədir (film, 1981)
Hüseyn Cəbrayıloğlu
İsmayılov Hüseyn Cəbrayıloğlu (27 noyabr 1975, Lənkəran) — idman jurnalisti == Həyatı == Hüseyn Cəbrayıloğlu İsmayılov 1975-ci ildə Lənkaran şəhərində anadan olub. Lənkaran şəhər 10 saylı orta məktəbini bitirib. Mətbuatda ilk addımlarını 14-yaşında "Çeşmə", "Elin səsi" qəzetlərində atıb.1990-cı ildə Dünya Uşaqlarının Hüquqlarının Müdafiə Liqasının keçirdiyi inşa müsabiqəsinin qalibidir.1996-cı ildə Hərbi Tibb Məktəbini bitirib.1996–2003-cü illərdə cəbhənin Murovdağ bölgəsində zabit kimi xidmət edib, hərbi təqaüdçüdür.2008-ci ildən 2013-cü ilə qədər ölkənin ən nüfuzlu və çoxtirajlı Futbol + qəzetinin əməkdaşı olmuşdur. 2016-cı ildən "Xəzər Lənkəran" klubunun əsas sponsoru olan "Palmali"nin Bakı ofisinin, eləcə də həmin quruma daxil olan şirkətlərin mətbuatla əlaqələrinə nəzarət edəir Cənub Bölgəsində Futbolun İnkişaf Tarixi adlı elmi kitabın müəllifidir bir çox mükafatlara layiq görülüb tanınmış jurnalist Etibar Cəbrayıloğlunun qardaşıdır.
Hüseynallar (Cəbrayıl)
Hüseynalılar, Hüseynallar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Hacılı kənd inzibati ərazi dairəsində kənd. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsi inqilabdan əvvəl Cəbrayıl qəzasının hacılı icmasına mənsub hüseynalılar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Hüseynalılar (Cəbrayıl)
Hüseynalılar, Hüseynallar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Hacılı kənd inzibati ərazi dairəsində kənd. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsi inqilabdan əvvəl Cəbrayıl qəzasının hacılı icmasına mənsub hüseynalılar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Həbib Cəbiyev
Həbib Pirican oğlu Cəbiyev (sentyabr 1899, Balaxanı, Bakı qəzası – 21 aprel 1938, Bakı) — siyasi və dövlət xadimi, publisist. == İlk illər == Həbib Pirican oğlu Cəbiyev 1899-cu ildə Balaxanıda anadan olub. Ailədə 2 qardaş olublar: Həbib Cəbiyev və Ağahüseyn Cəbiyev. Atası Pirican Cəbiyev Nobel qardaşları ilə birgə fəaliyyət göstərib. Hacı Zeynalabdin Tağıyev və Arafelovla birgə o vaxt "Novıy Ararat" şirkətini təsis ediblər(Xəyal Bünyadzadə."Cümhuriyyət" qəzeti, 21–27 aprel 2023-cü il, " Mircəfər Bağırov neft maqnatının inqilabçı oğlunu niyə güllələdi"). Atası onu öz işinin davamçısı görmək istəmiş və bu arzu ilə 12 yaşlı Həbibi Bakı kommersiya məktəbinə qoymuşdur. Həmin illərdə sosial ədalətsizliklər, fəhlələrin ağır və məşəqqətli həyatı, maddi çətinliklərə qarşı etirazlar yeniyetmə Həbibdə inqilabi əhvali-ruhiyyə yaratmışdı. O, tez-tez kommersiya məktəbində kor-koranə yaranan toplanış və yığıncaqlarda iştirak edir və narazılıqlarını açıq söyləyirdi. O, eyni zamanda məktəbdə yaradılmış gizli şagird dərnəyinə üzv olur və bu dərnəyin işində fəal iştirak edirdi. == İnqilaba gedən yol və partiya işləri == 1916-cı ilin sonlarında Həbib Cəbiyev müharibə (Birinci Dünya müharibəsi) əleyhinə apardığı təbliğata görə həbs edilərək iki gün polis sahəsində saxlanılır.
