tariy sözü azərbaycan dilində

tariy

Yazılış

  • tariy • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tariyel Abbasov
Tariyel Abbasqulu oğlu Abbasov — 1977-ci ildə Bakı şəhərində keçirilən ifaçıların I Respublika müsabiqə­sinin laureatı, Gülarə Əliyeva adma “Dan ulduzu” instrumental ansamblında solo tarzəni, Azərbaycan Dövlət Konservatoriyasının müəllimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == Tariyel Abbasqulu oğlu Abbasov 10 mart 1953-cü ildə Naxçıvan şəhərində də­miryolçu ailəsində anadan olmuşdur. Uşaqlıqda Naxçıvan şəhər dəmiryol ərazisində ya­şayan Tariyel qatarların hərə­kətini izləməyi çox sevər, ürəyində isə “Bir gün gələcək mən də arzuma çatacağam” deyərdi. Arzularının qanadında o musiqi dünyasına qovuşmağı, bunun üçün uşaq təxəyyülü ilə qatarla Bakıya getməyi xəyal edirdi. Daha bilmirdi ki, gün gələcək o nəinki Bakıya gedib arzusuna çatacaq, buranın sakini, burada ailə, uşaq sahibi olacaqdır. Bir də bilmirdi ki, ona ayrılan ömrün 25 ilini hələlik Naxçıvanda keçirəcəkdir. == Musiqi təhsili == 1964-cü ildə Naxçıvan şəhər Uşaq Musiqi Məktəbinin xalq çalğı alətləri şöbəsinin tar sinfinə daxil olan Tariyel ixtisas üzrə əvvəlcə gənc mütəxəssis Azər Abasov, sonra virtuoz tarzən Əkrəm Məmmədovdan, muğam sənətini isə qocaman ustad Yusif Əliyevdən öyrənmişdir. Müəllimlərinin hər üçü öz sənətini dərindən bilən, tanınmış musiqiçilər idi. Azər müəllim gənc olmasına baxmayaraq Asəf Zeynallı adına Bakı Orta Musiqi Məktəbini uğurla bitirmiş, görkəmli pedaqoq Adil Gərayın sinfində təhsil almışdır. Bir müddət sonra isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirən A.Abasov musiqi elmini dərindən mənimsəməkdə Tariyelə lazımi tövsiyələr verirdi.
Tariyel Abdullayev
Tariyel Abdullayev (şəhid, 1949) — 1949-cu ildə doğulan şəhid.Tariyel Abdullayev (şəhid, 1965) — 1965-ci ildə doğulan şəhid.
Tariyel Abdullayev (şəhid)
Tariyel Atayev
Tariyel Fəxrəddin oğlu Atayev (5 sentyabr 1986; Ağcabədi rayonu, Azərbaycan SSR — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tariyel Atayev 1986-cı il sentyabrın 5-də Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tariyel Atayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tariyel Atayev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Ağcabədi rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tariyel Atayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tariyel Atayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tariyel Atayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tariyel Atayev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Tariyel Hacıbala oğlu Abdullayev (20 Yanvar şəhidi)
Tariyel Həsənov
Tariyel Həsənov – şərqşünas alim, tarixçi, ilahiyyatçı. == Həyatı == Tariyel Bilal oğlu Həsənov 1941-ci ildə Əli Bayramlı rayonunun (indiki Şirvan) Poladtuğay kəndində anadan olmuşdur. 1958-ci ildə Əli Bayramlıda orta təhsilini başa vurmuşdur. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Şərqşünaslıq fakültəsinin ərəb şöbəsinə daxil olmuş, 1963-cü ildə oranı bitirmişdir. 1962–1971 illərdə Azərbaycan Radio və Televiziya Veilişləri Komitəsi ərəb redaksiyasının diktoru işləmişdir. O, 1971–1987 illərdə Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır. 1966–1967 illərdə Yəmən Ərəb Respublikasında, 1973–1977 və 1987–1992 illərdə İraqda xidməti ezamiyyətdə olmuşdur. Tariyel Həsənov İraqda SSRİ Nazirlər Sovetinin İqtisadi İnkişaf Komitəsinin müşaviri vəzifəsində işləmişdir. Ən yüksək səviyyədə danışıqlarda iştirak edən Tariyel Həsənov SSRİ Nazirlər Sovetinin sədri A. Kosiqin ilə İraq prezidenti Əhməd Həsən Əl-Bəkr arasında gedən danışıqların tərcüməçisi olmuşdur.1992-ci ildən ömrünün sonuna kimi Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin baş müəllimi işləmişdir.Tariyel Həsənov 23 dekabr 2005-ci ildə Bakıda vəfat etmişdir. == Elmi fəaliyyəti == Tariyel Həsənov 1971-ci ildə tarix elmləri namizədi elmi dərəcəsini almışdır.
