kən sözü azərbaycan dilində

kən

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kən • 88.7850%
  • Kən • 10.2804%
  • KƏN • 0.9346%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hacı kəndi (Qoşaçay)
Hacı kəndi (fars. حاجي كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (74 ailə).
Hacı xan Kəngərli
Hacı xan Kəngərli — Naxçıvan xanı. == Haqqında == Heydərqulu xan Kəngərlinin ölümündən (1763–64) sonra taxta çıxmışdır. Onun hakimiyyəti dövründə Naxçıvan xanlığı zəifləmişdir. Azərbaycan hökmdarı Kərim xan Zənddən (1760–1779) asılılığı qəbul etmişdir. Kərim xan onu Şiraza dəvət edib kiçik günah üstündə əsir almış, yerinə Heydərqulu xanın oğlu Rəhim xan Kəngərliyə keçmişdir. == Ədəbiyyat == Naxçıvan xanlığı məqaləsinin ədəbiyyatına == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 174.
Hacı Əhməd kəndi (Çaypara)
Hacı Əhməd kəndi (fars. حاجي احمدكندي‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 345 nəfər yaşayır (75 ailə).
Hacı Əli kənd (Soyuqbulaq)
Hacı Əli kənd (fars. حاجي علي كند‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 765 nəfər yaşayır (110 ailə). Əhalisini kürdlər təşkil edir.
Heydərqulu xan Kəngərli
Heydərqulu xan Kəngərli ( ? - 1763) — Naxçıvan xanı. == Həyatı == Nadir şah Əfşar əyanlarının sui-qəsdi nəticəsində öldürüldükdən (1747) sonra kəngərli tayfa başçısı Heydərqulu xan Kəngərli şahın naibi Ağahəsəni hakimiyyətdən uzaqlaşdırıb, özünü Naxçıvanın müstəqil xanı elan etdi. O, xanlığı möhkəmlətmək, xəzinənin gəlirini artıran ticarəti, həmçinin sənətkarlığı inkişaf etdirmək məqsədilə bir sıra tədbirlər həyata keçirdi: xanlıqda və şəhərlərdə rabitə vasitələrini qaydaya saldı, köhnə körpülərin təmir olunması, yenilərinin inşası haqqında əmr verdi. Naxçıvan xanlığının hərbi gücü az olduğundan Heydərqulu xan Kəngərli daha qüdrətli xanlıqlara arxalanmağa çalışırdı. Bu məqsədlə qarabağlı Pənahəli xanla müttəfiq oldu, onunla və gürcü çarları ilə birlikdə 1752-ci ildə Şəki xanı Hacı Çələbiyə qarşı yürüşdə iştirak etdi. Uğursuz qurtaran bu yürüşdən sonra Heydərqulu xan Kəngərli xanlığın iqtisadiyyatını tənzimləməklə məşğul oldu. Ölümündən sonra yerinə Hacı xan Kəngərli keçdi.
Hücum kənarı
Hücum kənarı - hər hansı bir aerofoilin qabaq tərəfdə, axıntı ilə birinci olaraq qarşılaşdığı uc hissə.
Hüseyn kəndi (Əhər)
Hüseyn kəndi (fars. حسين كندي‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Hüseyn sultan Kəngərlinski
