ge sözü azərbaycan dilində

ge

Yazılış

  • ge • 69.2857%
  • GE • 21.4286%
  • Ge • 8.9286%
  • gE • 0.3571%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
.ge
.ge — Gürcüstan üçün ölkə kodu yüksək səviyyəli domendir (ccTLD) . .ge yüksək səviyyəli domen adları vətəndaşlıq və ya yaşayış yeri ilə bağlı heç bir məhdudiyyət olmadan bütün dünyada fiziki şəxslər və şirkətlər üçün birbaşa qeydiyyat üçün mövcuddur. İkinci səviyyəli domen adları bir neçə xüsusi növ qeydiyyatdan keçmək üçün də mövcuddur: .com.ge – yalnız kommersiya təşkilatları üçün .edu.ge – yalnız təhsil müəssisələri üçün .school.ge – yalnız məktəblər üçün .gov.ge – yalnız hökumət təşkilatları üçün .org.ge – yalnız qeyri-hökumət təşkilatları üçün .mil.ge – yalnız dövlət hərbi təşkilatları üçün (dayandırılmış domen zonası, Nazirlikdə qeydiyyatdan keçmiş mil.ge domeni) .net.ge – yalnız şəbəkə provayderi və ya şəbəkə layihə təşkilatları üçün .pvt.ge – yalnız fərdi şəxslər üçün == Tarix == .ge 1992-ci ildə Gürcüstanın SaNet provayderinə həvalə edilib. 2006-cı ildə Caucasus Online 3 şirkətin (o cümlədən SaNet) birləşməsindən sonra yaranıb və .ge şirkətinin sponsoru olub. Qeydiyyat xidməti əvvəlcə qeyri-kommersiya təşkilatı Internet Development Group — Georgia tərəfindən təmin edilmişdi, lakin Caucasus Online tətbiqindən sonra o, yalnız inzibati və qeydiyyat rollarını birləşdirdi. .gov.ge 2014-cü ildə LEPL Smart Logic-ə həvalə edilib. == .გე == 2011-ci ildə Gürcüstan üçün yerli dildə domen adları üçün nəzərdə tutulmuş yeni yüksək səviyyəli domen adı qeydə alınıb. Ən yüksək səviyyəli domen .გე (.xn--node) gürcü hərfləri olan gani və eni hərfləridir və yerli sözün abreviaturunı deyil, G və E hərflərini təmsil edir. 2016-cı ildə aktiv internet saytları ilə aktivləşdi. 20 yanvar 2016-cı il tarixindən etibarən Gürcüstan gürcü Mkhedruli skriptindən istifadə edərək .გე yüksək səviyyəli domenləri qeydiyyata aldı.
Nikolay Ge
Nikolay Ge Nikolayeviç (15 (27) fevral 1831, Voronej – 1 (13) iyun 1894 və ya 2 (14) iyun 1894, Şevçenko[d], Çerniqov quberniyası[d]) – rus boyakarı, rəssam. Peterburq Rəssamlıq Akademiyasının üzvü. Bir fransız mühacirin nəticəsidir. Kiyev və Sankt-Peterburq universitetlərində, Peterburq Rəssamlıq Akademiyasında təhsil almışdır. İtaliya Rəssamlıq Akademiyasının təqaüdçüsü olmuş, həmçinin Almaniya, Fransa, İsveçrə və Florensiyayada yaradıcılıq etmişdir. Lev Tolstoyun əzəmət və böyüklüyünü ifadə edən portreti və avtoportret onun son əsərlərindəndir.
Ge Hinnom vadisi
Hinnom vadisi və ya Ge Hinnom vadisi (ivr. ‏גיא בן הינום‏‎) — yəhudilərin Yerusəlim, müsəlmanların isə Qüds adlandırdıqları şəhərin cənub və cənub qərb hissəsində yerləşən vadi. Hazırda bu yerlərə baxanda gözəl görünsə də, əslində bura heç kimin getmək istəmədiyi bir yerdir. Çünki bu yer bütün tarix boyu dünyanın ən qorxulu yeri hesab olunub. Bu qorxulu yerin adı Ge Hinnomdur. Tarixi mənbələrə nəzər saldıqda bu real coğrafi məkanın daha qədim adının “Tofet” olduğunu görmək olar. “Əhti-Cədid”də aramey dilində bu ad “Gehenna” kimi göstərilib. “Əhti-Ətiq”də “Ge Ben Hinnom” kimi gedən bu söz “Hinnom oğullarının vadisi” kimi tərcümə olunur. Göründüyü kimi Hinnom şəxs adıdır. Vadi bir zamanlar Hinnom oğullarına məxsus olub ki, buna görə də “Hinnom oğullarının vadisi”, yəni Qədim ivrit dilində “Ge Ben Hinnom” adlandırılıb.
