XİN sözü azərbaycan dilində

XİN

Yazılış

  • XİN • 99.5704%
  • Xin • 0.2267%
  • xin • 0.1313%
  • Xİn • 0.0656%
  • XiN • 0.0060%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
XİN
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi — Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik öz fəaliyyətini bilavasitə və Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, o cümlədən Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında nümayəndəlikləri, habelə tabeliyində olan təşkilat və digər qurumlar vasitəsi ilə həyata keçirir. == Tarixi == Minilliklər boyu dünya siyasətində mühüm yer tutmuş Azərbaycan diplomatiyasının tarixində XX əsr əsrin 1918–1920-ci illəri, yəni Azərbaycan Xalq Cümhuriyyəti dövrü xüsusi önəm daşıyır. Bu illərdə qurulan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan dövlətinin müstəqil xarici siyasətini həyata keçirmişdir. Cümhuriyyət dövründə Azərbaycan diplomatiya idarəsinin başçıları olmuş Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmmədyusif Cəfərov böyük dövlət xadimləri və diplomatlar kimi tarixdə özlərinə layiqli mövqe qazanmışlar. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyasının təcavüzünə məruz qalması nəticəsində vətənimiz işğal edildikdən və dövlət müstəqilliyimiz itirildikdən sonra Xarici İşlər Nazirliyi ləğv edilərək yerində Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığı (XXİK) yaradıldı. Elə bir ciddi səlahiyyətlərinin olmamasına baxmayaraq, Xalq Xarici İşlər Komissarlığı 1920–1922-ci illərdə xarici ölkələrlə müəyyən dərəcəli ikitərəfli əlaqələri həyata keçirmişdir. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın xalq xarici işlər komissarları Nəriman Nərimanov və Mirzə Davud Hüseynov olmuşlar. Lakin tezliklə XXİK ləğv edildi. SSRİ yaradıldıqdan sonra Azərbaycanın müstəqil xarici siyasəti tamamilə dayandırıldı.
1911-ci il Xinhai İnqilabı (film, 2011)
1911-ci il Xinhai İnqilabı və ya 1911 (ing. 1911 Xinhai Revolution çin. 辛亥革命) — 2011-ci ildə çəkilmiş Çin tarixi dram filmidir. Film Sincan İnqilabının 100 illiyinə bir ziyarətdir. Bu, həmçinin Ceki Çanın karyerasında 100'cü filmidir. Baş rollarda olmaqdan əlavə, Çan filmin də istehsalçı və həmmüəllifidir. Co-ulduzlar arasında Çanın oğlu Ceysi Çan, Li Binbin, Vinston Çao, Con Çen və Hu Qe var. Bu film 24-cü Tokio Beynəlxalq Film Festivalının açılışı üçün seçildi. Filmin premyerası 23 sentyabr 2011-ci ildə baş tutub. = Məzmun = Film Çindəki Mançu sülaləsinin devrildiyi və Çin Cümhuriyyətinin qurulduğu dövrlərdən bəhs edir.
Gürcü xingalı
Gürcü xəngəli — Xinkali kimi də tələffüz olunan, Gürcüstanın xəmir xörəyi, Mtiuleti və Kevsureti dağlıq bölgələrindən yayğın olan bir Gürcü yeməyidir. Gürcü xəngəlinın bir çox növləri Qafqazın müxtəlif hissələrində yayılmışdır. Gürcü xəngəlinın doldurulma tərzləri bölgəyə görə dəyişir. Xevsuruli (Khevsuruli) adlı orijinal resept yalnız qıyma ətdən, soğan, acı bibər, duz və adi cirədən ibarətdir. Əsasən Gürcü şəhərlərində istifadə olunan Kalakuri adlanan növündə isə göyərtilədən istifadə edilir. Müsəlmanların yayıldığı əksər Qafqaz bölgələrində mal-qara və quzu ətlərindən istifadə daha çoxdur. Ətin əvəzinə göbələk, kartof və ya pendir də istifadə edilə bilər. Gürcü xəngəli sadə və ya acı qırmızı bibər ilə də yeyilir. Gürcü xəngəli ət doldurulmasından bişirilir, bişirildikdə ətin şirəsi xəmirin içində saxlanılır. Xəmirin partlamasının qarşısını almaq üçün ətin şirələri çox vacibdir.