Tariyel Məmmədov
Tariyel Məmmədov (28 fevral 1949, Bakı) — musiqişünas, Azərbaycan Musiqi Akademiyasının "Tarix və azərbaycan musiqi nəzəriyyəsi" kafedrasınn professorudur. Azərbaycan musiqisi üzrə İnternet-proyektlərin müəllifi və rəhbəridir. Musiqili elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarif "Musiqi Dünyası" yurnalının baş redaktoru və naşiridir. == Həyatı == Tariyel Aydın oğlu Məmmədov 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını "Tarix və musiqi nəzəriyyəsi" ixtisası üzrə bitirmişdir. 1983-cü ildə SSRİ Mədəniyyət Nazirliyinin Ümumittifaq Elmi Araşdırmalar Sənətşünaslıq İnstitutunda "Koroğlu dastanında epik nəğmələri yaradıcılığı" mövzusunda sənətşünaslıq elmi dərəcəsi üzrə namizədlik müdafiəsi (rəhbər professor, sənətşünaslıq doktoru M. E. Tarakanov), 1989-cu ildə isə yenə həmin İnstitutda "Azərbaycan aşıqlarının ənənəvi nəğmələri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Yaradıcılığı == Monoqrafiyalar "Koroğlu mahnıları". Bakı. Gənclik, 1984, 8 ç.v. "Azərbaycan aşıqlarının ənənəvi nəğmələri".
Tariyel Qasımov
Tariyel İsgəndər oğlu Qasımov (d. 4 fevral 1939, Ağstafa) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR-in əməkdar (1979) və Azərbaycan Respublikasının xalq artisti (1991). == Həyatı == Tariyel İsgəndər oğlu Qasımov 4 fevral 1939-cu ildə Ağstafanın Köçəsgər kəndində anadan olub. 1956-cı ildə Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub. Bədən Tərbiyəsi İnstitutunda təhsil aldığı zaman Lütfi Məmmədbəyovun dram dərnəyinə getməyə başlayıb. İkinci kurs tələbəsi ikən Gənc Tamaşaçılar Teatrında tamaşada rol alıb. Teatr müdriyyətinin məktubu ilə 1960-cı ildə köçürülmə yolu ilə sənədlərini Teatr İnstitutuna verib. Kino və dram aktyorluğu fakültəsinə — Rza Təhmasibin kursuna qəbul olunub. Üçüncü kursda ikən Dram Teatrına işə qəbul olunub. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir.
Tariyel Salmanov
Tariyel Allahverdi oğlu Salmanov (7 fevral 1988; Ağcabədi, Azərbaycan — 8 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tariyel Salmanov 1988-ci il fevralın 7-də Ağcabədi şəhərində anadan olub. 2006-2011-cu illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan hərbi tibb qulluqçusu Tariyel Salmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Tariyel Salmanov oktyabrın 8-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tariyel Salmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tariyel Salmanov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Tariyel Salmanov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Tariyel Talıbov
Tariyel Hüseynəli oğlu Talıbov (22 fevral 1949, Noraşen rayonu) – Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun baş elmi işçisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, biologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2009), AMEA-nın həqiqi üzvü (akademik) (2014). == Həyatı == Talıbov Tariyel Hüseynəli oğlu Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində anadan olmuşdur. 1966-cı ildə Siyaqut kənd onbirillik orta məktəbini, 1973-cü ildə isə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirdikdən sonra, Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Regional Elm Mərkəzində kiçik elmi işçi vəzifəsinə işə qəbul edilmişdir. 1973–1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 16 yanvar 2003-cü ildən AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktorudur. 2005–2010-cu illərdə 12 №-li Şərur seçki dairəsindən III–IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilmişdir. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı və 4 nəvəsi vardır. == Əsas elmi nailiyyətləri == Naxçıvan MR-in flora biomüxtəlifliyinin tədqiqi, taksonomik spektrin hazırlanılması və səmərəli istifadəsi və qorunmasına aiddir. İlk dəfə olaraq Naxçıvan MR-in flora biomüxtəlifliyində ali bitkilərin taksonomik spektri hazırlanmış, onların nadir növlərinin "Qırmızı kitabı" nəşr edilmişdir.