Gəncə şəhərinin gerbi
Gəncə şəhərinin gerbi — Gəncə şəhərinin rəmzidir. Cavad xanın (1748-1804) hakimiyyəti dövründə Gəncə xanlığının (1747-1804) bayrağında əks olunmuş simvolların əksini tapdığı gerb 2004-cü ildə qəbul edilmişdir. == Tarixi == Gəncə şəhərinin gerbi 2004-cü ildə Cavad xanın hakimiyyəti dövründə Gəncə xanlığının bayrağı olmuş qədim bayrağın simvolları əsasında bərpa olunmuşdur. Cavad xanın bayrağında əks olunmuş simvollar, xanın özünün də mənsub olduğu Ziyadoğlular nəslinin qədim dövrdən daşıdığı bayrağın simvolları idi. Ziyadoğlular nəsli Azərbaycanın ən nüfuzlu doqquz Qızılbaş tayfasından biri olan Qacarların bir qolu idi. IX-X əsrlərdən etibarən Azərbaycanın siyasi hakimiyyətində müxtəlif vəzifələri tutmuş Ziyadoğlular 400 ilə yaxın Gəncə bəylərbəyliyini idarə etmişlər. Azərbaycanda mərkəzi hakimiyyətin parçalanması dövründə isə müstəqil Gəncə xanlığını qurmuşlar. Ziyadoğluların Gəncədə hakimiyyətdə olmuş son nümayəndəsi olan Cavad xanın 1804-cü ildə döyüşdə öldürülməsindən sonra bu sülalənin hakimiyyətinə də son qoyulmuş, onların rəsmi simvolları isə sıradan çıxarılmışdır. == Simvolikası == Günəş – əbədi həyat simvoludur. Ay – əbədi işıq rəmzi, paklıq, təmizlik, ağ rəngi əks etdiməklə azadlıq anlamını da daşıyır.
Hacıabbaskəndi (Germi)
Hacıabbaskəndi (fars. حاجي عباس كندي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 26 nəfər yaşayır (5 ailə).
Hacıəhməd (Germi)
Hacıəhməd (fars. حاج احمدكندي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 110 nəfər yaşayır (20 ailə).
Hadibəyli (Germi)
Hadibəyli (fars. هادي بيگلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 137 nəfər yaşayır (27 ailə).
Hadili (Germi)
Hadili (fars. هديلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 298 nəfər yaşayır (61 ailə).
Hai to Gensou no Grimgar
Grimgar of Fantasy and Ash və ya Yaponiyada tanınan adı ilə Hai to Gensou no Grimgar (灰と幻想のグリムガル, Hai to Gensō no Gurimugaru, azərb. Fentezi və Kül Qrimqarı‎) – Eyri Şirayın rəssamlığı ilə Ao Cuumonci tərəfindən yazılan ranobe seriyası. Bir qrup insanın özlərini qəfildən Qrimqar adlı fentezi dünyasında tapmasından və bu dünyaya adaptasiya olub sağ qalmağa çalışmasından bəhs edir. Overlap Bunko tərəfindən 25 iyun 2013-cü ildən bu yana 21 cildi buraxılmışdır. Mutsumi Okubaşi tərəfindən yazılan manqa adaptasiyası 22 aprel 2015-ci ildən 22 iyun 2016-cı ilə kimi Square Enix nəşriyyatının "Gangan Joker" jurnalında serializasiya olunmuşdur. 2016-cı ildə ranobe əsasında A-1 Pictures studiyası tərəfindən 12 seriyalıq anime serialı adaptasiyası çəkilmişdir. Ranobe J-Novel Club və Seven Seas Entertainment, manqa adaptasiyası Yen Press tərəfindən Şimali Amerikada lisenziyalaşdırılmışdır. == Məzmun == Günlərin bir günü bir qrup gənc özlərini Qrimqar adlı fentezi dünyasında oyanmış halda tapırlar. Sadəcə adlarını xatırlayan bu insanlar bu dünyaya haradan gəldiyini bilmirlər, lakin buraya aid olmadıqlarını hiss edirlər. Oyunda ilişdiklərindən xəbərləri olmayan bu insanların tək çarəsi yeni dünyaya adaptasiya olub sağ qalmaqdır.