I Dünya müharibəsində Asiya və Sakit okean cəbhələri
Asiya və Sakit okean cəbhəsi — Birinci Dünya müharibəsi'nin, qansız keçən bir cəbhəsi idi. Cəbhədəki yeganə həqiqi hərbi hərəkat, Yaponiya imperiyası'nın Sindao hücumu idi. Bunun yanında, bugünkü Papua-Yeni Qvineya, Bitə Paya və Tomada da kiçik miqyaslı münaqişələr baş vermişdir. Sakit okeandakı digər Alman bölgələrində hər hansı bir hərəkət müşahidə olunmamışdı. == Sindao mühasirəsi == 600 Alman və 3400 Çinlidən ibarət qüvvə tərəfindən qorunan Sindao, Almanların bölgədəki ən mühüm bazası idi. Avstriya-Macarıstan İmperiyası'nın əsgərlərinin qoruduğu qala isə Alman donanması və Avstriya-Macarıstan donanmasına aid bir neçə gəmiylə dəstəklənirdi. Yaponlar bölgəyə 50.000 əsgər və altı döyüş gəmisindən ibarət bir qoşun göndərərkən Britaniyalılar müharibəyə 1600 nəfərlik bir dəstək birliyi ilə qatılmışdılar. Qala 31 oktyabrda bombalanmaya başlandı. Yaponiya İmperiya donanması və quru qoşunları 6 noyabr gecəsi bir hücum həyata keçirdi. Qala, bir gün sonra ələ keçirilərkən Almanların 200, Yapon qüvvələrinin 1455 can itkisi olduğu açıqlanmışdır.
I Dünya müharibəsində Orta Şərq cəbhəsi
I Dünya Müharibəsinin Orta Şərq teatrı — Birinci Dünya müharibəsi dövründə hərbi əməliyyatlar teatrı, Osmanlı İmperiyası, Antanta dövlətləri və bəzi bilinməyən xalqların Silahlı təşkilatları arasında hərbi əməliyyatlar aparırdılar. Hərbi əməliyyatlar 1914-cü ilin noyabrında başlayır. Coğrafi və siyasi şərtlər üzündən Yaxın Şərqdə hərbi əməliyyatlar bir-birindən asılı olmayaraq ümumilikdə aparılan bir neçə ayrı-ayrı əməliyyatlara və döyüşlərə bölünür. Bunlardan ən mühümü Şərqi Anadoluda Rus-Osmanlı (Qafqaz) cəbhəsi, İrandakı rus qoşunlarının hərəkətləri, Çanaqqala əməliyyatı, Britaniya qoşunlarının ərəbistan yarımadasındakı, Süveyş kanalı ərazisində, Fələstin, Suriya və Mesopotamiyada həyata keçirdiyi əməliyyatlardır. == Müharibədən əvvəl == === Xarici siyasətdəki vəziyyət və Osmanlı İmperiyasının daxili vəziyyəti === 1914-cü ilin avqustunda Antanta ilə İttifaq dövlətləri arasında Birinci Dünya müharibəsi Müharibənin ilk günlərindən etibarən hər iki müharibə koalisiyası Osmanlı imperiyasını öz tərəflərində müharibəyə cəlb etməyə çalışırdı. Osmanlı imperiyasının müstəsna coğrafi mövqeyi və yaranmış geosiyasi vəziyyət onun müharibədə iştirakını faktiki olaraq məcbur etmişdir. Bütün Rusiya ixracının və idxalının yarısının keçdiyi Qara dəniz boğazları Rusiya üçün çox böyük əhəmiyyət daşıyırdı, Osmanlı sərhədləri yaxınlığında Süveyş kanalı, onun çoxsaylı müsəlman əhalisi yerləşirdi. Osmanlı ərazisində Bağdad dəmir yolunun tikintisi gedirdi və o, Mesopotamiyanın neftlə zəngin olan rayonlarını sürətli quru yolu ilə Avropa ilə bağlamaq üçün nəzərdə tutulmuşdur və buna görə də strateji əhəmiyyət daşıyırdı. Eyni zamanda, Antanta rəhbərliyi Türkiyə ilə hərbi bir ittifaqın mümkünsüz olduğunu, ilk növbədə, Rusiyanın, Türkiyənin ənənəvi düşməninin mövqeyinə görə, ehtimalının az olduğunu düşünürdü. Belə bir vəziyyətdə Antanta ölkələrini Türkiyənin uzunmüddətli dostluq neytrallığı ssenarisi daha çox qane edirdi.