Hüseyn sultan Kəngərlinski (1836-1896) — Ordubad bəyi, maarifpərvər. == Həyatı == M.T.Sidqinin oğlu Məmmədəli Sidqinin xatirələri öz məzmun və mündəricəsi etibarilə digərlərindən fərqlənir. Xatirələrdə M.T.Sidqinin pedoqoji və maarifçilik fəaliyyətindən, "Əxtər" məktəbini, "Məktəbitərbiyə"ni açmasından, bununla əlaqədar qarşıya çıxan çətinliklərdən bəhs edilir. M.Ə.Sidqi yazır ki, "o zaman atamın çayçı dükanı Ordubad ziyalılarının yığıncaq yeri olur. Atamın təbi oldu¬ğuna görə, xüsusən Şərq ədəbiyyatına yaxşı bələd olduğuna görə haman çayçı dükanında Sədi, Hafiz, Firdovsi, Nizami kimi şairlərin şeirləri oxunur və təhlil olunarmış. Eyni zamanda atam o zaman İrandan, Rusiyadan və Türkiyədən qəzetələr də alıb oxuyarmış. Məsələn, İrandan "Nasiri", Bağçasaraydan İsmayıl bəy Qaspirinskinin nəşr etdiyi "Tərcüman", İstanbulda çıxan "Əxtər" qəzetələrini alırmış. Bu qəzetələr çox vaxt atamın həmməsləkləri arasında gizlincə oxunarmış. "Tərcüman" qəzetəsinin atama böyük təsiri olmuşdur. Çünki o zaman "Tərcüman" qəzetəsinin müdiri Qaspirinski Rusiyada yaşayan müsəlmanlar üçün yeni üsulla məktəblər açılması yolunda uzun müddət mübarizə aparırmış… "Tərcüman" qəzetəsinin təsiri altında atam və ona bu yolda ən birinci və yaxından kömək edən Hüseyn sultan Kəngərlinski nəhayət Ordubadda yeni üsulla bir məktəb təşkil etmək fikrinə düşürlər" Məmməd Səid Ordubadi yazır: "Üsuli-cədid" deyilən təzə üsullu məktəb açılmasına başlamışdı.
Hüseynabad-i Kəngəre (Qürvə)
Hüseynabad-i Kəngəre (fars. حسين آباد كنگره‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 101 nəfər yaşayır (25 ailə). Əhalisini kürdlər təşkil edir.
Həmzə kəndi (Salmas)
Həmzə kəndi (fars. حمزه كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1000 nəfər yaşayır (244 ailə).
Kazan Sovet Fəhlə-Kəndli Respublikası
Kazan Sovet Fəhlə-Kəndli Respublikası — Kazan quberniyası ərazisində müvəqqəti qurulan edövlət qurumu. Kazan Sovetinə daxil olan partiyaların razılığı ilə 1918-ci ilin fevralında təşkil edilmişdir. Kazan quberniysa ispalkomunun qərarı ilə 16 may 1918-ci ildə ləğv edilmişdir. == Hökumət == Xalq Komisarlar Sovetinin Sədri — Yakov Semyonoviç Şeynkman. Daxili İşlər üzrə Xalq Komissarı — V. İ. Moxov. Əkinçilik üzrə Xalq Komissarı — K. M. Şnurovski. Ərzaq məhsulları üzrə Xalq Komissarı — Y. S. Şeykman. Nəqliyyat üzrə Xalq Komissarı — İ. O. Anosov. Ticarət və Sənaye üzrə Xalq Komissarı — A. İ. Karpov. Maliyyə üzrə Xalq Komissarı — V. N. Skaçkov.
Kaşivazaki türk mədəniyyət kəndi
Kaşivazaki türk mədəniyyət kəndi (柏崎トルコ文化村, Kaşivazaki Toruko Bunka Mura, türk. Kashiwazaki Türk Kültür Köyü) – Yaponiyanın Niiqata prefekturasının Kaşivazaki şəhərində yerləşmiş və türk mədəniyyətinə həsr olunmuş əyləncə parkı. 2004-cü ildə bağlanmışdır. == Tarixi == Kaşivazaki türk mədəniyyət kəndi 1996-cı ildə Türkiyə–Yaponiya münasibətlərini inkişaf etdirmək məqsədilə yaradılmışdır. Parkın ilkin tikintisi üçün Niiqata Mərkəzi Bankı 60 milyon ABŞ dolları ayırmışdır. Park üçün Kaşivazaki şəhərinin seçilməsinin səbəbi coğrafiyasının İstanbulu xatırlatması olub. 2004-cü ildə Niiqata prefekturasında baş verən zəlzələ nəticəsində parka ziyan dəymiş və Yaponiyadakı iqtisadi böhranın da təsiri ilə bağlanmasına qərar verilmişdir. Park bağlandıqdan sonra ərazisi 2006-cı ildə özəl şirkətə satılmışdır. Əraziyi satın alan Tobita adlı yerli biznesmen burada toy salonu inşa etdirmişdir. == Xüsusiyyətlər == Parkın ərazisində Troya atının və Nuhun gəmisinin replikaları, məscidlər, amfiteatrlar yerləşirdi.
