öt sözü azərbaycan dilində

öt

Yazılış

  • öt • 83.6735%
  • Öt • 15.3061%
  • ÖT • 1.0204%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Öt xan
Öt Xan - türk və altay mifologiyasında Zaman ilahı. Öğöt Xan da deyilir. Zamanın axışından məsuldur. Zamanın keçişini bəzən sürətləndirər, bəzən yavaşladar. Kültigin abidələrindən bu möhtəşəm ifadə iştirak etməkdədir. "Öd tengri aysar, kişi oğlı kop ölgeli törimiş." Bu cümlə, Talat Tekinə görə "Zaman tanrısı elə buyurunca insan həmişə ölümlü yaradılmış," mənasını verməkdədir. Məhərrəm Ergin isə, "Vaxtı tanrı yaşayır, insan həmişə ölümlü yaradılmış," şəklində çevirməkdədir. Gündüz və gecə, ağ və qara iki ip yumaqdır. Bu yumaqların sarılmasından məsul köməkçisi vardır. Yumaqlar sürətli sarılsa zaman sürətli keçər.
Hibrid ötürmə
Hibrid ötürmə müxtəlf enerji mənbələri ilə işləyən iki mühərrikin bir məqsəd üçün birləşdirilməsidiir. Avtomobilqayırmada benzin və elektriklə işləyən mühərriklərin inteqrasiyası, velosipedlərdə elektrik mühərrikinin əzələ ilə işləyən mexanizmlə birləşməsini buna misal göstərmək olar. Hibrid mühərrikləri ilə işləyən avtomobillərin yaranması yanacağa qənaət etmək məqsədi daşıyır. Bu yolla qalıq (fosil) yanacaqlardan asılılığı azaltmağa çalışırlar. Digər aspekt ətraf mühitə vurulan ziyanın azaldılmasıdır. Hibrid güc ötürməsində mühərriklər ya parallel, ya da gücdən asılı olaraq birləşmə prinsipi ilə işə qoşulurlar. İkinci halda ötürmə daxili yanma mühərriki ilə bərabər iki elektrik mühərrikindən (generator və mühərrik) ibarət elektrik ötürmə sisteminə malikdir. Daxili yanma mühərrrikinin yaratdığı gücün bir hissəsi maşınların transmissiyasına bir başa, digər hissəsi isə mühərrik-generator-ötürməsi üzərindən ötürülür. Yəni iş zamanı elektrik ötürməsində mexaniki enerji elektrik enerjisinə çevrilir və batareyada yığılır. Kombinasiya olunmuş hibrid ötürməsində mühərriklər muftalar vasitəsilə ayrılaraq paralel və ya fərdi tətbiq oluna bilirlər.
Mor ve Ötesi
mor ve ötesi - 1995-ci ildə əsası qoyulmuş Türkiyə alternativ rok qrupu. 2008-ci ildə Türkiyəni Avroviziya Mahnı Müsabiqəsində "Deli" mahnısı ilə təmsil etmiş və 7-ci yeri tutmuşdur.
Mor və Ötəsi
mor ve ötesi - 1995-ci ildə əsası qoyulmuş Türkiyə alternativ rok qrupu. 2008-ci ildə Türkiyəni Avroviziya Mahnı Müsabiqəsində "Deli" mahnısı ilə təmsil etmiş və 7-ci yeri tutmuşdur.
Planetar ötürmə
Planetar dişli çarx ötürməsi- bir mərkəzi ulduz çarxının oxu ətrafında fırlanan bir neçə dişli çarxdan ibarət olan mexaniki sistemdir (şəkil 1). Dişli çarxlar aparıcı bəndlə (1) birlikdə saxlanılır. İlişmədə mütəhərrik oxlu dişli çarx satellit adlanır (2). Aparıcı çarxın oxuna əsas ox deyilir. Satellitlərlə təmasda olan, əsas oxla tuşoxlu olan dişli çarxlara mərkəzi dişli çarxlar deyilir (1, 3). Əsas oxla üst-üstə düşən, yükü qəbul edən bənd əsas bənd adlanır. Əsas bəndlərdən hər üçü 2, 3 və 4 ilişmədə iştirak edərsə, belə ötürmə diferensialdır. Adətən planetar ötürmədə iştirak edən dişli çarxlar radial qüvvəni kompensasiya etmək məqsədilə xarici səth boyunca bərabər paylanır. Bu ötürməni quraşdırmaq üçün mərkəzi çarxların dişlərinin cəminin satellitin sayına nisbəti tam ədəd olmalıdır. Planetar ötürmədə dişlərin yüklənməsi adi silindrik dişli çarxlarda olduğu kimi hesablanır.
