ək sözü azərbaycan dilində

ək

Yazılış

  • ək • 96.4413%
  • Ək • 2.8470%
  • ƏK • 0.7117%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gəncə Əkinçilik və Dövlət Əmlakı İdarəsi
Gəncə Əkinçilik və Dövlət Əmlakı İdarəsi — əkinçiliyin, digər kənd təsərrüfatı sahələrinin yayılmasına və təkmilləşdirilməsinə, dövlət əmlakının qorunmasına, xəzinə və töycü rüsumlarının toplanmasına, meşələrin mühafizəsinə rəhbərlik və nəzarət edən qurum. == Fəaliyyəti == 1903-cü il mayın 1-də yaradılmışdı. Əkinçilik və Dövlət Əmlakı Nazirliyinə tabe idi. 1918-ci ilin 2-ci yarısında idarə 1917-ci ilin sonu 1918-ci ilin əvvəllərində baş vermiş hadisələrlə əlaqədar xüsusi mülkiyyətdə olan malikanələrə və torpaqlara, eləcə də dövlət əmlakına dəymiş ziyanı müəyyənləşdirməyə, torpaq və meşə sahələrində qayda yaratmağa başlamışdı. Meşələrin amansızcasına qırılmasını dayandırmaq üçün ağac materiallarına və oduna kəndlər üzrə məhdudiyyət qoyulmuşdu. 1919-cu ilin əvvəlində 1919-1920 illər üçün yeni smetalar tərtib edilmişdi. Meşə təsərrüfatı məsələlərini tam həll etmək üçün meşə sahələrinin qorunması, ağac materiallarının verilməsi qaydasının dəyişdirilməsi və s. haqqında qərarlar qəbul olunmuşdu. Torpaq və töycü sahəsində istər köçürülmüş rus kəndlilərinin, istərsə də yerli sakinlərin tərk etdikləri torpaqların müəyyən edilməsinə dair tədbirlər görülürdü. 1919-cu ildə xüsusi şəxslərin tərk etdikləri mülklərin və torpaqların qeydiyyatı həyata keçirilir, onlardan səmərəli istifadəyə dair tədbirlər işlənib hazırlanırdı.
Hafiz Əkbərov
Hafiz Əkbərov — rejissor və rejissor assistenti. == Həyatı == Hafiz Əkbərov 1 noyabr 1941-ci ildə Azərbaycan Respublikasının Saatlı rayonunun Xanlarkənd kəndində anadan olmuşdur. 1958-ci ildə orta məktəbi bitirib. 1962-ci ildə İncəsənət İnstitutuna daxil olub, 1968-ci ildə həmin Ali məktəbi bitirib. İnstitutda oxuyarkən Badamdar qəsəbəsindəki Mədəniyyət Evində bədii rəhbər vəzifəsində işləyib. 1968-ci ildən 1993-cü ilə qədər C.Cabbarlı adına "AzərbaycanFilm" Kinostudiyasında əvvəlcə rejissor assistenti, sonra isə multiplikasiya filmləri rejissoru vəzifəsində çalışıb. 1972-ci ildə Moskva şəhərindəki "SoyuzMultfilm" kinostudiyasında təkmilləşmə keçib. 1979-1982 illərdə Multiplikasiya Birliyinin bədii rəhbəri vəzifəsində çalışıb. 1989-1991 illərdə AzərbaycanFilm kinostudiyasının nəzdində "Azərbaycan" kooperativi yaradıb və bu illər ərzində bir neçə reklam və sənədli filmlər çəkib. == Filmoqrafiya == Cırtdanın yeni sərgüzəşti (film, 1973) Çaqqal oğlu çaqqal (film, 1972) Cücələrim (film, 1975) Daş (film, 1977) Dınqıl, sazım, dınqıl (film, 1976) Günlərin bir günündə...
Həsən Əkbərov
II Əkbər Şah
II Əkbər Şah (22 aprel 1760, Mukundpur[d] – 28 sentyabr 1837, Qırmızı Qala) — Böyük Moğol İmperiyasının XIX padşahı.