Gürcü xingəli
Gürcü xəngəli — Xinkali kimi də tələffüz olunan, Gürcüstanın xəmir xörəyi, Mtiuleti və Kevsureti dağlıq bölgələrindən yayğın olan bir Gürcü yeməyidir. Gürcü xəngəlinın bir çox növləri Qafqazın müxtəlif hissələrində yayılmışdır. Gürcü xəngəlinın doldurulma tərzləri bölgəyə görə dəyişir. Xevsuruli (Khevsuruli) adlı orijinal resept yalnız qıyma ətdən, soğan, acı bibər, duz və adi cirədən ibarətdir. Əsasən Gürcü şəhərlərində istifadə olunan Kalakuri adlanan növündə isə göyərtilədən istifadə edilir. Müsəlmanların yayıldığı əksər Qafqaz bölgələrində mal-qara və quzu ətlərindən istifadə daha çoxdur. Ətin əvəzinə göbələk, kartof və ya pendir də istifadə edilə bilər. Gürcü xəngəli sadə və ya acı qırmızı bibər ilə də yeyilir. Gürcü xəngəli ət doldurulmasından bişirilir, bişirildikdə ətin şirəsi xəmirin içində saxlanılır. Xəmirin partlamasının qarşısını almaq üçün ətin şirələri çox vacibdir.
Inga xinguensis
Inga xinguensis (lat. Inga xinguensis) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Knorr xinolin sintezi
Knorr xinolin sintezi -sulfat turşusundan istifadə edərək, β-ketoanilidi 2-hidroksixinolinə çevirən molekuldaxili üzvi reaksiyadır. Bu reaksiya ilk dəfə 1886-cı ildə Lüdviq Knorr (1859-1921) tərəfindən müəyyən edilmişdir.[1] Reaksiya suyun ayrılması ilə müşayiət olunan elektrofil aromatik əvəzetmə reaksiyasıdır. 1964-cü ildə aparılan tədqiqat işi müəyyən reaksiya şərtləri ilə 4-hidroksixinolinin sintezinin rəqabətli reaksiya olduğunu müəyyən etdi.[2] Məsələn, benzoilasetanilid (1) birləşməsi çox miqdarda polifosfor turşusunda (PFT) 2-hidroksixinolin (2), lakin PFT-un miqdarı az olduqda 4-hidroksixinolin (3) əmələ gətirir. Reaksiya mexanizmi həlqəni bağlaya bilən artıq turşuya malik N,O-dikationik aralıq A-nı və monokationik aralıq B-ni əks etdirir. Anilin 4-hidroksixinolin əmələ gəlməzdən əvvəl benzoilasetanilidin digər bir ekvivalenti ilə reaksiyaya daxil olur. 2007-ci ildə aparılan bir araşdırma ilə [3] reaksiya mexanizmi yenidən nəzərdən keçirildi, NMR spektroskopiyası və nəzəri hesablamalara əsaslanaraq, N,O dikationik aralıq məhsula nisbətən O,O-dikationik aralıq məhsula (superelektrofil) üstünlük verilmişdir. Reaksiya üçün triflüormetansulfoturşu tövsiyə olunur: == İstinadlar == ^ Synthetische Versuche mit dem Acetessigester Justus Liebig's Annalen der Chemie Volume 236, Issue 1–2, Date: 1886, Pages: 69–115 Ludwig Knorr doi:10.1002/jlac.18862360105 ^ The Conversion of Benzoylacetanilides into 2- and 4-Hydroxyquinolines B. Staskun J. Org. Chem. 1964; 29(5); 1153–1157. doi:10.1021/jo01028a038 ^ Knorr Cyclizations and Distonic Superelectrophiles Kiran Kumar Solingapuram Sai, Thomas M. Gilbert, and Douglas A. Klumpp J. Org.