Komsomol neft cəbhəsində (film, 1932)
Kvadrat (cəbr)
Kvadrat ədəd - ədədin özü-özünə vurulmasından alınan hasil. Kvadrat dərəcəsi 2 olan qüvvət şəklində göstərilir. Kvadrat sırası: 0, 1, 4, 9, 16, 25, 36, 49, 64, 81, 100, 121, 144, 169, 196, 225, 256, 289, 324, 361, 400, 441, 484, 529, 576, 625, 676, 729, 784, 841, 900, 961, 1024, 1089, 1156, 1225, 1296, 1369, 1444, 1521, 1600, 1681, 1764, 1849... Tarixən bu ardıcıllıqlar həqiqi ədədlərin "kvadratı" adlandırılır. == Göstərilmə üsulları == n {\displaystyle n} həqiqi ədədinin kvadratını n-ə qədər olan ilk tək ədədlərin cəmi şəklində göstərmək olar: 1: 1 = 1 {\displaystyle 1=1} 2: 4 = 1 + 3 {\displaystyle 4=1+3} … 7: 49 = 1 + 3 + 5 + 7 + 9 + 11 + 13 {\displaystyle 49=1+3+5+7+9+11+13} … Həqiqi ədədin kvadratının göstərilməsinin daha bir üsulu: n 2 = 1 + 1 + 2 + 2 + . . . + ( n − 1 ) + ( n − 1 ) + n {\displaystyle n^{2}=1+1+2+2+...+(n-1)+(n-1)+n} Nümunə: 1: 1 = 1 {\displaystyle 1=1} 2: 4 = 1 + 1 + 2 {\displaystyle 4=1+1+2} … 4: 16 = 1 + 1 + 2 + 2 + 3 + 3 + 4 {\displaystyle 16=1+1+2+2+3+3+4} … == Kompleks ədədin kvadratı == Cəbri formada olan kompleks ədədin kvadratını aşağıdakı düstur ilə hesablamaq olar: ( a + b i ) 2 = ( a 2 − b 2 ) + 2 a b i . {\displaystyle \left(a+bi\right)^{2}=\left(a^{2}-b^{2}\right)+2abi.} Triqonometrik formada kompleks ədəd üçün analoji düstur: r ( cos ⁡ ϕ + i sin ⁡ ϕ ) 2 = r 2 ( cos ⁡ 2 ϕ + i sin ⁡ 2 ϕ ) .
Kürdlər (Cəbrayıl)
Kürdlər — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Xələfli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Sirik kənd Sovetindən Kürdlər kəndi Xələfli kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Yerli əhalinin məlumatına görə, keçmiş adı Hacıisaqlı olmuşdur. Əvvəllər bu ərazidə Zəngəzur qəzasındakı Şotlanlı kürd tayfasına məxsus qışlaq yeri (Kürdlər qışlağı adlanırdı) olmuşdur. Sonralar burada salınmış yaşayış məntəqəsi köhnə qışlağın adı ilə tanınmışdır. Əslində isə kənd sakinlərinin kürdlərlə heç bir etnik əlaqəsi yoxdur. 1922-ci ildə çap edilmiş yaşayış məntəqələrinin siyahısında da kəndin adı Hacıisaqlı kimi qeydə alınmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Latviya Xalq Cəbhəsi
Latviya Xalq Cəbhəsi (latış. Latvijas Tautas fronte‎) — 1988-1993 illərin arasında öncə Latviya SSR-də, sonra isə müstəqil Latviyada fəaliyyət göstərən siyasi qurum. O, əvvəl Perestroykayı dəstək etmək üçün yaradılıb, sonra isə Latviyanın SSRİ-dən müstəqilliyi üçün fəaliyyət göstərirdi. == Mənşəyi == 1940-cı ildə Latviya, Litva və Estoniya SSRİ tərəfindən işğal olunub. Bundan təxminən eyni zaman meşə qardaşları adı altında partizanların silahlı müqaviməti başlayıb. 1986-cı ildən başlayaraq latviyalılar konkret məqsədlərin ətrafında təşkil olmağa başlayıblar. Moskvaya qarşı ilk qələbələrindən biri Dauqavpils şəhərin yanında, Latviyanın əsas Dauqava çayının üzərində dördüncü hidroelektik dambasının quraşdırmasının dayandırması idi. Bu Ətraf Mühitin Müdafiə Klubunun yaradılmasını ilhamlandırıb. Klub Sovet rejiminə qarşı daha geniş şəkildə mübarizə aparmaq üçün ətraf mühitlə bağlı etirazları vasitə kimi sayırdı. == Tarixi == 1988-ci ildə Latviyada məqsədi demokratiya və müstəqillik olan qurumların arasında Latviya Xalq Cəbhəsi də var idi.

"cəb" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cəb nədir? #cəb sözünün mənası #cəb nə deməkdir? #cəb sözünün izahı #cəb sözünün yazılışı #cəb necə yazılır? #cəb sözünün düzgün yazılışı #cəb leksik mənası #cəb sözünün sinonimi #cəb sözünün yaxın mənalı sözlər #cəb sözünün əks mənası #cəb sözünün etimologiyası #cəb sözünün orfoqrafiyası #cəb rusca #cəb inglisça #cəb fransızca #cəb sözünün istifadəsi #sözlük