Kərəm Əkbərov
Əkbərov Kərəm Nurəddin oğlu — azərbaycanlı bəstəkar. == Həyatı == Kərəm Əkbərov 1988-ci il iyun ayının 25-də Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. 2006-cı ildə Bül-Bül adına orta ixtisas musiqi məktəbini bitirmiş və eyni ildə Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasına, görkəmli bəstəkar Arif Məlikovun sinfinə daxil olmuşdur. 2010-cu ildə bəstəkarlıq sinfini "Azərbaycan" simfonik poema fantaziya əsəri ilə bitirmişdir. Bəstəkar təhsilini 2014-cü ildə magistr kimi tamamlamışdır. Və eyni zamanda Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur. Bəstəkarın əsərləri Azərbaycanda və xarici ölkələrdə dəfələrlə ifa olunmuşdur. Azərbaycanın xalq artistləri professor Rauf Abdullayev, Teymur Göyçayev onun əsərlərini ifa etmişlər. 2011-ci ildə Kanadanın Niaqara şəhərində Azərbaycan mədəniyyəti günlərində bəstəkarın "Kamera orkestri üçün suita"sı müvəffəqiyyətlə ifa olunmuşdur. Bəstəkar 2012-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin "Gənclər mükafatına" layiq görülmüşdür.
Kəşfiyyat və Əks-kəşfiyyat Bölməsi (AXC)
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Qərərgahının General-kvartmeystr İdarəsinin Kəşfiyyat və Əks-kəşfiyyat Bölməsi, Azərbaycan Xalq Cümhuriyyəti ərazisində dövlət əleyhinə təxribatların qarşısını almaq, düşmənin casusluq fəaliyyətini aşkarlamaq, ölkənin maraqlarına uyğun məlumatların toplanması işlərini həyata keçirmək üçün yaradılmış kəşfiyyat, əks-kəşfiyyat və təhlükəsizlik qurumları. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi üçün ölkənin hərbi və daxili işlər nazirliklərinin üzərinə böyük vəzifələr düşürdü. == Yaradılması == Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1919-cu ilin fevralın 25-də "Hərbi nazirliyin ştatları haqqında" qanun qəbul etdi. Qanunda Hərbi nazirliyin 38 istiqamət üzrə ştatları təsdiq edilmişdi. Nazirliyin general-kvartirmeyster idarəsinin nəzdində kəşfiyyat və əks-kəşfiyyat idarəsinin də yaradılması nəzərdə tutulmuşdu. == Strukturu == 1919-cu ilin martın 28-də hərbi nazir, general-leytenant Səməd bəy Mehmandarovun əmri ilə Azərbaycan Ordusu Baş Qərərgahının general-kvartirmeyster idarəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. General-kvartirmeyster idarəsinin tapşırıqlar üzrə ober-zabiti, kornet (Azərbaycan Xalq Cümhuriyyəti dövründə süvari hissələrdə ilk zabit rütbəsi) Ağalarov kəşfiyyat və əks-kəşfiyyat bölməsinin rəisi təyin edildi. Bölməyə 28 ştat vahidi verilmişdi: rəis, onun köməkçisi, kargüzar, 23 nəfər əməliyyat işçisi. Bölmənin rəisi alay komandiri, köməkçilərinin vəzifəsi isə batalyon komandiri vəzifəsinə bərabər tutulurdu. İlk vaxtlar bölmədə 12 nəfər xidmət edirdi.
Lahıc Dağlarında Əks-Səda (1971)
== Məzmun == Ta qədim zamanlardan Azərbaycan özünün mis məmulatları ilə şöhrət tapmışdır. Bunların əsas istehsal mərkəzi Böyük Qafqaz dağlarında yerləşən kiçik Lahıc kəndidir. Burada misdən hazırlanan dolça, satıl, sərnic, məcməyi, sərpuş, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. dünyanın bir çox ölkələrinə, o cümlədən Rusiyaya, Orta Asiyaya və Yaxın Şərqə aparılmışdır. Lahıcda dəmir üzərində döymə sənətinin sirləri nəsildən nəslə ötürülür. Filmdə Lahıc sənətkarlarından, onların yaradıcılığından məhəbbətlə söhbət açılır.