Sonsuzvint ötürməsi
Sonsuzvint ötürməsi oxları çarpaz yerləşmiş sonsuzvint və ona uyğun olan dişli çarxdan ibarətdir. Sonsuzvintin profili boltun həndəsəsinə oxşayır. Çox vaxt sonsuzvint aparan, sonsuzvint dişli çarxı isə aparılan olur. İlişmə zamanı güc sonsuzvint çarxın dişlərini qismən əhatə etməklə ötürülür. Sonsuzvint və çarx arasında toxunma xətt üzrə baş verdiyindən böyük güc ötürmək mümkün olur. Bu ötürmə adilərə nisbətən daha dəqiq, səlis və titrəyişsiz işləyir. Dişlərin ilişməsində yaranan yüksək sürtünmə səthi aşağı faydalı iş əmsalına səbəb olur. Sonsuzvintin yoxuş bucağı artdıqaca bu əmsal 65–95 % arasında yerləşir. Sonsuzvint ötürməsində bir pillədə 1…1000 arasında ötürmə nisbəti almaq olur. Praktikada isə əlverişli ötümə nisbəti 10…..80 arasında götürülür.
Variator ötürməsi
Variator ötürməsi — ötürmə ədədini səlis dəyişmək üçün istifadə olunan ayrıca aqreqat və ya maşınlara quraşdırlmış düyüm. == İşləmə prinsipi == Variator onun işləməsini təminedən bir və ya bir neçə pilləsiz ötürmədən ibarətdir. Onun əsas xassəsi tənzimləmə diapazonu, yəni ən böyük ötürmə ədədinin ən kiçiyə nisbəti ilə ifadə olunur (adətən 3-6, bəzi hallarda 10-12). Variatorlar müxtəlif iş şəraitlərində maşının optimal işləməsinə xidmət edir. Məsələn, metalkəsən dəzgahda diametri dəyişən pəstahın müxtəlif sahələrində əlverişli kəsmə sürətini təmin etmək mümkündür. Bundan əlavə variatorlara avtomobil, tekstil maşın və mexanizmlərində, kağız, kimya sənayesində, nəqliyyatda rast gəlinir. Ən geniş yayılmış növü elektrik mühəriki ilə işlədilən pazlı qayış ötürməsidir. Sürətin pilləsiz ötürmə sistemi kimi variatorların tətbiqi avtomatlaşdırılmış texniki vasitələrdə daha böyük rol oynayır. == Qayışla işləyən variatorlar == Şəkildə qayış ötürməsi ilə işləyən variator təsvir olunmuşdur. Variator pazformalı qayışla əlaqələndirilmiş aparıcı və aparan qasnaqlardan ibarətdir.
Verilənlərin ötürmə mühitləri
Fiziki qatın məqsədi bitləri bir maşından digərinə daşımaqdır. Real daşımalar üçün müxtəlif fiziki mediadan istifadə edilə bilər. Hər biri ötürmə sürəti, gecikmə, xərc və quraşdırma və baxım asanlığı baxımından özünə məxsus oyuqları var. Media kobud şəkildə mis naqillər və fiber optik kimi yönləndirilmiş media, yerüstü simsiz, peyk və lazerlər kimi hava ilə ötürülən yönləndirilməmiş mediyaya bölünür. == Magnetik media == Verilənləri bir kompüterdən digərinə ötürmək üçün ən çox istifadə olunan yollardandır. Verilənləri magnetik lent və ya silinəbilən media (məs: yazılabilən DVD-lər) üzərinə yazaraq diski və ya lenti fiziki olaraq hədəf olunan maşına daşınır və verilənlər yenidən oxunur. Bu üsul geostasionar əlaqə peyki istifadə etmək qədər mürəkkəb olmasa da, özəlliklə yüksək ötürmə sürəti və ya bit başına daşınan xərcin əsas faktor olduğu programlar üçün daha xərcli olur. Bu dediyimiz fikrin daha aydın olması üçün bunu bir misal ilə aydınladaq. Sənaye standartlı Ultrium lent 800 gb saxlaya bilir. 60X60X60 sm olan bir qutuda hardasa bu lentlərdən 1000 ədəd var və bunun ümumi ölçüsü 800 terabayt və ya 6400 terabit (6.4 petabit).