Ligularia xinjiangensis
Ligularia xinjiangensis (lat. Ligularia xinjiangensis) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid biki növü.
Məhəmməd Xinaluqi
Məhəmməd Xinaluqi — XV əsrdə yaşamış xınalıqlı tarixçi-alim. == Əsərləri == 1456-cı ildə Məhəmməd Xinaluqi Şirvanın, Dərbəndin və bir sıra ləzgi kəndlərinin tarixinə aid əsər yazmışdır. Lakin həmin kitabın əsli günümüzə qədər gəlib çatmamışdır. Bu kitabın ərəbcə nüsxəsi akademik A. Berje tərəfindən Rusiyanın İmperator kitabxanasına təqdim edilmişdir. Hazırda həmin nüsxə kitabxanada saxlanılır.
Sulu xingal
Sulu xingal — Azərbaycanın milli xörəklərindən biri. Digər adı xəngəldir. Azərbaycanın qərb hissəsində daha populyardır. == Lazım olan ərzaqlar == Qoyun əti — 163q, 1-ci nö buğda unu — 40q, yumurta — 1/5 əd., noxud — 25q, baş soğan — 25q, şərab sirkəsi — 10q, keşniş və şüyüd — 10q, quru nanə — 10q, duz, istiot. == Hazırlanma qaydası-1 == Xıngalı əvvəldən hazırlamaq olar. Xəmir düşbərə kimi hazırlanır və eləcədə kəsilir. Kvadratlar taxtanın üstünə yığılır və qurudulur. Sonra onları ölastik və ya şüşəli qaba yığıb, ağzını bərk bağlamaq lazımdır. Noxud axşamdan soyuq suda isladılır və səhər yarımçıq bişirilir. Ət balaca hissələrə kəsilir, yuyulur, qazana qoyulub üstünə su tökülür, bir baş soğan salınır.
Süzmə xingal
== Ərzaqlar == Qoyun əti - 165q, buqda unu - 100q, yumurta 1/5 əd., baş soğan - 30q, ərinmiş yağ - 20q, pendir - 15q, qatıq - 50q, sarımsaq - 3q, zəfəran - 0,1q, istiot - 0,1 q, duz. == Hazırlanma qaydası == Qoyun əti 10-15 qramlıq tikələrə doğranır, istiot, duz vurulub soğanla birlikdə qızardılır. Zəfəran şirəsi vurulur və hazır vəziyyətə gətirilir. Xəmiraşı xörəyində olduğu kimi hazırlanmış lavaş 5x5 sm ölçüdə paxlava şəklində doğranır, suda bişirilir, aşsüzəndən süzülür. Süfrəyə verilən zaman süzmə xigalın üstünə yağ tökülür, qoyun ətindən hazırlanmış qiymə qoyulur, yanında sarımsaqlı qatıq və ovulmuş pendir verilir.
Typhlodromus xingchengensis
Typhlodromus xingchengensis (lat. Typhlodromus xingchengensis) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus xingchengensis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Typhlodromus xini
Typhlodromus xini (lat. Typhlodromus xini) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus xini Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Typhlodromus xinjiangensis
Typhlodromus xinjiangensis (lat. Typhlodromus xinjiangensis) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus xinjiangensis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Vanq Xinyan
Vanq Xinyan (d. 26 aprel 1991) — Çini təmsil edən su poloçusu. == Karyerası == Vanq Xinyan, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Xincab
Xincab — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. == Toponimikası == Dərələyəz silsiləsinin ətəyindədir. Oykonim eyniadlı hidronimdən yaranmışdır. Hidronim fars dilindəki xinq və ya xınq (boz, tutqun, bulanıq) və ab (su) sözlərindən düzəlib, "bulanıq su, tutqun çay" mənasındadır. Kənd keçmişdə mövcud olmuş suyu bulanıq arx sahilində yerləşdiyi üçün belə adlandırılmışdır.