Lahıc dağlarında əks-səda (film, 1971)
== Məzmun == Ta qədim zamanlardan Azərbaycan özünün mis məmulatları ilə şöhrət tapmışdır. Bunların əsas istehsal mərkəzi Böyük Qafqaz dağlarında yerləşən kiçik Lahıc kəndidir. Burada misdən hazırlanan dolça, satıl, sərnic, məcməyi, sərpuş, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. dünyanın bir çox ölkələrinə, o cümlədən Rusiyaya, Orta Asiyaya və Yaxın Şərqə aparılmışdır. Lahıcda dəmir üzərində döymə sənətinin sirləri nəsildən nəslə ötürülür. Filmdə Lahıc sənətkarlarından, onların yaradıcılığından məhəbbətlə söhbət açılır.
Maarif Əkbərov
Əkbərov Maarif Süleyman oğlu — riyaziyyatçı, filosof, riyaziyyatın fəlsəfəsi ixtisası üzrə Azərbaycanda ilk mütəxəssis-alim, fəlsəfə elmləri doktoru, fizika-riyaziyyat elmləri doktoru.[mənbə göstərin] == Həyatı == Maarif Süleyman oğlu Əkbərov 1930-cu ildə Qərbi Azərbaycanda (Ermənistanın) Vedi rayonunun Goravan kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1947-ci ildə Böyük Vedi orta məktəbini gümüş medalla bitirmişdir. Maarif Əkbərov hələ ali məktəbə daxil olmamışdan əvvəl Vedi rayonunun Taytan kəndinin 7-illik məktəbində riyaziyyat müəllimi, kitabxana müdiri vəzifələrində çalışmışdır. O, Azərbaycanda Ucar rayonunun Qaradağlı kəndində ibtidai məktəb müəllimi işləmişdir. M.Əkbərov Böyük Vətən Müharibəsi illərində və məktəblərdə tətil müddətində şagird-əmək briqadası xətti ilə kolxozda işləyərək, yüksək əmək nümunəsi göstərərək "1941-1945-ci illər Böyük Vətən Müharibəsi illərində Fədakar Əməyə görə" medalı ilə təltif edilmişdir. Maarif Əkbərov 1953-cü ildə Gəncə Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və həmin universitetin Cəbr-həndəsə kafedrasında müəllim saxlanılmışdır. Alim 1953-1959-cu illərdə orada ali cəbr və elementar cəbr fənlərindən dərs demiş, "Elementar riyaziyyat" kafedrasının müdiri işləmişdir. Maarif Əkbərov 12 avqust 2006-cı ildə Bakıda vəfat etmişdir. == Elmi fəaliyyəti == Maarif Əkbərov 1959-cu ildə ümumi əsaslar üzrə müsabiqə yolu ilə "Riyaziyyat elminin fəlsəfi problemləri" ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əyani aspiranturasına daxil olub, 1962-ci ildə oranı bitirib "Riyaziyyatda həqiqət problemi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Alim təyinatla Azərbaycana qayıtmış və riyaziyyatın fəlsəfəsi ixtisası üzrə respublikada ilk və yeganə mütəxəssis kimi Bakı Dövlət Universitetinə işləməyə dəvət edilmiş, 1963-cü ildən Mexanika-riyaziyyat fakültəsində fəaliyyətə başlamışdır.
Mahmud Əkrəm
Rəcaizadə Mahmud Əkrəm (osman. رجاﺋﻰ زاده محمود اكرم) (1 mart 1847, İstanbul – 31 yanvar 1914, İstanbul) — Osmanlı şairi, nasiri və dramaturqu. == Həyatı == Türkiyə ədəbiyyatında "Tənzimat" dövrünün ən məşhur şair, nasir və dramaturqlarından olan Rəcaizadə Mahmud Əkrəm eyni zamanda "Sərvəti-funun"çuların sələflərindəndir. Böyük müasiri Namiq Kamalın yaradıcıhğına nə qədər mübarizlik, döyüşkənlik ruhu hakimdirsə, Mahmud Əkrəm bir o qədər həzin lirik şairdir. Övladlarının, xüsusilə sevimli oğlu Nicatın vaxtsız ölümü şairi sarsıtmış, onun yaradıcılığında kədər, bədbinlik motivləri daha da artmışdır.