Verilənlərin ötürülməsi
Verilənlərin ötürülməsi — (en. data transmission), (ru. передача данных), (tr. veri iletimi) — informasiyanın göndərən qurğudan qəbuledici qurğuya elektron üsulla verilməsi (bir nöqtədən digər bir nöqtəyə və ya bir nöqtədən çox nöqtəyə ötürülməsi) nəzərdə tutulur. Verilənlərin ötürülməsi üçün fərqli əlaqə vasitələri mövcuddur. Bunlar arasında ən geniş yayılan əlaqə vasitələri mis kabellər, fiber-optik xətlər, telsiz və simsiz əlaqədir. Həmçinin verilənlərin ötürülməsi üçün daşınabilən disklərdən, usb yaddaşlardan, sərt disklərdən də istifadə olunur. Verilənlər aşağıdakı fiziki formalarda yadda saxlanır və ötürülür: Elektromaqnit dalğalar Radio dalğalar Mikro dalğalar İnfraqırmızı dalğalar Verilənlərin ötürülməsi üçün həm analoq, həm də rəqəmsal siqnallardan istifadə etmək olar. Amma günümüzdə yalnız rəqəmsal siqnallardan istifadə edilir. Analoq siqnallar daimi dəyişən dalğalar olduğu halda, rəqəmsal siqnallar yalnız diskret şəkildə dəyişən dalğalardır.
Verilənlərin ötürülməsi avadanlığı
Verilənlərin ötürülməsi avadanlığı (en. Data Communications Equipment / Data Circuit-terminating Equipment), (ru. аппаратура передачи данных), (tr. veri iletişim donatımı) – RS-232-C ardıcıl birləşməsi vasitəsilə qoşulan iki növ aparat təminatından biri; ikinci növ isə terminal avadanlıq və ya DTE’dir. DCE daxil olmuş informasiyanı DTE’dən qəbul edir və, adətən, giriş siqnalını əsil adresata verməmişdən öncə müəyyən şəkildə çevirməklə aralıq qurğu kimi fəaliyyət göstərir. Məsələn, xarici modem DCE qurğusudur; o verilənləri kompüterdən (DTE) qəbul edir, onları modulyasiya edir, sonra isə bu verilənləri telefon xətti ilə ötürür. Rabitə sistemlərində DCE qurğusu olan RS-232-C, verilənləri 2-ci xətlə qəbul edir, 3-cü xətlə göndərir, DTE qurğusu isə verilənləri 3-cü xətlə qəbul edir, 2-ci xətlə göndərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Verilənlərin ötürülməsi protokolları
Verilənlərin ötürülməsi protokolları — müxtəlif proqramlar arasında məlumatların mübadiləsi tanımlayan bir interfeys logic level müqavilələr toplusu. Bu razılaşmalar yer, avadanlıq, ayrılır proqram qarşılıqlı mesaj və səhv rəftar göndərmək üçün tutarlı bir yol müəyyən və ya interfeys ilə bağlıdır. Standartlaşdırılmış ötürülməsi protokolu da xüsusi hardware platforma və istehsalçının (məsələn, USB, Bluetooth) bağlı deyil interfeys inkişafı (artıq fiziki səviyyədə), imkan verir. == Şəbəkə protokolları == Şəbəkə Protokol - iki və ya daha arasında əlaqə və mübadilə məlumatlar şəbəkə cihazları daxil imkan verən qaydalar və hərəkətlərdən (tədbirlər ardıcıllıqla) bir sıra. Şəbəkə protokollarının 4 siyahısı Link Layer Network Layer Nəqliyyat Layer Session Layer Application Layer IETF müəyyən İnternet yeni protokollar və digər protokollar - IEEE və ISO. İTU-T telekommunikasiya protokolları və formatlar ilə məşğul olur. TCP / IP - İnternet üçün əsas olan iki protokol. Protokol TCP (Transmission Control Protocol) paketlər və üzrə ötürülən informasiya ayırır. Protokol IP (Internet Protokol) Bütün paketləri köçürülür. Sonrakı bütün hissələri qəbul olub-olmadığını yoxlamaq üçün TCP protokolu istifadə edərək. TCP bütün hissəsinin sonra alınması üçün onların təşkil və birlikdə toplanır.
