döy sözü azərbaycan dilində

döy

Yazılış

  • döy • 91.6667%
  • Döy • 8.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Döy-la-Barr
Döy-la-Barr (fr. Deuil-la-Barre) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Anq'yan-le-Ben. Əhalisi — 21.230 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 15 km şimalda, Serji belediyyənin 21 km şərqdə yerləşir.
Gəncə döyüşü (1046)
Gəncə döyüşü (1046) — Bizans imperiyası ilə Böyük Səlcuq imperiyası arasında baş vermiş döyüş nəzərdə tutulur. == Tarixi == Gəncə döyüşü 1046-cı ildə baş vermişdir. Bu ildə imperator IX Konstantin Kldekari knyazı Liparitin komandanlığı altında Bizans ordusunu Qafqazı ələ keçirməyə göndərir. Gəncədə Bizans ordusunu qarşılayan Səlcuqlu ordusuna isə Qutalmış komandanlıq etməkdə idi. Bizans imperatoru IX Konstantinin Bizans ordusunu gürcü əsilzadəsi Kldekarili IV Liparitin komandanlığı altında Qafqaza göndərməsinin məqsədi regiona yürüşlər təşkil edən Səlcuqlu ordusunun qarşısını almaq idi. Buna cavab olaraq, Səlcuqlu sultanı Toğrul Qutalmışın komandanlığı altında bölgəyə türk ordusu göndərir. Dvinə doğru hücum edən Bizans ordusu Gəncədə türk ordusu ilə qarşı-qarşıya gəlir. Gəncə şəhərinin qala divarları yaxınlığında baş vermiş döyüşdə Qutalmış Bizans ordusunu darmadağın edir. Bizans ordusunun sağ qalmağı bacarmış azsaylı hissəsi geri çəkilməyə məcbur olur. Cənubi Qafqaz bölgəsindəki türk hakimiyyəti daha da möhkəmlənir.
Gəncə döyüşü (1826)
Gəncə döyüşü — Rusiya-İran müharibəsi dövründə, 13 sentyabr 1826-cı ildə Gəncə ətrafında baş verən döyüş. Şəmkir altında uğurdan sonra rus qoşunları sentyabrın 4-də Gəncənı tutdular. Sentyabrın 9-da Qafqaz korpusunun başlıca qüvvələri onlarla birləşdi. Şuşanın mühasirəsini buraxıb, buraya gələn Abbas Mirzə yeni döyüşün qaçılmaz olduğunu bilirdi. Sentyabrın 10-da Paskeviç də qoşunla Gəncəyə gəldi. == Döyüşün gedişi == Döyüş sentyabrın 13-də Nizami Gəncəvi məqbərəsinin yaxınlığındakı çöldə oldu. Rus ordusunda 8700, İran ordusunda isə 35 min döyüşçü var idi. İki ordu arasında dəhşətli döyüş başladı. Ruslar yenə uğur qazandılar. 2 düşərgə, 4 bayraq, bir top və başqa hərbi qənimət ələ keçirdilər.
Gərni döyüşü
Qarni döyüşü — 1225-ci ildə Gürcüstan çarlığı və Xarəzmşahlar arasında baş vermiş döyüş. Döyüş nəticəsində Gürcüstan çarlığı məğlub edildi və Gürcüstan çariçası Rusudan qərargahını Tiflisdən Kutaisiyə köçürməyə məcbur olmuşdur. == Döyüşdən əvvəl == Bu dövrdə Cəlaləddin Mənguberdi çariça Rusudana məktub yazaraq tabelik göstərməsini istədi. Lakin Rusudan tabe olmaqdan imtina etdi və Cəlaləddinə Monqol imperiyasına məğlub olduğunu xatırladan məktub yazdı. Bundan sonra 1225-ci ildə Xarəzmşah ordusu sərhədi keçərək Gürcüstana daxil oldu və qısa bir müddət sonra iki tərəf arasında ağır döyüş baş verdi. == Tərəflərin hərbi potensialı == Çariça Rusudan əsgər toplamaq üçün Gürcüstan çarlığının bütün bölgələrinə elçilər göndərdi. Bu dövrdə çarlıq muzdlu əsgərlər də daxil olmaqla 100,000 yaxın əsgər toplamaq potensialına sahib idi. Bununla yanaşı gürcülər təhlükəsizlik səbəbindən qüvvələrinin bəzi hissələrini ayırdılar. Beləliklə, Cəlaləddinə qarşı gürcülərin əlində 60–70,000-ə qədər qüvvə var idi. Xarəzmşah ordusunun sayı isə gürcülərdən daha çox idi.
Hadrut döyüşləri
Hadrut döyüşləri — İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabrın əvvəlində Azərbaycanın Xocavənd rayonunda yerləşən və birinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə baş verən döyüşlərdir. == Erkən hadisələr == Ermənistan Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycana məxsus keçmiş DQMV ərazisini və ətraf 7 rayonu işğal etmişdi. Keçmiş DQMV-nin cənubunda yerləşən Hadrutda işğaldan sonra Ermənistan geniş hərbi infrastruktur qurmağa başladı. Burada 9-cu, 1-ci, 2-ci və 3-cü olmaqla 4 alaydan ibarət Hadrut diviziyası yerləşirdi və Qarabağın cənub hissəsinin işğal olunmuş ərazilərinə nəzarət edirdi. 27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladı. 29 sentyabrda Azərbaycan qüvvələri Hadrutda ermənilərin komanda-müşahidə məntəqəsini məhv edir. Oktyabrın 1-də erməni tərəfi Hadrutun Azərbaycan artilleriyası tərəfindən atəşə tutulduğunu bildirdi. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan qüvvələri Hadrutdakı hərbi obyektlərə, yəni 18-ci motoatıcı diviziyanın qərargahına, həmçinin adıçəkilən diviziyanın 1-ci motoatıcı alayının infrastrukturuna zərbələr endirib. Növbəti gün erməni tərəfi Hadrutun iki dəfə Smerç raket sistemi ilə atəşə tutulduğunu bildirdi. Oktyabrın 7-də Azərbaycan ordusu Hadrutun cənubunda yerləşən Cəbrayıl şəhərini işğaldan azad edərək Hadruta yaxınlaşmağa başladı.
Hadrut döyüşü