Keçəltəpə (Kəngərli)
Keçəltəpə – Kəngərli rayonu ərazisində dağ (hünd. 2744,0 m). Dərələyəz silsiləsinin suayırıcısında, Cəhriçayın sağ qolu Lizbirtçayın mənbə hissəsində zirvə. Alt Triasın Hind və Olenek mərtəbələrinə aid Qarabağlar lay dəstəsinin əhəngdaşıları və dolomitlərindən təşkil olunmuş sıldırım yamaclı kəsik konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir.
Kuluyevo kənd yaşayış məntəqəsi
Kuluyevo kənd yaşayış məntəqəsi (rus. Кулуевское сельское поселение) — Rusiya Federasiyası Çelyabinsk vilayətinin Arqayaş rayonunda bələdiyyə. İnzibati mərkəzi Kuluyevo kəndidir. == Tarixi == Kənd yaşayış məntəqəsinin statusu və sərhədləri 12 noyabr 2004-cü il tarixli № 292-ЗО "Arqayaş bələdiyyəsi və onun tərkibindəki kənd yaşayış məntəqələrinin statusu və sərhədləri haqqında" qanunu ilə müəyyən edilmişdir.
Lıqotxski kənd dairəsi
Lıqotxski kənd dairəsi — Krasnodar diyarında, Soçi şəhərinin Lazarevski rayonunda (Soçi kurort şəhərinin) inzibati ərazi vahidi. Dairə Aşe, Makopse və Kuapse çaylarının hövzələrində şəhər hüdudlarından kənarda yerləşən rayonun kənd yaşayış məntəqələrini birləşdirir. İnzibati mərkəzi Kelej auludur. == Coğrafiyası == İnzibati ərazi vahidi Soçi kurort şəhərinin Lazarevski rayonunun şimal-qərb hissəsində yerləşir. Bölgənin və bütövlükdə şəhərin ən şimal rayonudur. Qəsəbəyə beş yaşayış məntəqəsi daxildir. Kənd dairəsi ərazisinə görə Lazarevski rayonunun ən böyük inzibati vahididir. Kənd dairəsi aşağıdakı ərazilrələ həmsərhəddir: şimal-qərbdə Şepsinskoye kənd yaşayış məntəqəsi, şimalda Georgievskoye kənd yaşayış məntəqəsi və cənub-şərqdə Kirovski kənd dairəsi, həmçinin qərbdə Soçi şəhərinin şəhər əraziləri. Kənd dairəsi Böyük Soçinin dağətəyi və dağlıq ərazilərində yerləşir. Relyef əsasən qərbdən şərqə doğru yüksələn sıx meşə örtüyünə malik yüksək dağlıq ərazidir.
Ləki kəndi
Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonunun Ləki qəsəbə inzibati ərazi dairəsində qəsəbə. == Toponimikası == Qəsəbənin adı Lək adlı Oğuz qəbiləsindən gəlir. Tatarıstanda da eyniadlı kənd mövcuddur. == Ümumi məlumat == Ləki qəsəbəsi Bakı-Tbilisi dəmir yolu magistralının və Bakı-Qazax şose yolunun üzərində yerləşir. Həm Ağdaşın, həm də Qəbələ rayonunun müəssisə və təsərrüfatlarının ünvanlarına gələn poçt, tikinti materialları və müxtəlif əşya və avadanlıqlar Ləki dəmiryol stansiyasında qəbul edilib sahiblərinə çatdırıldığından, Ləki həm də, bu iki rayonun giriş qapısı hesab edilir. Qəsəbədə 1883-cü ildə əsası qoyulan dəmiryol stansiyası, Ləki pambıqtəmizləmə zavodu, qabların