Tariyel Vəliyev
Vəliyev Tariyel Təyyar oğlu — Azərbaycan televiziya rejissoru, Azərbaycan Dövlət Televiziyası "Ədəbi-dram verilişləri" baş redaksiyasının baş rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Televiziya rejissoru" kafedrasının müdiri, professor. == Həyatı == Tariyel Vəliyev 24 fevral 1944-cü ildə İmişli rayonunda anadan olmuşdur. Orta təhsilini Bakının 172 saylı məktəbində, ali təhsilini ADMİU-də və LDTMK Akademiyasında almışdır. 1967-ci ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində radio rejissoru vəzifəsində işə başlayıb, 1972-ci ildən ömrünün sonuna qədər televiziya rejissoru kimi fəaliyyətini davam etdirmişdir. Bu illər ərzində o bir sıra televiziya tamaşalarının, sənədli filmlərin, dövlət tədbirlərinin, bayram proqramlarının quruluşçu rejissoru olmuşdur. Azərbaycan televiziya məkanında ilk çoxseriyalı televiziya tamaşasının, Aslan Qəhrəmanovun "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyasının quruluşçu rejissorudur. Rejissor öncə yalnız 1-ci filmi çəkməyi planlaşdırıb, lakin "Səni axtarıram" efirdə yayımlanandan sonra AzTV-yə çoxsaylı tamaşaçılar ardı-arası kəsilməyən məktublar yazır və beləliklə 2-ci hissə "Bağışla" çəkilir. Eyni hal yenidən baş verir, tamaşaçılar Elçinlə (Yaşar Nuri) Gülnarın (Firəngiz Mütəllimova) qovuşmağını arzulayır. Beləliklə 3-cü hissə "Səndən xəbəriz" çəkilir. Bir-birinin ardınca İsi Məlikzadənin "Qaranquş yuvası", Seyid Hüseynin "Gənclik macərası", Əzizə Əhmədovanın "Pəncərədə işıq", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", Mar Bayciyevin "Duel", Anarın "Ötən ilin son gecəsi", "Evləri köndələn yar", Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam-1" teletamaşalarını çəkib.
Tariyel Xanadanov
Tariyel Bayram oğlu Xanadanov — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tariyel Bayram oğlu Xanadanov 1960-cü ildə İsmayıllı rayonu Qalacıq (İsmayıllı) kəndində anadan olub. 1993 cü ilin aprelində Murovdağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına hələk olmuşdur. == Təltifləri == 17 sentyabr 1996 cı ildə İsmayıllı rayonu Qalacıq (İsmayıllı) kəndi tam orta məktəbi Tariyel Xanadanov adını daşıyır.
Tariyel İsmayılov
Tariyel Hümbət oğlu İsmayılov (16 oktyabr 1949, Şiştəpə, Şamxor rayonu) — professor, BDU Bərk cisimlər fizikası kafedrasında akademik == Həyatı == 16 oktyabr 1949-cu ildə Şəmkir rayonunun Şiştəpə kəndində hərbçi ailəsində anadan olub. 1967-ci ildə Bakı şəhəri 176 sayli orta məktəbi qızıl medalla bitirib. Üç övladı var. Kimya elmləri doktoru, professor Etibar İsmayılovun qardaşıdır. == Akademik Karyerası == 1967–1972 — tələbə, Fizika fakültəsi, Baki Dövlət Universiteti 1981, f.r.-e.n., " bərk məhlullarında işığın udulma və zonalararası kombinasion səpilmə nəzəriyyəsi", AMEA, Fizika İnstitutu 1993 f.r.e.d., " tipli yarımkeçiricilərdə və onların yarımmagnit məhlullarında işığın elektron kombinasion səpilməsi və ikifotonlu udulması", AMEA, Fizika İnstitutu == Peşəkar Karyerası == 1975–1976 – SSRİ EA, Radiotexnika və Elektronika İnstitutu (Moskva), tədqiqatçı 1972–1985 — AMEA, Fizika İnstitutu, kicik elmi işçi 1985–1992 – Kosmik Tədqiqatlar Elm İstesalat Birliyi baş elmi işçi, qrup rəhbəri 1992–1999 — AMEA, Fizika İnstitutu, aparıcı elmi işçi 1999–2000 — AMEA, Fizika İnstitutu, laboratoriya müdiri 2000-ci ildən indiyədək Bakı Dövlət Universiteti fizika fakültəsinin "Bərk cisimlər fizikası" kafedrasında işləyir. == Əsərləri == Hasimzade F. M., Ismailov T. G., Mehdiyev B. H., Pavlov S. T.. Interband electron Raman scattering in a quantum wire in a transverse magnetic field. Phys. Rev B 71, p. 165331–1, 165331–8, 2005 Hasimzade F. M., Ismailov T. G., Mehdiyev B. H..