Hadrut uğrunda döyüşlər (2020)

Herat döyüşü (1578)
Herat döyüşü — 9 avqust 1598-ci ildə Xorasan və Bəlx uğrunda Şeybani xanlığı arasında baş vermiş döyüşdür. Döyüş özbəklərin tam məğlubiyyəti ilə nəticələnmiş, nəticədə Səfəvi imperiyası Xorasandakı hakimiyyətini tam bərpa etmiş və regionu geri qaytarmışdır. == Arxa plan == Şah Məhəmməd Xudabəndənin hakimiyyət dövründə Səfəvi imperiyası dərin daxili çalxantılar keçirməkdə idi. Şahın zəifliyinin də mühüm rol oynadığı bu qarışıqlıq dönəmində imperiya şərq və qərbdəki qonşularından hücumlara məruz qalmışdı. 1578-ci ildə Osmanlı imperiyasının Səfəvi imperiyasına müharibə elan etməsindən istifadə edən Şeybani dövləti də Səfəvilərə şərqdən hücum etdilər. Osmanlı-Şeybani ittifaqı Səfəvi imperiyasına iki cəbhədə müharibə aparmağa vadar edirdi. Qərbdə osmanlı imperiyasına qarşı məğlubiyyətdən sonra Şeybanilər sülaləsini əvəz edən Həştərxanilər sülaləsi Xorasana hücum edərək oranı ələ keçirdilər. Xorasan çox mühüm strateji mövqeyə sahib olmaqla birlikdə, ticarət yollarının üzərində yerləşirdi. Şah Məhəmməd Xudabəndənin yerinə 1587-ci ildə gənc oğlu Şah Abbas çıxdı. O, öz qarşısına bütün itirlən torpaqları geri qaytarmaq vəzifəsini qoymuşdu.
Herat döyüşü (1598)