Zəncir ötürməsi
Zəncir ötürməsi — dartma ötürməsi olub, polad zəncirlərin köməyi ilə fırlanma hərəkətini paralel vallar arasında ötürməyə xidmət edir. Ötürmə oymaq, diyircək və ya dişli zəncirlərin köməyi ilə yerinə yetirilir. Fırlanma zamanı böyük mərkəzdənqaçma qüvvəsini yarandığına görə zəncir ötürməsi aşağı sürətlərdə böyük çevrəvi qüvvələrin ötürülməsində tətbiq edilir. Böyük güclərdə işləyən ötürmədə bir neçə zəncir boltlarla bir-birinə bərkidilir. == Konstruksiyası == Ən sadəsi oymaqlı zəncir ötürməsidir. O, oymaq preslənmiş lövhədən ibarət daxili və çivi preslənmiş xarici bənddən ibarətdir. Çivi oymağa keçirilərək hərəkətli birləşmə yaradır. Yeyilməni və səs yaranmasını azaltmaq üçün oymağa fırlanan diyircək keçirilir. İş zamanı bu diyircəklər ulduzcuqlarla təmasda olaraq səlis iş yaradır. Zəncirlərin birləşdirilib-açılması üçün ona qıfıl hissəsi əlavə edilir.
Ötkür Həsən
Ötkür Hesen (10 aprel 1993, Külcə, Sincan-Uyğur Muxtar Rayonu) hal-hazırda Çin Birinci Liqasında "Siçuan Ciuniu" komandasında oynayan Uyğur — Çin peşəkar dərnək futbolçusudur . == Klub karyerası == "Şandonq Lunenq Tayşan"-ın gənclər heyətində oynadıqdan sonra Ötkür 2011-ci ildə peşəkar futbol karyerasına başladı. Çin İkinci Liqasında "Şandonq Lunenq" gəncər komandasında oynadı və mövsümdə 14 oyun keçirdi.2012-ci ildə "Şandonq Lunenq"-in ilk komanda heyətinə yüksəldi. 19 avqust 2012-ci ildə Ötkür Super Liqada ilk oyununu "Quanju RF"-yə qarşı səfərdə 4–2 məğlubiyyətində etdi. Lakin ilk yarıda "Şandong Lunenq" üç qol buraxdıqdan sonra 46-cı dəqiqədə Du Vei tərəfindən əvəz olundu. 2014-cü ilin yanvarında Ötkür 31 dekabr 2014-cü il tarixinədək Çin Birinci Liqasında "Hebey Conqci" komandasında oynadı. 2015-ci ildə "Hebey Conqci" komandasına qalıcı bir transfer etdi. 2016-cı ildə digər komandaya göndərildi. 2017-ci ilin fevral ayında Ötkür, Çin Birinci Liqasında "Dalian Transsedens" komandasına transfer olundu. == Beynəlxalq karyera == Ötkür, Çin U-20 komandasına ilk çağırışını Su Maojen tərəfindən 2010-cu ilin dekabrında aldı.
Ötkəm İsgəndər
Ötkəm İsgəndərov (1955, Neftçala) — aktyor, Azərbaycanın əməkdar artisti (2005). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinin keçmiş dekanı, dosent, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının pedaqoq-təşkilatçısı. == Həyatı və fəaliyyəti == Ötkəm İsgəndərov 1955-ci ildə Azərbaycanın Neftçala şəhərində doğulub. 1975–1979-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirib. Elə həmin ildən də "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. ADMİU-də "Aktyor sənəti"ndən dərs demişdir. Hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında uşaq və yeniyetmələrlə tərbiyəvi iş aparan təşkilatçı-pedaqoq vəzifəsində çalışır. == Filmoqrafiya == 777 №-li iş (film, 1992) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-filmi səsləndirən: Malik Axırıncı reys (film, 1989) Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-rol: fövqəladə komissiya əməkdaşı; səsləndirən: fabrikin mühafizəçisi (Loğman Kərimov) Batterflyayın qayıtması (Kiyev) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Bircəciyim (film, 1986) Birisigün, gecəyarısı... (film, 1981) Bizi bağışlayın (film, 1979) - Nəriman (gənc) Borc (film, 2014) Boşboğaz (film, 1978) (Rusiya) Cin mikrorayonda (film, 1985) - rol: Rüstəm;film səsləndirən: Tofiq (Ramiz Əzizbəyli) Dəvətnamə (film, 1989) Doğma sahillər (film, 1989) - rol: əsgər Dronqo (serial, 2002) Əzablı yollar (film, 1982) - rol: Məlikməmməd Firəngiz (film, 1975) Gümüşgöl əfsanəsi (film, 1984) - film səsləndirən: Dəmir (Kamil Zöhrabov) Heydər Əliyev.