Xing Yu
Xing Yu (12 mart 1991) — Çinli oxatan. Xing Yu Çin Xalq Respublikasını 2012-ci ildə və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Xing Yu birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Almaniyanın nümayəndəsi Kamilo Mayr ilə üz-üzə gəldi. Həmin görüşdə Xing Yu rəqibinə 3:0 hesabı ilə qalib gəldi. Növbəti görüşdə isə Xing Yu Malayziyanın nümayəndəsi Xairul Anuar Məhəmməd ilə qarşılaşdı və 2:3 hesabı ilə uduzdu. Xing Yu növbəti Olimpiya Oyunlarına 2016-ci ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində İndoneziyanın nümayəndəsi Riau Ega Aqata ilə üz-üzə gəldi. Həmin görüşdə Xing Yu rəqibinə 1:7 hesabı ilə uduzdu.
Xingal
Xingal və ya Xəngəl (azərb. xingal, xəngəl‎, gürc. ხინკალი, türk. hıngel) — xəmir xörəklərinə aid edilən, ətlə, yağda qovrulmuş soğanla, sarımsaqlı qatıqla və ya ələxsusda Azərbaycanın qərbində qurut ilə yeyilən xörək. == Növləri == Xingalın növləri hazırlanma qaydasına görə bir-birindən fərqlənir: ətli xingal, süzmə xingal, sulu xingal daha geniş yayılmışdır. Bölgələrə görə də xingalın növləri fərqlidir: Bakı xingalı (yarpaq xingalı), Qazax xingalı, Gürcü xingalı (xinkali) və s. Fərqli olsalar da, bütün növ xingalların xəmiri eyni cur hazırlanır – ələnmiş una su və duz qatılıb xəmir yoğrulur. Sonra xəmir 1 mm qalınlığında yayılır və kiçik ölçüdə dairə və ya paxlava şəklində kəsilir. Gürcü xingalı hazırlanarkən xəmirin içərisinə lazım olan məlzəmələr qoyulduqdan sonra şəkərbura formasında bükülür. Hər xingalın ölçüsü təxminən 5–10 sm olur.
Xinhanq Yu
Xinolin
Xinolin(piridinbenzol)- heterotsikl sinfinə aid olan üzvi birləşmədir. Formulu C9H7N == Alınması == Sənayedə xinolin daş kömür qatranından alınır. Laboratoriyada xinolin aşağıdakı metodlarla alınır: Xinolinin 2,4 vəziyyətdə törəmələri turş mühitdə anilinin və β- diketonların kondensləşməsindən sintez edilir: Bu reaksiya “Konba metodu ilə xinolin sintezi” adlanır. Debner-Miller metodu- anilindən və α, β-doymamış aldehidlərdən alınır: Skrayp metodu- Qliserin və anilinin kükürd iştirakında kondensləşməsindən alınır: == Xassələri == Havada və işıqda tündləşən rəngsiz və ya sarımtıl , yağlı hidroskopik mayedir. Piridin iyinə malikdir. Spirtdə, suda və diger həlledicilərdə həll olur. Xinolin zəif əsasi xassə göstərir, üzvi və qeyri üzvi turşularla duz əmələ gətirir: C9H7N х HgCl2 1,2 dihidroxinolin benzolun nitro birləşməsi ilə oksidləşir və yenidən xinolin əmələ gəlir: Xinolin törəmələrini aşağıda göstərilən reaksiyalarla almaq olar: Anilin+ krotonik aldehid → 2 –metilxinolin(xinaldin) 3-nitro-4-aminobenzol + qliserin → 6-metoksi-8-nitroxinolin == Tətbiqi == Üzvi boyaların sintezində xinolindən istifadə edilir. Eləcə də xinolin kükürd, fosfor üçün yaxşı həlledici hesab edilir. Xinolin törəmələrindən tibbdə dərman vasitəsi kimi istifadə edilir. Analitik kimyada 8-oksixinolindən reaktiv kimi istifadə edilir.