Tariyel Abdullayev (şəhid, 1949)
Tariyel Abdullayev (tam adı: Tariyel Oruc oğlu Abdullayev; 1949, Şamxor rayonu, Azərbaycan SSR, SSRİ – 27 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1949-cu ildə Şamxor rayonunda (indiki Şəmkir rayonu) anadan olmuşdur[1]. Bakıda 54 nömrəli tam orta məktəbi bitirmişdir. 4 nömrəli tikinti idarəsində rəngsaz işləmişdir. Bəhruz və Firuz adlı iki oğlu yadigar qalmışdır. == Qanlı Yanvar faciəsi == XI Qızıl Ordu meydanında güllə yarası almışdır. Güllə arxadan dəymiş, qarın nahiyəsindən çıxmışdır. Xəstəxanaya aparılarkən maşın yenidən atəşə tutulmuş və aşmışdır. Tariyel Xəstəxanada 4 saat əməliyyat stolunda olmuş, işıqlar söndüyündən şam işığında əməliyyatı davam etdirilmişdir. İkinci dəfə yanvarın 22-də cərrahiyyə əməliyyatı aparılmış, lakin bu əməliyyatlar heç bir müsbət nəticə verməmişdir.
Tariyel Abdullayev (şəhid, 1965)
Tariyel Abdullayev (tam adı: Tariyel Hacıbala oğlu Abdullayev; 25 fevral 1965, Lənkəran, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ – 26 yanvar 1990, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1965-ci il fevralın 25-də Lənkəranda anadan olub. Əvvəlcə Lənkəranda 2 nömrəli orta məktəbdə 10 il təhsil almış, daha sonra isə 169 nömrəli texniki peşə məktəbini bitirərək bərbərlik sənətinə yiyələnmişdir. Əsgərlikdən qayıtdıqdan sonra, Kalinin adına cihazqayırma zavodunda fəhlə işləmişdir.. Subay idi. == Qanlı Yanvar faciəsi == Yanvarın 26-da Lənkəranın Haftoni meşəsində hərbçilər Xalq cəbhəsinin 5 üzvünü güllələmiş, 46 adamı tutub vertolyotla Bakıya göndərmişlər. Tariyel də tutulanların arasında olmuşdur. Hərbçilər vertolyotda tutulan adamları üzü üstə yıxıb məftillə qollarını və ayaqlarını arxadan boğazlarını bağlamışlar. Tariyelin boğazına bağlanan məftili möhkəm sıxıblar. O, boğulan vaxt həmyerliləri hərbiçilərdən xahiş edib ki, Tariyelin boğazına bağlanan məftili boşaltsınlar.

Oxşar sözlər

#tariy nədir? #tariy sözünün mənası #tariy nə deməkdir? #tariy sözünün izahı #tariy sözünün yazılışı #tariy necə yazılır? #tariy sözünün düzgün yazılışı #tariy leksik mənası #tariy sözünün sinonimi #tariy sözünün yaxın mənalı sözlər #tariy sözünün əks mənası #tariy sözünün etimologiyası #tariy sözünün orfoqrafiyası #tariy rusca #tariy inglisça #tariy fransızca #tariy sözünün istifadəsi #sözlük