Ötkəm İsgəndərov
Ötkəm İsgəndərov (1955, Neftçala) — aktyor, Azərbaycanın əməkdar artisti (2005). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinin keçmiş dekanı, dosent, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının pedaqoq-təşkilatçısı. == Həyatı və fəaliyyəti == Ötkəm İsgəndərov 1955-ci ildə Azərbaycanın Neftçala şəhərində doğulub. 1975–1979-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirib. Elə həmin ildən də "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. ADMİU-də "Aktyor sənəti"ndən dərs demişdir. Hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında uşaq və yeniyetmələrlə tərbiyəvi iş aparan təşkilatçı-pedaqoq vəzifəsində çalışır. == Filmoqrafiya == 777 №-li iş (film, 1992) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-filmi səsləndirən: Malik Axırıncı reys (film, 1989) Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-rol: fövqəladə komissiya əməkdaşı; səsləndirən: fabrikin mühafizəçisi (Loğman Kərimov) Batterflyayın qayıtması (Kiyev) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Bircəciyim (film, 1986) Birisigün, gecəyarısı... (film, 1981) Bizi bağışlayın (film, 1979) - Nəriman (gənc) Borc (film, 2014) Boşboğaz (film, 1978) (Rusiya) Cin mikrorayonda (film, 1985) - rol: Rüstəm;film səsləndirən: Tofiq (Ramiz Əzizbəyli) Dəvətnamə (film, 1989) Doğma sahillər (film, 1989) - rol: əsgər Dronqo (serial, 2002) Əzablı yollar (film, 1982) - rol: Məlikməmməd Firəngiz (film, 1975) Gümüşgöl əfsanəsi (film, 1984) - film səsləndirən: Dəmir (Kamil Zöhrabov) Heydər Əliyev.
Ötmüş (Soyuqbulaq)
Ötmüş (fars. اوطميش‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 394 nəfər yaşayır (70 ailə).
Ötzi
Ötzi, Ötsi (alm. Ötzi‎) yaxud Similaun adamı (it. Mummia del Similaun) — insan epoxasının mis dövrünə aid buzlaşmış insan mumiyası. Ötzi mumiyası 1991 ci ildə Tirolun Ötztal Alpındakı (alm. Ötztaler Alpen‎) Şnalştal buzlağında (alm. Schnalstal‎), 3200 m hündürlükdən, kəskin buz ərintisi nəticəsində aşkarlanmışdır. Mumiyanın mənsub olduğu şəxsin ölüm tarixi radio kömür müayinəsi əsasında e.ə. ≈ 3359 və 3105 il, yaşı isə ≈5250 il müəyyən edilmişdir. Avstriyada mumiya Ötzi adamı, İtaliyada isə “Similaun adamı” və “Tirol buzlaq adamı” kimi təqdim edilmişdir. 2011 ci ilin oktyabrında alimlər Ötzinin genetik kodunu açmağa müvəffəq olmuşlar.
Ötömbay (Baymak)
Ötömbay (başq. Өмөтбай, rus. Уметбаево) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Bilal kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 76 km, kənd sovetliyindən (Bilal): 6 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 115 km. Sakmara çayınınn sahilində yerləşir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (97%) üstünlük təşkil edir.