Hesabat generatoru
Report generator ~ генератор отчетов ~ rapor üreteçi ~ hesabat generatoru – verilənlər bazasından alınan informasiyanı çap etmək üçün istifadəçinin yaratdığı “formalar” şəklində hesabtlardan istifadə edən tətbiqi proqram növü (adətən, verilənlər bazasının idarəolunması proqramının bir hissəsi). Hesabat generatorundan avtomatik olaraq başlığı, kolontitulu, səhifə nömrələri və b. qoyulmuş rahat oxunan sənəd, yaxud blank yaratmaqan ötrü yazının müəyyən sahələrini, yaxud yazılar qrupunu seçmək üçün istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Heybət-i Süfla (Germi)
Heybət-i Süfla (fars. هيبت سفلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 33 nəfər yaşayır (8 ailə).
Heybət-i Ülya (Germi)
Heybət-i Ülya (fars. هيبت عليا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 38 nəfər yaşayır (8 ailə).
Heyvanlarda gecə həyat tərzi
Heyvanlarda gecə həyat tərzi — bu addım canlılarda onunla əlamətdardır ki, günün gecə saatları aktiv olur və gündüz saatlarında isə yatırlar. Bu tip heyvanlarda eşitmə qabiliyyəti olduca yüksək olur və görmə mövcud vəziyyətə uyğunblaşmışdır. Bunlara canavarlar, kirpilər, yarasalar və digərlərini misal çəkmək olar. == Səbəblər == Bu canlıların gecə həyat tərzi keçirləri aşağıdakı səbənblərdən doğmuşdur: Dida resurslarında rəqabət. Eyni ərazidə, eyni qida ilə qidalanan canlılardan biri gündüz digəri isə gecə həyt tərzi keçirərsə bu artıq rəqabətlilik yaratmaz. Mısal: Qırğılar (gündüz) və Bayquşlar (gecə). Görünməzlik. Yırtıcılara nəzər saldıqda onlar şikarları tərəfindən aşkar edilmirlər. Məsələn: Şirlər həm gecə həm də gündüz həyat tərzi keçirə bildiyindən, onların şikarları olan zebr və antiloplar gecə yaxşı görmədiyindən asan ova çevrilirlər. Gəmiricilər gündüz asan Yırtıcı quşlar tərəfindən asan şikara çevrildiyindən gecə həyat tərzi keçirirlər.
Hikmət Həsənov (general-mayor)
Hikmət Hüseyn oğlu Həsənov (9 oktyabr 1975, Pirəhmədli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Birinci Ordu Korpusunun komandiri (2014–2021). 2016-cı il Aprel döyüşlərində istiqamət komandiri kimi cəbhənin 3 istiqamətində — Ağdam-Tərtər-Goranboy cəbhəsində döyüşləri idarə edib. 2020-ci il oktyabrın 3-də Ağdərə istiqamətində yerləşən Suqovuşanın işğaldan azad edilməsinə başçılıq etmişdir. == Hərbi xidməti == === Xidmətinin ilk illəri === Hikmət Həsənov 1993-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsində Taqım Komandiri vəzifəsində xidmət edib. Daha sonra xidmətini Ağdam rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqada komandiri vəzifəsində davam edib. Ardınca isə bölük komandiri və tabor Komandiri vəzifələrində xidmət edib. 2002-ci ildə Çin Xalq Azadlıq Ordusunun Nanjinq Quru Qoşunları Ali Hərbi Akademiyasına daxil olub və 2003-cü ildə təhsilini xüsusi fərqlənmə ilə bitirib. 2003-cü ildə Qazax rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqada komandirinin MTT üzrə müavini vəzifəsinə təyin olunub, bir müddət sonra isə xidmətini Tovuz rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqadanın qərargah rəisi olaraq davam edib. 2004-cü ildə Tovuz rayonu istiqamətində hal-hazırda adı "Dilqəm postu" olan mövqeyi erməni işğalından azad elədiyi üçün briqada komandiri vəzifəsinə təyin olub. 2005–2008-ci illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə briqada komandiri vəzifəsində xidmət edib.
