Celonq
Celonq (ing. Geelong) — Avstraliyanın cənubunda, Viktoriya ştatında şəhər.
== Əhalisi ==
Əhalisi 143,9 min (2011) nəfərdir.
== Coğrafiyası ==
Bass boğazının Port-Fillip körfəzindəki Korio buxtasında yerləşir. Dəniz portu (yük dövriyyəsi 12 mln. t-dan çoxdur, 2006; əsasən, neft və neft məhsulları, buğda, mineral gübrə).
Nəqliyyat qovşağıdır. Avalon aeroportu burada yerləşir.
== Tarixi ==
Əsası 1837-ci ildə qoyulmuşdur. 1841-ci ildə Celonq portundan Böyük Britaniyaya qoyun yununun (19-cu əsrdə Avstraliyanın əsas ixrac əmtəəsi) ilk partiyası göndərilmişdi.