Ötüken
Ötükən (çin.: 於都斤山, 都尉揵山 , 烏德鞬山/乌德鞬山, 都斤山, 大斤山, 郁督軍山/郁督军山) — "Ötükən Dağı", , Ötüken jer ("Ötükən Yeri") adı verilən , meşələrlə örtülü bir dağ , qədim türklər üçün çox müqəddəs sayılır. == Etimologiyası == "Divan"dakı ən maraqlı toponimlərdən biri Ötükən'dir. Şamanizmin izləri bu toponimin də daxilinə hopa bilmişdir. Monqol mənşəli Ötükən şaman tanrıların yaşadığı yerlər olmuşdur. Şaman və yarı şaman mətnlərində bu tanrıya böyük inanc təsvir olunur. Mahmud Kaşğarlı o zaman tatarların məskunlaşdığı ərazilərin bir hissəsinin Ötükən olduğunu da göstərir. Tədqiqatçıların fikrincə, monqolların etnogenezində mühüm rol oynamış Ötükən tayfa adı "hökmdar qadın ölkəsi, ərazisi", "sitayiş edilən yer, səcdəgah", "türklərin müqəddəs dağı" mənalarındadır. Ötükən adı yış, yer sözləri ilə yanaşı işlənmişdir. Ötükənin mif anlamı yaradan ata, yaradan xan (L. Potapov, M. Seyidov) kimi şərh olunur. Bu mif keyfiyyətlərinə görə o, qoruyucu, bolluq, xoşbəxtlik bəxş edən olmuşdur.
Ötüken (jurnal)
Ötüken Dərgisi - Nihal Atsız tərəfindən 1964-cü ildə çapına başlanılmış olan aylıq türkcə dərgi. Nihal Atsızın 1964-cü ildən vəfatına qədər 143 sayı çap olunub. Türkçü-Turancılar tərəfindən 144-cü sayıdan etibarən davam etdirilmişdir.
Ötüken Dərgisi
Ötüken Dərgisi - Nihal Atsız tərəfindən 1964-cü ildə çapına başlanılmış olan aylıq türkcə dərgi. Nihal Atsızın 1964-cü ildən vəfatına qədər 143 sayı çap olunub. Türkçü-Turancılar tərəfindən 144-cü sayıdan etibarən davam etdirilmişdir.
Ötükən
Ötükən (çin.: 於都斤山, 都尉揵山 , 烏德鞬山/乌德鞬山, 都斤山, 大斤山, 郁督軍山/郁督军山) — "Ötükən Dağı", , Ötüken jer ("Ötükən Yeri") adı verilən , meşələrlə örtülü bir dağ , qədim türklər üçün çox müqəddəs sayılır. == Etimologiyası == "Divan"dakı ən maraqlı toponimlərdən biri Ötükən'dir. Şamanizmin izləri bu toponimin də daxilinə hopa bilmişdir. Monqol mənşəli Ötükən şaman tanrıların yaşadığı yerlər olmuşdur. Şaman və yarı şaman mətnlərində bu tanrıya böyük inanc təsvir olunur. Mahmud Kaşğarlı o zaman tatarların məskunlaşdığı ərazilərin bir hissəsinin Ötükən olduğunu da göstərir. Tədqiqatçıların fikrincə, monqolların etnogenezində mühüm rol oynamış Ötükən tayfa adı "hökmdar qadın ölkəsi, ərazisi", "sitayiş edilən yer, səcdəgah", "türklərin müqəddəs dağı" mənalarındadır. Ötükən adı yış, yer sözləri ilə yanaşı işlənmişdir. Ötükənin mif anlamı yaradan ata, yaradan xan (L. Potapov, M. Seyidov) kimi şərh olunur. Bu mif keyfiyyətlərinə görə o, qoruyucu, bolluq, xoşbəxtlik bəxş edən olmuşdur.