Hind geyimləri
Hind geyimlərinin unikallığı özündə tarixi gedişatın təsirlərini, ənənəviliyi, milli-etnik kimliyi saxlamasıdır. Bu geyim mədəniyyəti tarixin müəyyən dövründə digər mədəniyyətlərin təsiri altında olsa belə, özü üçün ən yaxşılarını seçib saxlamış, təkmilləşdirmiş, özününküləşdirmişdir. Hind paltarları kifayət qədər rahat və uyğundur. Bir sıra hallarda kişi, qadın, uşaq geyimləri bir-birindən mahiyyətcə, ciddi şəkildə fərqlənmir, lakin dini, etnik, regional müxtəliflik geyimlərə də sirayət etmişdir. Əhalisinin sayı bir milyard nəfəri keçən bir ölkədə geyimlər fərqliliklərin simvoluna çevrilmişdir. Qərb dəbinin təsirinə baxmayaraq, hindlilər gündəlik həyatlarında, bayramlar, ailə ziyafətləri, rəsmi mərasimlər zamanı ənənəvi paltarlarını geyinməyə üstünlük verirlər. Hətta bir sıra geyimlər rəsmi status qazanmışdır. == Tarixi == Arxeoloji və ədəbi materiallar göstərir ki, hələ e.ə. III–II minillikdə, Harappa sivilizasiyası dövründə geyimlər şəhər mədəniyyəti, toxuculuq sənətinin, ticarətin inkişafı fonunda kifayət qədər inkişaf etmişdir. Harappa sivilizasiyasına, Veda dönəminə, Maqadha-Mauri imperiyası dövrünə aid maddi materiallar, möhürlər, məbəd rəsmləri, çoxsaylı tanrı heykəlləri, barelyefləri qədim Hindistanda sadə tuniki, müasir sariyə bənzəyən geyimlərin yayıldığını təsdiqləyir.
Hüseyn Quliyev (general-mayor)
Quliyev Hüseyn Abbasqulu oğlu (1939, Teymur Müskənli, Qubadlı rayonu – 1985, Moskva) — general-mayor, SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinin rəisi, SSRİ-nin İrandakı səfirinin 1-ci müavini, SSRİ-nin Türkiyə konsulunun köməkçisi. == Həyatı == Hüseyn Quliyev 1939-cu ildə Azərbaycan SSR Qubadlı rayonunun Teymur Müskanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunmağa çalışmışdır. Lakin bura qəbul olunmadıqda Ukrayna SSR Lvov şəhərinə gedərək orada Ali Hərbi Məktəbə qəbul olunmuşdur. həmin təhsil müəssisəsində təhsilini bitirdikdən sonra, diplomatiya təhsili almışdır. O, uzun müddət SSRİ Xarici İşlər Nazirliyində məsul vəzifələrdə çalışmış, o cümlədən SSRİ-nin İrandakı səfirliyində 1-ci müavin, Türkiyədə konsul köməkçisi işləmişdir. Hüseyn Quliyev 1970-ci illərin sonu 1980-cı illərin əvvəlləri SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinə rəisi vəzifəsinə təyin olunmuşdur. Tezliklə ona göstərdiyi xidmətlərə görə general-mayor rütbəsi verilmişdir. Lakin bu rütbəni o, uzun müddət gəzdirə bilməmiş, Moskva yaxınlığında 1985-ci ildə qəzaya düşərək həlak olmuşdur.
Hüseynxanlı (Germi)
Hüseynxanlı (fars. ‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 40 nəfər yaşayır (6 ailə).
Həmzəxanlı (Germi)
Həmzəxanlı (fars. حمزه خانلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 161 nəfər yaşayır (32 ailə).