Mikayıl Əkbərov
Ələkbərov Mikayıl Məhəmməd oğlu (1924, Saray, Bakı qəzası – 13 oktyabr 1943, Verxnedneprovsk rayonu[d], Dnepropetrovsk vilayəti) — Sovet İttifaqı Qəhrəmanı == Həyatı == Bakının indiki Abşeron rayonunun Saray kəndində dünyaya göz açmış və 1942-ci ildə orduda xidmətə könüllü getmişdir. Hərbi əməliyyatlarda 1943-cü ilin aprelində 81-ci atıcı diviziyası (7-ci ordu) tərkibində kəşfiyyatçı kimi iştirak etmiş və həmin ilin sentyabrın sonunda Dneprin keçilməsində şəxsi igidliyi ilə fərqlənmişdir. Belə ki, kəşfiyyatçı Mikayıl çayı tez keçərək düşmən sahilindən onun müdafiə qüvvəsi haqqında məlumatı öz hissəsinə verməklə hücüm əməliyyatının qələbəsini təmin etmişdir. Ukraynanın Dnepropetrovsk vilayətinin azad edilməsi uğrunda aparılan döyüşlərdə düşmənin 14 hücumunun dəf edilməsində iştirak edərək, ağır yaralanmış və iki həftə sonra aldığı ağır yaralardan həlak olmuşdur. Dnepropetrovskda Rudka kəndində dəfn edilmişdir. Sovet İttifaqı Qəhrəmanı adı ölümdən 12 gün sonra 1943-cü ilin 26 oktayabrında verilmişdir. Saraydakı və Rudkadakı məktəblərə onun adı verilmişdir. == İstinadlar == == Mənbə == Герои Советского Союза - сыны Азербайджана, Баку,1965 Герои Советского Союза. Краткий биографический словарь. Т.1.
Minayə Əkbərova
Minayə Əkbərova (19 iyul 2001, Ağcabədi) — Azərbaycanı təmsil edən taekvondoçu. == Həyatı == Minayə Tapdıq qızı Əkbərova 2001-ci il iyulun 19-da Ağcabədi şəhərində anadan olub. == Karyerası == === 2014–2015-ci illər: Yeniyetmələrin Dünya Çempionatında gümüş medal === Minayə Əkbərova beynəlxalq səviyyə birinci uğuruna 2014-cü ildə Lommel şəhərində baş tutan yeniyetmələr arasında "Belgian Open" beynəlxalq turnirində imza atdı. Turnirin yarım-final mərhələsidə Çexiya nümayəndəsi Sara Xattibovanı 8:4, final görüşündə isə Xorvatiya təmsilçisi Lara Peteni 5:4 hesabı ilə məğlub edən Minayə Əkbərova, "Belgian Open" beynəlxalq turnirinin qalibi oldu. Daha sonra o, Avstriyada baş tutan "Austrian Open" beynəlxalq turnirində mübarizə apardı. Turnirin yarım-final mərhələsidə İtaliya nümayəndəsi Sofiya Zampettiyə 11:10 hesabı ilə qalib gələn Minayə Əkbərova, final görüşündə Çexiya təmsilçisi Sara Xattibovaya 0:4 hesabı ilə məğlub oldu və "Austrian Open" beynəlxalq turnirinin gümüş medalına oldu. 2014-cü ilin əsas turniri iyulda Azərbaycanda baş tutan yeniyetmələr arasında Dünya Çempionatı oldu. Turnirin 1/8 final mərhələsində ABŞ nümayəndəsi Ashleigh Rose Oganı 4:2, 1/4 final mərhələsində Birləşmiş Krallıq təmsilçisi Şayanne Sarsozanı 5:2, 1/2 final mərhələsində isə Rusiya nümayəndəsi Yelizaveta Rojinanı 5:2 hesabları ilə məğlub edən Minayə Əkbərova turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə o, İran təmsilçisi Mahla Momenzadəyə 1:6 hesabı ilə məğlub oldu və yeniyetmələr arasında Dünya Çempionatının gümüş medalına sahib oldu. Minayə Əkbərova 2014-cü ilin noyabrda Antalya şəhərində baş tutan yeniyetmələr arasında Klublararası Avropa Çempionatında çıxış elədi.