Herat döyüşü (1729)
Herat döyüşü — 1729-cu il iyul ayında səfəvilər və Abdali əfqanları arasında baş verən döyüş == Döyüşə hazırlıq == Kafirqala zəfərinin xəbəri Nadir xana çatdıqdan sonra o, Hacı bəy Əfşara vaxt itirmədən abdali ordugahı və hisarına doğru hərəkət etməyi əmr etdi. Özü isə piyada qüvvələri ilə birlikdə süvarilərin ardınca yola düşdü. Qarşıdakı döyüş hər iki tərəf üçün həlledici əhəmiyyət kəsb edirdi. Hansı taktikanı seçməmişdən əvvəl Nadir düşmənin döyüşqabağı mövqelərini öyrəndi. Bunun üçün tanınmış sərkərdələrindən olan Niyazqulu bəy Qacarı, Səlim bəy Mərvini, Allahqulu bəy Əfşarı, Canəli bəyi və yüz nəfərlik bir dəstəni özü ilə götürüb əfqanlara yaxın olan bir nöqtəyə yollandı, oradan əfqanların qüvvələrini və döyüş mövqelərini müşahidə etdi. Nadir əfqanların döyüşqabağı düzülüşünə əsasən hansı taktikaya əl ata biləcəklərini müəyyənləşdirdi. Nadir belə bir qənaətə gəldi ki, əfqanlar uğur qazanmaq üçün bütün istiqamətlərdən hücuma keçməyi planlaşdırırlar. Onların bu niyyəti Nadirə də qoşununu müvafiq şəkildə qruplaşdırmağa imkan verdi. O, topçuları, zənburəkçiləri və tüfəngdarları dörd dəstəyə böldü və hər dəstəni bir istiqamətdə yerləşdirərək qoşunun dörd tərəfdən atəş müdafiəsini təmin etdi. Əfqanlar hansı istiqamətdən hücum edərdilərsə, həmin istiqamətdən Nadir qoşununun atəş zərbəsi ilə qarşılaşmalı olacaqdılar.
Hindi döyüş baltası
Hindi döyüş baltası (ing. tomahawk) — ənənəvi olaraq Şimali Amerikada yaşayan hindlilər tərəfindən müharibədə və məişət işlərinin görülməsində istifadə edilən balta. Tomahawk sözü ingilis dilinə XVII əsrdə Alqonkin dilindən keçmişdir. Zamanla döyüş silahı modernləşdirlmiş və geyim dəstinin yan ciblərinə taxılmaq üçün uyğunlaşdırılmışdır. Hindi döyüş baltasından əvvəllər hindilər istifadə etsə də, sonralar Yeni Dünyaya gələn Pilqremlərin nəsilləridə silahdan istifadə etməyə başlamışlar.
Hörmüz döyüşü
Hörmüz döyüşü — 1622-ci ildə baş vermişdir. 10 həftəlik mühasirədən sonra İngiltərə-Səfəvi dövlətlərinin müttəfiq qoşunları qaladakı portuqal qarnizonunu məğlub etməyi bacarırlar. Bununla da Fars körfəzində İngiltərə ilə Səfəvi dövlətinin ticarət yolu açılmış olur. Hörmüzün Səfəvilər tərəfindən geri qaytarılmasından əvvəl Portuqaliya təxminən bir əsr idi ki, buranı özünə tabe etmişdi. Hörmüz 1507-ci ildən Portuqaliyaya tabe idi, buranı portuqal sərkərdə Alfonso de Albuerque tabe etmişdi. Bu yer vasitəsilə portuqallar Hindistan ilə Avropa arasındakı bütün ticarəti öz nəzarətlərinə keçirmişdilər. == İngiltərə-Səfəvi ittifaqı == İngiltərə tərəfi müharibədə Ost-Hind şirkəti tərəfindən təmin edilən 5 döyüş gəmisi və 4 kiçik gəmi ilə təmsil olunurdu. Səfəvilər isə ingilislərlə ittifaq qurulana qədər artıq müharibəyə başlamışdılar. I Şah Abbasın qoşunu portuqalları Qeşm adasındakı qalada mühasirəyə almışdı. I Şah Abbas ümid edirdi ki, ingilislər onlara yardım edəcək.
Hörmüz döyüşü (1622)