IV Georgi Quriyeli
IV Georgi Quriyeli (gürc. გიორგი IV გურიელი; XVII əsr – 1726, Batomi) — Quriyeli sülaləsindən olan Quriya knyazlığının hökümdarı. 1714-1726-cı illərdə hakimiyyətdə olmuşdur. 1716-cı ildə qısa müddətdə İmereti çarı olsa da, həmin il taxtdan imtina etmək məcburiyyətində qaldı. İmeretidən Quriyaya qayıdarkən anası Helena, qardaşı III Keyxosrov və bir qrup əyan tərəfindən IV Georgini hakimiyyətdən salmaq üçün çevriliş hazırlandı. Georgi bu dövrdə Meqreliya knyazı Bejan Dadiani ilə sülh əldə etdikdən sonra hakimiyyətini qoruya bildi. == İlk illəri == IV Georginin atası Quriya knyazı III Mamiya, anası isə knyaz Georgi Abaşidzenin qızı Helenadır. IV Georgi 5 yanvar 1714-cü ildə III Mamianın ölümündən sonra vəliəhd şahzadə kimi Quriya knyazı olmuşdur. Həmçinin son İmereti çarının devrilməsi ilə IV Georgi 1716-cı ildə İmeretiya çarının taxtına oturmuşdur. Lakin hakimiyyəti sadəcə üç ay sürmüşdür.
IV Georq
IV Georq və ya IV Corc (ing. George IV, alm. Georg IV.‎; 12 avqust 1762[…], Sent-Ceyms sarayı, Böyük London – 26 iyun 1830[…] və ya 1830, Vindzor sarayı[…]) — 19 yanvar 1820 – 26 iyun 1830-cu illəri arasında Britaniya kralı. Hannoverlər sülaləsinin nümayəndəsi. Faktiki olaraq şahzadə regent kimi ölkəni atası III Georqun ruhi xəstəliyi ilə bağlı 1811-ci ildən 1820-ci ilə qədər IV Georq idarə edirdi. == Həyatı və hakimiyyəti == IV Georqun reqentliyi dövründə I Napaleon Bonapart məğlub edilir və uzunmüddətli müharibə Britaniyanın qələbəsi ilə bitir. 1795-ci ildə IV Georq Karolina Braunşveyqlə evlənir. Bu izdivacdan onun bir qızı — Şarlotta Avqusta dünyaya gəlir. IV Georq bütün Britaniya monarxları arasında ən populyar olmayanlarından idi. Onun haqqında çoxlu lətifələr gəzirdi.
I Gelasi
I Gelasi (Gelasius; təq. 410, Afrika[d], Roma imperiyası – 21 noyabr 496 və ya 22 noyabr 496, Roma) — 492–496-cı illər pontifikatı, Roma papası. == Həyatı == I Gelasi Romanın 49-cu yepiskopu və ona bir müqəddəs kimi hörmət edən Katolik Kilsəsinin Papası idi. Onun papalığı 492-ci il martın 1-dən ölümünə qədər davam etdi. O, Afrika əsilli sonuncu papa idi.
I Gelasi (Roma papası)
I Gelasi (Gelasius; təq. 410, Afrika[d], Roma imperiyası – 21 noyabr 496 və ya 22 noyabr 496, Roma) — 492–496-cı illər pontifikatı, Roma papası. == Həyatı == I Gelasi Romanın 49-cu yepiskopu və ona bir müqəddəs kimi hörmət edən Katolik Kilsəsinin Papası idi. Onun papalığı 492-ci il martın 1-dən ölümünə qədər davam etdi. O, Afrika əsilli sonuncu papa idi.
I Georgi (İmereti çarı)
I Müqəddəs Georgi (XIV əsr – 1396) — 1389-cu ildə qardaşının ölümündən sonra taxta çıxmışdı. Onun dövründə vətəndaş müharibəsi başladı və kral Vadim Dadiani adlı bir əsilzadə tərəfindən 1392-ci ildə öldürüldü. Yerinə kiçik qardaşı II Konstantin keçdi.