Xinqtai Çen
Xinqtai Çen (d. 16 sentyabr 2001) — Çin əsilli Azərbaycanlı stolüstü tennisçi. Xinqtai Çen, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Xinqtai Çen, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Komanda yarışlarında o, Jinq Ninq, Məryəm İmanova və Miao Vanq ilə birgə 2-ci yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Xinyu Yanq
Xinyu Yanq (d. 24 aprel 2001) — Çin əsilli Azərbaycanlı stolüstü tennisçi. Xinyu Yanq, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb. == Karyerası == Xinyu Yanq, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Komanda yarışlarında o, Çenxi Vanq, Vəzir Allahverdiyev və Xinhanq Yu ilə birgə 3-cü yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu.
Xinəvin (Salmas)
Xinəvin (fars. خناوين‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 424 nəfər. yaşayır (70 ailə).
İbn-Həkim Əl-Xinaluqi
İbn-Həkim Əl-Xinaluqi və ya Həkim ibn İbrahim ibn Həkim əl-Xınalıqi Dərbəndi — XII əsrin ən məşhur xınalıqlı tanınmış müsəlman qanunşünası, hüquqşünası, müəllimi və alimi; şafi məzhəbinə mənsub fəqih idi. Əslən indiki Quba rayonunun Xınalıq kəndindən olan alim fəziləti, abidliyi, salehliyi və nəcibliyi ilə tanınmışdı. Xınalıqlıların və bütün şahdağlıların fəxr etdiyi İbn-Həkim Əl-Xinaluqi XI əsrdə Bağdadda Nizamiyyə mədrəsəsində təhsil almış, Əbu Hamid Qəzzalinin tələbəsi olmuş, İmam Müvəffəq ibn Əbdülkərim əl-Hərəvidən də dərs almışdır. Bir çox hədisçidən hədis dinləmiş, dinlədiyi hədisləri qeyd etmişdi. Uzun müddət Buxarada yaşayıb yaratmış hüquq və fəlsəfə elmlərinin bilicisi olmuşdur. Böyük Şərq alimlərindən (X. Təbrizi, əl-Qəzali və b.) dərs almış, hüquq, hədis, dini və dünyəvi mədəniyyət bilicisi kimi şöhrət qazanmışdı. Buxarada müəllim işləmiş və yüzlərlə gəncin elmi, fikri oyanışında misilsiz rol oynamışdır. Quba qəzasının əhatəsindəki üç qədim yaşayış bölgəsinin (Qrız, Xınalıq, Dərbənd) adını təxəllüsündə birləşdirən Qubalı alimin yaradıcılığı Cənubi Dağıstan və Şimali Azərbaycanla daha çox bağlı olmuşdur.O, görkəmli alim İbrahim Qrızinin oğludur. 1144-cü ildə vəfat etmişdir. Xınalıqlı Həkim ibn İbrahim əd-Dərbəndi də şəhərdə Qəzzalidən fıqh dərsi almış, hədisləri dinləmişdir.