sinkləşdirilməsi zavodu, gübrə zavodu, habelə neft məhsulları bazası, taxıl qəbulu məntəqəsi, orta məktəb, yeddi illik uşaq musiqi məktəbi, iki uşaq bağçası, poliklinika, və sair ictimai-iaşə və məişət obyektləri yerləşir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən inzibati cəhətdən Bakı quberniyasının Ərəş qəzasına daxil olan Ləki kəndində əsasən etnik azərbaycanlılardan ibarət hər iki cinsdən toplam 2.601 nəfər əhali yaşayırdı. Hazırda Ləki qəsəbəsinin əhalisinin sayı 3900 nəfərdən çoxdur. Əhalinin 98 %-indən çoxunu azərbaycanlılar, qalanını isə ləzgi, rus və s. millətlər təşkil edir.
Lənkəran kənd seçki dairəsi
Maqsud sultan Kəngərli
Maqsud sultan Kəngərli (Tam adı: Maqsud sultan Kəngərli-Ustaclı; 1533, Əhər, Şərqi Azərbaycan ostanı – XVII əsr, Naxçıvan) — Kəngərli nəslinin başçısı və Naxçıvanın hakimi (XVI əsrin sonu - XVII əsrin əvvəlləri). == Həyatı == Maqsud bəy Məhəmməd bəy oğlu 1533-cü ildə Qaradağ vilayətinin paytaxtı Əhər şəhərində anadan olmuşdu. Bütün kəngərlilər kimi döyüşçü olmağı üstün tutmuşdu. O Azərbaycanın və İranın siyasi həyatında mühüm rol oynamışdır. I Şah Abbasın fərmanı ilə sultan ünvanı alıb 1589-cu ildə Qaradağa hakim təyin edilmişdi. I Şah Abbas Vedi çayı kənarında düşərgə salarkən Səfəvi-Osmanlı vuruşmalarında Naxçıvan əhalisinin zərər çəkməməsi üçün Maqsud sultan Kəngərliyə Naxçıvan əhalisini Dizmara və Qaracadağa (indiki Cənubi Azərbaycan) köcürmək barədə əmr etmişdir. Əmri yerinə yetirən Maqsud sultan Kəngərli divan hesabına köçürülmüş əhalini ərzaq və s. zəruri mallarla təmin etmişdi. Maqsud sultan Kəngərlinin xələfləri uzun müddət Naxçıvanda hakim olmuşlar. 1604-cü ildə Naxçıvan vilayətinə dəyişilmişdi.
Maqsud sultan Kəngərli-Ustaclı
Maqsud sultan Kəngərli (Tam adı: Maqsud sultan Kəngərli-Ustaclı; 1533, Əhər, Şərqi Azərbaycan ostanı – XVII əsr, Naxçıvan) — Kəngərli nəslinin başçısı və Naxçıvanın hakimi (XVI əsrin sonu - XVII əsrin əvvəlləri). == Həyatı == Maqsud bəy Məhəmməd bəy oğlu 1533-cü ildə Qaradağ vilayətinin paytaxtı Əhər şəhərində anadan olmuşdu. Bütün kəngərlilər kimi döyüşçü olmağı üstün tutmuşdu. O Azərbaycanın və İranın siyasi həyatında mühüm rol oynamışdır. I Şah Abbasın fərmanı ilə sultan ünvanı alıb 1589-cu ildə Qaradağa hakim təyin edilmişdi. I Şah Abbas Vedi çayı kənarında düşərgə salarkən Səfəvi-Osmanlı vuruşmalarında Naxçıvan əhalisinin zərər çəkməməsi üçün Maqsud sultan Kəngərliyə Naxçıvan əhalisini Dizmara və Qaracadağa (indiki Cənubi Azərbaycan) köcürmək barədə əmr etmişdir. Əmri yerinə yetirən Maqsud sultan Kəngərli divan hesabına köçürülmüş əhalini ərzaq və s. zəruri mallarla təmin etmişdi. Maqsud sultan Kəngərlinin xələfləri uzun müddət Naxçıvanda hakim olmuşlar. 1604-cü ildə Naxçıvan vilayətinə dəyişilmişdi.
Masallı kənd seçki dairəsi
Minəxorlu kəndi