I Georq (Bavariya-Landsxut hersoqu)
Varlı Georq (alm. Georg der Reiche‎; 15 avqust 1455 – 1 dekabr 1503, İnqolştadt) Vittelsbax sülaləsindən Bavariya-Landsxutun sonuncu hersoqu idi. == Gəncliyi == O, 1455-ci ildə Burqhauzen qalasında doğulmuşdu, Bavariya-Landsxut hersoqu IX Lüdviq və Saksoniyalı Amaliyanın oğlu idi. Dövlət işlərində 13 yaşından iştirak etməyə başlamışdı. == Hakimiyyəti == 18 yanvar 1479-cu ildə 23 yaşında Georq atasının yerinə Bavariya-Landsxut hersoqu oldu. 1485-ci ildə ərazisini pozduqlarına görə Azad İmperiya şəhəri Nördlingeni mühasirəyə almış, mühasirəni götürmək üçün külli miqdarda xərac tələb etmişdi. Atası və babası kimi, Georqun məşhur sərvəti əsasən Kitzbüel və Reiçenhall ətrafındakı torpaqlarındakı mədənlərə əsaslanırdı. Hersoq, Burqhauzen qalasını daimi bir saraya çevirdi və İnqolştadt yeni qalanı demək olar ki, tamamilə yenidən qurdu. Georqun kansleri, daha sonra Passau yepiskopu olmuş, Altötting provostu Friedrix Mauerkirxer idi. 1485-ci ildə ölümündən sonra yerinə gələn Volfqanq Kolberger hersoqun ən mühüm məsləhətçisi oldu və onun köməyi ilə öz ərazisində Roma qanunlarını tətbiq etdi.
I Georq (Böyük Britaniya kralı)
I Georq (alm. Georg Ludwig von Hannover‎, ing. George I; 28 may (7 iyun) 1660, Hannover – 11 (22) iyun 1727, Osnabrük, Müqəddəs Roma imperiyası) — alman mənşəli Hannoverlər sülaləsindən olan ilk Böyük Britaniya kralı (1714-1727).
I Georq (Yunanıstan kralı)
I Georgi (yun. Γεώργιος A', Βασιλεύς των Ελλήνων; 24 dekabr 1845[…], Kopenhagen – 18 mart 1913[…], Saloniki) — Yunanıstan kralı. == Həyatı == I Georq 1845-ci il dekabrın 24-də Danimarkanın paytaxtı Kopenhagendə dünyaya gəlib. Danimarka kralı IX Kristianın ikinci oğludur. 1863-cü ildə 17 yaşında Yunanıstan kralı seçilib. I Georq başda olmaqla kral ailəsi Böyük Britaniya və Rusiyaya ilə geniş əlaqələrə malik idi. Belə ki, I Georqun doğma bacısı Aleksandra Böyük Britaniya kralı VII Eduardın həyat yoldaşı və gələcək kral V Georqun anası idi. Digər bacısı Mariya isə Rusiya çarı III Aleksandrın həyat yoldaşı, gələcək çar II Nikolayın isə anası idi. I Georqun özü isə II Aleksandrın yaxın qohumu Olqa Konstantinovna ilə evlənmişdi. 1912-1913-cü illər Birinci Balkan Müharibəsində türklərin Balkandakı torpaqları hesabına Yunanıstanın ərazisi iki dəfə genişləndi.
Inga gereauana
Inga gereauana (lat. Inga gereauana) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Interim Register of Marine and Nonmarine Genera
Interim Register of Marine and Nonmarine Genera (azərb. Dəniz və Qeyri Dəniz Nəsillərinin Müvəqqəti Reyestri‎; IRMNG) — məlumatlar bazası. Zoologiyada 1758-ci ildən (bitkilər, çiçəklər və ağaclarda 1753) indiyə qədər nəşr olunmuş elmi adlardan ibarətdir. Məlumatlar bazasında 1,7 milyondan çox növ adı var. == Haqqında == Baza 2006-cı ildə Avstraliya bioloqu Toni Ris tərəfindən qurulmuşdur. O, bu və digər nailiyyətlətinə görə Ebbe Nilsen mükafatı almışdır. == İstinadlar == == Ətraflı oxu == Rees, Tony. "18.8. IRMNG—the Interim Register of Marine and Nonmarine Genera" (PDF). The Proceedings of TDWG. 2008.

ge sözünün leksik mənası və izahı

ge sözünün ləzgi dilinə tərcüməsi

"ge" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ge nədir? #ge sözünün mənası #ge nə deməkdir? #ge sözünün izahı #ge sözünün yazılışı #ge necə yazılır? #ge sözünün düzgün yazılışı #ge leksik mənası #ge sözünün sinonimi #ge sözünün yaxın mənalı sözlər #ge sözünün əks mənası #ge sözünün etimologiyası #ge sözünün orfoqrafiyası #ge rusca #ge inglisça #ge fransızca #ge sözünün istifadəsi #sözlük