İbn Həkim Xinaluqi
İbn-Həkim Əl-Xinaluqi və ya Həkim ibn İbrahim ibn Həkim əl-Xınalıqi Dərbəndi — XII əsrin ən məşhur xınalıqlı tanınmış müsəlman qanunşünası, hüquqşünası, müəllimi və alimi; şafi məzhəbinə mənsub fəqih idi. Əslən indiki Quba rayonunun Xınalıq kəndindən olan alim fəziləti, abidliyi, salehliyi və nəcibliyi ilə tanınmışdı. Xınalıqlıların və bütün şahdağlıların fəxr etdiyi İbn-Həkim Əl-Xinaluqi XI əsrdə Bağdadda Nizamiyyə mədrəsəsində təhsil almış, Əbu Hamid Qəzzalinin tələbəsi olmuş, İmam Müvəffəq ibn Əbdülkərim əl-Hərəvidən də dərs almışdır. Bir çox hədisçidən hədis dinləmiş, dinlədiyi hədisləri qeyd etmişdi. Uzun müddət Buxarada yaşayıb yaratmış hüquq və fəlsəfə elmlərinin bilicisi olmuşdur. Böyük Şərq alimlərindən (X. Təbrizi, əl-Qəzali və b.) dərs almış, hüquq, hədis, dini və dünyəvi mədəniyyət bilicisi kimi şöhrət qazanmışdı. Buxarada müəllim işləmiş və yüzlərlə gəncin elmi, fikri oyanışında misilsiz rol oynamışdır. Quba qəzasının əhatəsindəki üç qədim yaşayış bölgəsinin (Qrız, Xınalıq, Dərbənd) adını təxəllüsündə birləşdirən Qubalı alimin yaradıcılığı Cənubi Dağıstan və Şimali Azərbaycanla daha çox bağlı olmuşdur.O, görkəmli alim İbrahim Qrızinin oğludur. 1144-cü ildə vəfat etmişdir. Xınalıqlı Həkim ibn İbrahim əd-Dərbəndi də şəhərdə Qəzzalidən fıqh dərsi almış, hədisləri dinləmişdir.
Şeymas Xini
Şeymas Hini (ing. Seamus Heaney; 13 aprel 1939[…], Kastledavson[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 30 avqust 2013[…], Dublin) — irland yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1995). == Həyatı == Şeymas Jastin Hini irland şairi, nasir və tərcüməçidir. Şimali İrlandiyanın Derri qraflığında, doqquz uşaqlı ailənin birinci övladı kimi doğulmuşdur. 1957–1961-ci illərdə Bel-fast universitetində ingilis filologiyası üzrə təhsil almışdır. Hazırda Dublində yaşayan müəllif ötən əsrin 60-cı illərindən başlayaraq indiyə qədər ədəbi yaradıcılığı ilə bir sırada pedaqoji fəaliyyətini də davam etdirir. Müxtəlif vaxtlarda Şeymas Hini Dublindəki Kerisfort-Kollecin, Belfast Kraliça universitetinin, habelə Berkli (Kaliforniya, ABŞ) və Harvard universitetlərinin professoru olmuşdur. Bir müddət Oksford universitetində müasir poeziyadan mühazirələr oxumuşdur. Yaradıcılığa nisbətən gec, ali təhsilini başa vurduqdan sonra başlamışdır. "Naturalistin ölümü" (1966), "Zülmətə qapı" (1969), "Qışın sonu" (1972), "Çöl işləri" (1979) adlı kitablarında toplanan şeir və poemalar Şeymas Hinini müasir irland poeziyasında öz yeri və dəsti-xətti olan şair kimi tanıtmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 78.52 dəfə / 1 mln.
2002 •••• 23.98
2003 ••••••• 48.03
2004 ••••••••••••• 82.54
2005 ••••••••• 60.73
2006 •••••••••••••••• 103.61
2007 •••••••••••• 78.23
2008 ••••••••• 60.90
2009 ••••••••••• 69.75
2010 ••••••••••• 74.80
2011 ••••••••• 60.83
2012 •••••••• 51.37
2013 •••••••••••••• 90.73
2014 ••••••••• 61.27
2015 ••••••••• 61.07
2016 •••••••••••••••••• 118.01
2017 •••••••••••••••••••• 137.55
2018 •••••••••••••••••• 121.81
2019 ••••••••••• 70.24
2020 •••••••••••• 76.78

"xin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xin nədir? #xin sözünün mənası #xin nə deməkdir? #xin sözünün izahı #xin sözünün yazılışı #xin necə yazılır? #xin sözünün düzgün yazılışı #xin leksik mənası #xin sözünün sinonimi #xin sözünün yaxın mənalı sözlər #xin sözünün əks mənası #xin sözünün etimologiyası #xin sözünün orfoqrafiyası #xin rusca #xin inglisça #xin fransızca #xin sözünün istifadəsi #sözlük