Mübariz Əkbərov
Mübariz Əkbərov — Azərbaycan Respublikasının Əməkdar Rəssamı. == Həyatı == Əkbərov Mübariz Səməd oğlu 1955-ci il aprel ayının 2-də Gəncə şəhərində anadan olmuşdur. 1971-ci ildə Gəncə şəhəri Rəssamlıq Məktəbini, 1975-ci ildə isə Gəncə şəhər pedaqoji texnikumunun rəssamlıq fakültəsini bitirmişdir. 1980-ci ildə M.Əliyev adına İncəsənət İnstitutunun Rəssamlıq fakultəsinə daxil olmuş, 1985-ci ildə bitirmişdir. Mübariz Əkbərov 30 ildən çoxdur ki filiqran işləmələri ilə məşğuldur və o, Danimarka, İngiltərə, Almaniya, Fransa, Türkiyə və Rusiyada təşkil olunmuş bir sıra beynəlxalq sərgilərin iştirakçısı olmuşdur. O, 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür, yaratmış olduğu əsərlər bir sıra müzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Ailəlidir, 2 övladı, 2 nəvəsi var. == Sərgiləri == 1995-ci ildə Bakı şəhərində fərdi sərgisi təşkil olunmuşdur 2001-ci ildə Gəncə şəhərində fərdi sərgisi təşkil olunmuşdur 2003-cü ildə Bakı şəhərində "Sənət İnciləri" adlı fərdi sərgisi təşkil olunmuşdur 2004-cü ildə Gəncə şəhərində fərdi sərgisi təşkil olunmuşdur 2005-ci ildə Bakı şəhərində fərdi sərgisi təşkil olunmuşdur 2006-cı ildə Gəncə şəhərinin 2500 illiyinə həsr olunmuş fərdi sərgisi təşkil olunmuşdur 2007-cü ildə Şəki şəhərində "Sənət İnciləri" adlı fərdi sərgisi təşkil olunmuşdur 13-21 fevral 2010-cu il tarixində Londonda Viktoriya Və Albert müzeyində keçirilən Azərbaycan Mədəniyyəti günləri çərçivəsində 22 əl işindən ibarət sərgisi təşkil olunmuşdur 2011-ci ildə Fransanın Dijon şəhərində əl işlərinin fotosərgisi təşkil olunmuşdur 2-12 iyun 2016-cı il tarixində Bakı şəhəri, Azərbaycan Xalça Müzeyində 1-ci Beynəlxalq Türk Dünyasının Ortaq Dili-Naxışlar simpoziumu çərçivəsində Metalda Həkk Edilmiş Gözəllik adlı fərdi sərgisi təşkil olunmuşdur 28 noyabr 2017-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Gəncəli sənətkarın gözəllik dünyası” sərgisinin açılışı olub.
Məhəmməd Əkbər
Məhəmməd Əkbər (11 sentyabr 1657 – 31 mart 1706) — Böyük Moğol imperiyasının hökmdarı Övrəngziblə onun əsas arvadı, Səfəvi sülaləsinin nümayəndəsi Dilras Banu Bəyimin övladı olan moğol şahzadəsi. Əkbər atasına qarşı üsyan başlatmış, uğursuzluğa düçar olduqdan sonra da Dəkkənə qaçmışdır. Bundan sonra Səfəvi imperiyasına sürgün edilmiş və orada da ölmüşdür. O, 1719-cu ildə bir neçə aylıq moğol imperiyasına hökmdanlıq etmiş Nikusiyarın atasıdır. == Həyatının erkən dövrü == Məhəməd Əkbər 11 sentyabr 1657-ci ildə Övrəngabadda şahzadə Sultan Övrəngzib (Aləmgir)lə onun birinci və əsas arvadı Dilras Banu Bəyimin ailəsində dünyaya gəlmişdir. Onun anası dövrün ən görkəmli hökmdar ailələrindən hesab edilən Səfəvi sülaləsinə mənsub idi və Bədiüzzaman Mirzə Səfəvinin qızı idi. Bədiüzzaman Mirzə Səfəvi moğol imperiyasında Qucarat valisi kimi çalışmış və sarayda çox güclü nüfuza sahib olmuşdu. Anası Dilras Banu Bəyim Əkbəri dünyaya gətirən zaman infeksiyaya yoluxmuş və buna görə də Əkbər bir neçə aylıq ikən vəfat etmişdir. Övrəngzibin ən sevimli arvadı olan Dilrasın ölümündən sonra Əkbər atası və böyük bacısı Zeb-un Nisə Bəyim tərəfindən xüsusi qayğı və diqqətlə böyüdülmüşdür. O, atasının ən sevimli övladı olmuşdur.
