Klassik süryani dili
Süryani dili və ya Suriya dili (ܠܫܢܐ ܣܘܪܝܝܐ leššānā sūryāyā) – Mesopotamiya və Şərqi Ərəbistanda tarixən danışılan, Orta Arami dilinin bir dialekti. I əsrdən öncə əlifbası yox idi lakin 5 əsr boyu danışıq dili olmuşdur. IV-VIII əsrlər arasında Yaxın Şərqin əsas dili olmuşdur. Süryani əlifbası ilə yazılır.
== Xristianlıqda rolu ==
Süryani dili şərq xristianlığının qorunmasında əsas faktor olmuş, kilsə dili halına gəlmişdir. Süryani Pravoslav Kilsəsi, Assuriya Şərq Kilsəsi, Nestorian Şərq Kilsəsi, Kəldani Katolik Kilsəsi, Müqəddəs Foma xristianları və Assuriya Əllincilər Kilsəsinin kilsə dilidir. İlk dəfə Assuriya və Akkad imperiyaları bölgəsində yayılmış və Assuriya kilsəsi sayəsində indiki halına gəlib çıxmışdır. Məhz xristianlıq sayəsində Hindistanın Kerala bölgəsinə, Orta Asiyaya və Yaxın Şərqə yayılmışdır. Böyük Britaniyada, Adrian divarında Romalı assuriya əsilli əsgərlərin Süryani dilində yazdığı yazılar tapılmışdır.
== Tarixi ==
Süryani dilinin inkişafı mərhələləri:
Qədim Arami dili - Assuriya, Aşşur, Hatra, Adiabena, Osroena kimi dövlətlərin dili olmuşdur.