Minaxorlu — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Minaxorlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Minaxorlu kəndi Kürdlər kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Minaxorlu kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == == Tarixi == == Tarixi abidələri == Kəndin yaxınlığında — Qarqarçayın yatağında eradan əvvəl VIII–VII əsrlər üçün səciyyəvi olan küplər aşkar edilib. Küplərdən dördü təmizlənərək tam açılıb. Bad üsulu ilə düzəldilən və müxtəlif ölçüdə olan bu küplər torpağa dik basdırılıb, kənarları gəc məhlulu ilə suvanıb. Onların yuxarı hissəsi dağılıb, bəzilərinin enli köbəli və kənarları kəndirvari naxışlı ağız hissələri içərisinə tökülüb. Küplərin mövcud hündürlüyü 0,8 metrə yaxındır. Gövdə hissədə diametrləri 0,9–1,1 metrdir. Yalnız 1 küpün gövdəsində üfüqi çubuqvari qulpu olan saxsı qaba rast gəlinib. Bütövlükdə isə küplərin ətrafında və içərisinə dolmuş torpaqda Erkən Dəmir dövrünün son mərhələsi — eradan əvvəl VIII–VII əsrlər üçün səciyyəvi olan xeyli nazik divarlı, qara cilalı, çərtmə naxışlı, bardaq tipli qab qırıqlarına təsadüf olunub.
Molla kəndi
Molla kəndi (Poldəşt)
Molla kəndi (Poldəşt)
Molla kəndi (fars. ملاكندي‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 141 nəfər yaşayır (33 ailə).
Molla kəndi (Qoşaçay)
Molla kəndi (fars. ملاكندي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 594 nəfər yaşayır (119 ailə).
Mollaəhmədli kəndi
Əhmədli (Molla Əhmədli) — Azərbaycan Respublikasının Laçın rayonu Əhmədli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Ağoğlançayın (Həkəri çayının qolu) sahilində, Qarabağ yaylasındadır. Keçmiş adı Molla Əhmədli olmuşdur. Kənd XIX əsrin ikinci yarısında Varazğun yeri adlanan ərazidən buraya köçmüşdür. Kəndin adını Molla Əhməd şəxs adı ilə bağlayırlar. Laçın rayonunun ərazisində eyniadlı mineral bulaq və çay mövcuddur. == Abidələri == Kənddəki körpü Seyid Əmir körpüsü adlanır == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == Əhalisinin milli tərkibi əsasən Azərbaycan türklərindən və kürdlərdən ibarətdir.

kən sözünün leksik mənası və izahı

kən sözünün sinonimləri (yaxın mənalı sözlər)

kən sözünün rus dilinə tərcüməsi

kən sözünün ləzgi dilinə tərcüməsi

kən sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Qax) bax kan V II (Zaqatala) döşəmənin altına qoyulan tir. – Evin kəni sınıb, polu sökmüşük

Azərbaycan dilinin dialektoloji lüğəti.

"kən" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kən nədir? #kən sözünün mənası #kən nə deməkdir? #kən sözünün izahı #kən sözünün yazılışı #kən necə yazılır? #kən sözünün düzgün yazılışı #kən leksik mənası #kən sözünün sinonimi #kən sözünün yaxın mənalı sözlər #kən sözünün əks mənası #kən sözünün etimologiyası #kən sözünün orfoqrafiyası #kən rusca #kən inglisça #kən fransızca #kən sözünün istifadəsi #sözlük