* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Quzu saxlamaq üçün ensiz, uzun alçaq tikili. Küzü təmizləmək. Küzləri qaydaya salmaq. – Əhməd küzə girib iki-üç quzu və oğlağın leşini bayıra çıxartdı… Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / küz2 is. Əkin yerini hissələrə bölmək üçün cüt və ya kotanla açılan şırım. Çəkilmiş küz yarıdan keçməmiş göy üzünü … ağ buludlar alır, hava isə bozarırdı. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / küz1 Anadolu türklərində gün düşməyən yer kimi başa düşülür, bizdə “payız” anlamında işlədilir. Güman etmək olar ki, gü-n və gü-z eyni kökə malikdir. –z şəkilçisinin sözə əks məna verməsi faktları məlumdur: K(g)üd və k(g)üd-a-z, ud və ud-u-z. Deməli, kü-z sözündəki –z şəkilçisi -siz şəkilçisi ilə qohumdur. Küz elə kün(gün) -süz deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / küz2 1 сущ. диал. ягнятник (помещение, хлев для ягнят) 2 сущ. борозда (глубокая черта, проведенная на поверхности земли плугом или другим пахотным орудием)
Azərbaycanca-rusca lüğət / küz1 I. i. I sheep- / lamb-fold, sheep- / lambcote, pen / fold for lambs II. i. (şumda şırım, cız) furrow; boundry furrow
Azərbaycanca-ingiliscə lüğət / küz2 сущ. къарабас, лас, маз (никӀин арадай куьтендив акъуднавай хвал).
Azərbaycanca-ləzgicə lüğəti / küzI (Borçalı, İmişli, Qax, Ordubad) payız. – Qoyunu yaz otar, yaz otarmadın duz otar, duz otarmadın küz otar (İmişli); – Taxıl səfdiη küzdə sula, küzdə sulamadıη buzda sula (Borçalı) II (Ağcabədi, Ağdam, Bakı, Basarkeçər, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, İmişli, Kürdəmir, Qarakilsə, Şərur, Yardımlı, Laçın, Meğri, Ordubad, Saatlı, Salyan, Şəmkir, Tovuz, Zəngilan, Zərdab) quzu saxlanılan üstüörtülü yer. – Dört tərəfin qarquynan örüllər, üsdün də örtüllər olur küz (Ağdam); – Bizim küzdə yüz quzu var (Ağcabədi); – Quzuları yığın küzə, soyuxdu (Zəngilan); – Quzunu küzə qatırıx (Ordubad) III (Meğri, Ordubad) əkin sahəsində kiçik arx. – Küzi hmməşə yer malalanannan sura açallar (Meğri) IV (Cəlilabad, Füzuli, Göyçay, Xocavənd, Quba) 1. xışın və ya kotanın açdığı şırımla müəyyən hissələrə bölünmüş əkin sahəsi (Füzuli, Quba). – İki cız arasına küz deyəllər (Füzuli); – Beş küz tuxum əkmişəm; – Üzim də işdeyəm, küzdərin halağin təmizdeyəm (Quba) 2. əkin sahələrini birbirindən ayıran şırım, cızıq (Cəlilabad); – Küz çəkeydüz kö:şənniglərdə V (Yardımlı) dilim, qıça. – Boraninin dilimlərinə küz deylər bizdə
Azərbaycan dilinin dialektoloji lüğəti.