Məhəmmədabad-i Əli Əkbərxan (Bicar)
Məhəmmədabad-i Əli Əkbərxan (fars. محمد آباد علي اكبر خان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 62 nəfər yaşayır (11 ailə). Əhalisini kürdlər təşkil edir.
Məmməd Əkbər
Məmməd Əkbər (tam adı: Əkbərov Məmməd Həmzə oğlu; 5 may 1909, Ordubad, Naxçıvan qəzası – 10 dekabr 1974, Bakı) — yazıçı, jurnalist, tərcüməçi. 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Əkbərov Məmməd Həmzə oğlu (Məmməd Əkbər) 1909-cu il mayın 5-də Ordubad şəhərində ipəkçi ailəsində anadan olmuşdur. Atası əttarlıqla məşğul olduğundan, yəni bitkilərdən ətriyyat, ədviyyat hazırladığından, el arasında “Əttar Həmzə” kimi tanınmışdı. Məmmədin əmisi Axund Hacı Molla Hüseyn Bikəs şair idi, “Bikəs” təxəllüsü ilə klassik şer nümunələri yaradırdı. XIX əsr Ordubad ədəbi mühitinin formalaşmasında, “Əncüməni şüəra” ədəbi məclisinin fəaliyyətində Axund Hacı Molla Hüseyn Bikəsin böyük xidmətləri olub. Balaca Məmməd ilk təhsilini Ordubad mədrəsəsində Axund Mirzə Həsənin hücrəsində almağa başlayır. Lakin həyat elə uşaq yaşlarından onu sınağa çəkir. O, 6 yaşında ikən atası Həmzə, 8 yaşında ikən anası Səltənət xanım vəfat edir. Məmməd bacısı Tərlanla ata nənəsi Gülsüm xanımın himayəsinə sığınır.
Mətləb Əkbərov
Məzrayə-i Əkrad (Kəleybər)
Məzrayə-i Əkrad (fars. لمه درق‎‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 765 nəfər yaşayır (162 ailə).
Məşkur Əkbər
Məşkur Əkbər(ədəbi adı:Məşkur Qurban oğlu Əkbərzadə; 9 may 1925, Ordubad, Naxçıvan MSSR) — şair == Həyatı və təhsili == 9 may 1925-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Şərq qapısı qəzetində şöbə müdiri, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor işləmişdir. 1982-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Regional Elmi Mərkəzinin əməkdaşı işləmişdir. == Kitabları == Qaynar bulaqlar 1964, Mənim arzum 1967, Ömrümüzün baharı 1989.
Nazim Əkbərov
Əkbərov Nazim Fərrux oğlu — ssenarist. == Həyatı == Nazim Əkbərov 1949-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1972-ci ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun (indiki Xarici Dillər Universiteti) ingilis-Azərbaycan dilləri fakültəsini ingilis və Azərbaycan dilləri müəllimi ixtisası üzrə bitirmişdir. 1972–1979-cu illərdə Babək rayonunun Təzəkənd, Qoşadizə, Nehrəm, Yarımca, Sovetabad kənd məktəblərində müəllim, Babək rayon qiyabi orta məktəbində, sonra Babək rayon xalq təhsili şöbəsində metodist vəzifələrində işləmişdir. 1979–1991-ci illərdə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyəti aparatında əvvəlcə məsləhətçi, sonra işlər müdiri, daha sonra təşkilat-təlimat şöbəsinin müdiri vəzifələrində çalışıb. 1991-ci ilin iyun ayından 1994-cü ilin oktyabr ayınadək Naxçıvan MR təhsil naziri vəzifəsində işləyib. Bu vəzifədə bir sıra yeni tipli məktəblər – Naxçıvan şəhərində "Xanım qızlar pansionu" adlı qız məktəbi, Hərbi-İdman Təmayüllü Lisey, Naxçıvan Türk Liseyi, Ordubad Türk Qız Liseyi, Şərur Türk Liseyi, İlahiyyat təmayüllü "Hilal" liseyi, Babək rayonunda biologiya-kənd təsərrüfatı təmayüllü təsərrüfat hesablı liseylər açıb. 1994-cü ildən Çağ Öyrətim İşlətmələri şirkətində baş pedaqoji müşavir vəzifəsində, təhsil sahəsində həyata keçirilən kurikulum islahatında mənəviyyat üzrə milli məsləhətçi kimi də fəaliyyət göstərir. Mənəviyyata, əxlaq məsələlərinə dair 8 kitabda onun hekayələri, esseləri, məqalələri, irpərdəli pyesləri toplanmışdır. Mənəviyyat, əxlaq və davranış qaydalarına dair beş dərs vəsaitinin müəllifidir.