Ötükən nəşriyyatı
Ötükən nəşriyyatı — 1964-cü ildə Türkiyənin Şahzadəbaşı adlanan yerində universitet tələbələri tərəfindən qurulan nəşriyyatdır. == Haqqında == "Hər zaman oxunacaq kitablar" şüarı ilə çalışmaqdadır. Nəşr etdikləri ilk kitab Nəcib Fazil Qısakürəyin "Rəis bəy" adlı əsəri olmuşdur. Sonrasında yazıçının bütün bütün əsərləri bu nəşriyyatdan çıxmışdır. Nəşriyyat ilk başlarda Yılmaz Öztuna, Tarık Buğra, Erol Gürgör, Arif Nihat Asya, Cəmil Meriç, Mehmed Fuad Köprülü, Abdülhaq Şinasi Hisar kimi dövrün mühüm ziyalılarının əsərələrini yayımlamışdır. Ötükən nəşriyyatı A. Ş, yarım əsr xaricində fəaliyyətlərini Türkiyədəki ədəbiyyat ilə sənətdə, idman fəlsəfəsində ən çox qurulan yayım təşkilatlarından biri olaraq, qanuna qədər müxtəlif kateqoriyadakı dəyərli xatirələri həmişə oxucunun ən diqqət çəkən əsərləri ilə görüşdü. Onun yayımladığı həm müəllif hüquqları, həm də tərcümə əsərlərində həmişə türk mədəniyyətinə töhfə verəcək əsərlərin seçilməsinə diqqət yetirilmişdir. Ötüken nəşriyyat A. Ş.-nin nəşrlərinin əsas məqsədi Türk tarixinə, Türk mədəniyyətinə, Türk ədəbi toplanmasına, Türk millətinin həyatını və dünyagörüşünü inkişaf etdirəcək hər cür elmə, fikir və sənət əsərlərinə tələbatı artırmaq və bu mövzularda yazılmış əsərləri tanıtmaqdır. inkişaf etmək. Kitabın çapına qədər, Özünü Həyata keçirmə Yayımları A. Ş'nin də oxucuya çatdırılmasını təmin edərək 1973-cü ildə qurulan bir neçə nəşriyyat evi ilə birlikdə ANDA Distribution Inc, Türkiyənin ən ucqar nöqtələrinə keyfiyyətli kitablar çıxarmağı təmin etdi.
Ötürmə sistemləri
Ötürmə sistemi — maşınlara verilən enerjini hərəkət enerjisinə çevirərək onun işləməsi üçün lazım olan mexaniki hərəkəti yaradır. Ağırlıq qüvvəsi ilə işləyənlərdə ətalət enerjisindən, əl ilə işləyənlərdə əzələ qüvvəsindən, elektrik ilə işləyənlərdə elektrik enerjisindən, daxili yanma mühərriklərində tətbiq olunan ötürmələrdə isə kimyəvi enerjidən istifadə edilir. Enerjinin hərəkəti icra edən hissələrə ötürülməsi çarxqolu-sürgüqolu mexanizmi ilə mexaniki, pnevmatik, hidravlik və ya elektrik ola bilər. Maşınların tətbiq sahələrindən asılı olaraq güc ötürücüləri kombinasiya edilmiş şəkildə də tətbiq olunur. Ən geniş yayılmış formaları bunlardır: Elektro-mexaniki ötürmə (məs. körpü kranlarında), Elektro-hidravlik (məs. elektrik karalar), Dizel-mexaniki (məs. ekskavatorlarda) , Benzin-hidravlik (məs. yük maşınlarında), Dizel-elektrik (məs. dəmir yol kranlarında).
Üfüqü ötənlər (film, 2011)
Üfüqü ötənlər — rejissor Şamil Nəcəfzadənin sənədli filmi. == Məzmun == Film Mircavad, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev, Qorxmaz Əfəndiyev kimi böyük Azərbaycan rəssamlarının yaradıcılığından bəhs edir. == Film haqqında == Yazıçı, sənətşünas Sara Oğuz Nəzirovanın xatirələri əsasında çəkilmiş bu film, onun yaxından tanıdığı, yaradıcılıqları XX əsrin ikinci yarısına təsadüf edən 5 Azərbaycan avanqard rəssamından bəhs edən iki hissəli ekran əsəridir. Film "Torpaqdan qaynaqlanan təməl", "Qardaşımdan yaxşısı yox idi", "Qaranlıqdan qopan çığırtı", "Əbədiyyata sıçrayış", "Mümkün olmayan axtarış" adlanan 5 bölümdən ibarətdir. Filmdə "Bu, Mircavaddır" sənədli filminin və "Abşeron bağları" verilişinin kadrlarından və kinoxronikadan istifadə olunmuşdur.

"öt" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#öt nədir? #öt sözünün mənası #öt nə deməkdir? #öt sözünün izahı #öt sözünün yazılışı #öt necə yazılır? #öt sözünün düzgün yazılışı #öt leksik mənası #öt sözünün sinonimi #öt sözünün yaxın mənalı sözlər #öt sözünün əks mənası #öt sözünün etimologiyası #öt sözünün orfoqrafiyası #öt rusca #öt inglisça #öt fransızca #öt sözünün istifadəsi #sözlük