* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Yundan və s.-dən toxunmuş böyük baş örtüyü. İpək saçaqlı şal. Tirmə şal. – Köçən qızı şal, yaxud çarşaba bürüyüb, o yığıncağın bir səmtində oturdardılar. R.Əfəndiyev. Sənəm dönüb, otaqdan yun şalını götürdü. S.Rəhimov. 2. Nazik, yumşaq yun parça. [Kişinin] əynində qara şaldan beli büzməli don vardı. H.Sarabski. Güllü arvad sumağı şaldan genbol qırmızı tuman, yaxası və qolunun ağzı baftalı uzun arxalıq geymişdi. Ə.Əbülhəsən. // Şaldan tikilmiş. Şal paltar. – …[Ərşadın] əynində əldətoxunma yun şal pencək-şalvar … gəldi. İ.Əfəndiyev. Kəşmiri şal – vaxtilə Hindistanın Kəşmir vilayətindən gətirilən zərif, yumşaq və spesifik naxışlı yun parça, şal.
Azərbaycan dilinin izahlı lüğəti / şal1 ŞAL I Baş örtüyü. Bürünübdür gül əndamı; Tirmə şalın saçağına (Ə.Kürçaylı). ŞAL II is. Yun parça, kişmiri. Al, bu sənin. Bu da onun, – deyə kişmiri şalı göstərdi (İ.Şıxlı).
Azərbaycan dilinin omonimlər lüğəti / şal2 I сущ. 1. шаль: 1) большой вязаный или тканый платок. Yun şal шерстяная шаль, ipək şal шёлковая шаль, çiyin şalı наплечная шаль, toxunma şal вязаная шаль, saçaqlı şal шаль с бахромой, başına şal örtmək надеть на голову шаль, şalını çiyninə salmaq накинуть шаль себе на плечи, şala bürünmək кутаться, закутаться в шаль; tirmə şal тирмешаль (дорогая шерстяная шаль ручной работы) 2) тонкая шерстяная ткань. Şaldan tikilmiş сшитый из шали; kəşmiri şal кашемировая шаль (сделанная из кашемира) 2. плед (большая шерстяная шаль, обычно клетчатая и с бахромой, которой укрываются от холода). ‚Üstünə şal örtmək kimin накрыть пледом кого II прил. шалевый. Şal don шалевое платье, şal yaylıq шалевый платок
Azərbaycanca-rusca lüğət / şal1 сущ. 1. шал; yun şal сун шал; saçaqlı şal цӀилер галай шал; 2. шал, кьелечӀ, хъуьтуьл сун парча; // шалдин, шалдикай цвайи (мес. ппек); kəşmiri şal кишмирдин шал (кашемир, кьелечӀ ва хъуьтуьл сун парча).
Azərbaycanca-ləzgicə lüğəti / şal(Şəki) üstünə tut çırpmaq üçün xüsusi tikilib hazırlanmış iri parça. – Tutu şala sirkəleyrıx, bəhməz qayrırıx
Azərbaycan dilinin dialektoloji lüğəti.