Nazir Əkbərabadi
Nazir Əkbərabadi (30 yanvar 1735, Dehli – 16 avqust 1830, Aqra) — Hindistan şairi. == Həyatı == Nazir Əkbərabadi Mir, Sauda və digərlərinin müasiri olan bir şairdir.
Neytron əksetdiricisi
Neytron əksetdiricisi — nüvə reaktorunun aktiv zonasını əhatə edən və neytronların zonadan kənara axmasını azaldan maddə təbəqəsi. Nüvə əksetdiricisində neytronların əks etdirilməsi zəncirvari reaksiyanın gedişini təmin edən yanacağa qənaət olunmasına imkan verir. Nüvə əksetdiricisi üçün yavaşıdıcı kimi işlənən maddələrdən istifadə olunur.
Nizami Əkbərov
Əkbərov Nizami Əlisahib oğlu (15 avqust 1960, Kürəkçi, Yardımlı rayonu, Azərbaycan SSR) — kimya üzrə fəlsəfə doktoru, Dosent, ADPU-nun Kimya fakültəsinin, "Analitik və üzvi kimya" kafedrasının müəllimi. == Həyatı == Əkbərov Nizami Əlisahib oğlu 15 avqust 1960-cı ildə Yardımlı rayonunun Kürəkçi kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Kürəkçi kəndindəki orta məktəbin birinci sinfinə daxil olub, 1977-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. Məktəbdə oxuyanda riyaziyyat fənninə böyük maraq gəstərib. O dövrdəki "Pioner" qəzetində çıxan "Gənc riyaziyyatçılar klubu"nun dəfələrlə qalibi olub. Orta məktəbin son siniflərində oxuyanda kimya fənninə marağı daha çox artıb, 1975-ci ildə VIII sinifdə oxuyarkən "Azərbaycan gəncləri" qəzetinin keçirdiyi üç turdan ibarət qiyabi kimya olimpiadasının hər üç turunda qalib olmuş, fəxri fərman, diplom və mükafatla təltif olunmuşdur. IX sinifdə o, Qazax şəhərində keçirilən XV Respublika kimya olimpiadasında II, X sinifdə isə Bakı şəhərində keçirilən XVI Respublika kimya olimpiadasında I yeri tutmuşdur. Nizami Əkbərov 1977-ci ildə iki imtahandan 10 ball toplamaqla eksperiment yolu ilə Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. 1982-ci ildə universiteti əla qiymətlərlə bitirib. Hələ universitetdə oxuyarkən elmi işlərlə məşğul olmağa başlayıb.
Orxan Əkbərov
Orxan Nadir oğlu Əkbərov (12 dekabr 1982, Saatlı – 6 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Orxan Əkbərov 1982-ci il dekabrın 12-də Saatlı şəhərində anadan olub. 1989–1997-ci illərdə Saatlı şəhərində 3 nömrəli tam orta məktəbdə, 1997–1999-cu illərdə isə Biləsuvar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Orxan Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Əkbərov oktyabrın 2-da Füzulinin azad edilməsi zamanı şəhid olub. 6 oktyabr 2020-ci il tarixində Biləsuvar şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Passatlararası əks cərəyan
Passatlararası əks cərəyan — Atlantik, Sakit və Hind okeanlarında, ekvatora yaxın enliklərdə Qərbdən Şərqə gedən okean cərəyanıdır. Passatlararası əks cərəyan keçmişdə Ekvator əks cərəyanı adlanırdı.

"ək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ək nədir? #ək sözünün mənası #ək nə deməkdir? #ək sözünün izahı #ək sözünün yazılışı #ək necə yazılır? #ək sözünün düzgün yazılışı #ək leksik mənası #ək sözünün sinonimi #ək sözünün yaxın mənalı sözlər #ək sözünün əks mənası #ək sözünün etimologiyası #ək sözünün orfoqrafiyası #ək rusca #ək inglisça #ək fransızca #ək sözünün istifadəsi #sözlük