Hüneyn döyüşü
Hüneyn Döyüşü (ərəbcə: غزوة حُنين); Hicrətin səkkizinci ilində, miladi təqvim ilə 630-cu ildə, Məkkənin fəthindən dərhal sonra Hüneyn Vadisində meydana gəldi. Müharibə İslamın qurucusu və son peyğəmbər Məhəmməd (s.a.v) əmrindəki İslam ordusu ilə Taif bölgəsindəki Havazin və Sakif qəbilələri arasında baş verdi. Bütpərəstlərin basqınları və Məkkənin yeni müsəlmanlarının iştirakı sayəsində, Hüneyn yürüşünün başlanğıcında İslam ordusu sarsıldı və hətta İslamın qurucusu Məhəmməd peyğəmbərin həyatı təhlükə altında qaldı. Lakin nəticədə müsəlmanlar qalib gəldilər və çoxlu qənimət əldə etdilər. Bu rəvayətlərin bəziləri məsəl ənənəsinin əksidir. Bu ənənənin özəlliyi ictimaiyyəti incidən aşkar faktlarda deyil, əksinə povestlərindən sonra tamaşaçıdan yığdıqları pulun miqdarını artıran, duyğularını sığallayan, şişirdən, bəzən ağlatdıran ətraflı dramatik hekayələr verir. Lətifələr əsasən peyğəmbərlik dəlilləri (Delail En Nubuwwa) kimi sahələrdə istehsal edilmişdir. Məsələn, Huneyn döyüşündə Məhəmmədin atdığı bir ovuc çınqıl bütün kafirlərin gözünə bir-bir daxil olur. == Hüneyn Muharabəsi"nin Səbəbləri == Hüneyn müharibəsinin səbəbinin Havazin və Sakif qəbiləsinin görkəmli şəxslərinin İslamın banisi Məhəmməd peyğəmbərin Məkkəni fəth etməsindən sonra növbədə olduqlarını düşündükləri və o dövrdə Məkkədə olan müsəlmanlara hücum etmək qərarına gəldikləri barədə xəbər yayılır. Başqa bir düşüncəyə görə, bu müharibə Məhəmməd peyğəmbərin Məkkəni fəth etmək üçün Mədinədən yola düşdüyü zaman Havazin və Sakif qəbilələrinin bir araya gələrək, İslam ordusunun onlarla mübarizə aparmaq üçün hərəkətə keçdiyini düşünərək Hüneyn bölgəsində qərargah qurdular.
Həmədan yaxınlığında döyüş
Həmədan yaxınlığında döyüş — 25 dekabr 833-cü ildə baş vermiş döyüş.
I Kosova döyüşü
Birinci Kosova döyüşü (serb. Косовска битка və ya serb. бој на Косову; türk. Kosova Meydan Muharebesi) — 1389-cu ildə baş verən, Osmanlı imperiyası ən böyük quru döyüşlərindən biri. Döyüş Kosovo çölü ərazisində, müasir Priştina şəhərinin 5 kilometrliyində baş vermişdir. == Döyüşdən əvvəl == Çirmən döyüşündən sonra osmanlılar öz vassal dairələrini genişləndirdilər, Egey dənizi sahillərində olan şəhərlərə və əhəmiyyətli nəqliyyat marşrutlarına itaət etdilər. 1383-cü ildə onlar Serons və ətraf əraziləri tutaraq Salonikiyə yaxınlaşdılar. Bundan sonra da, əşyalarını təhdid edərkən və monastırlarını məhv etməyə çalışdıqları Athos monastırlarından keşişlər yaxınlaşdılar. Gelibolu yarımadası vasitəsilə Osmanlılar Kiçik Asiya ilə təmas qurdular və Venesiya və Genuya ilə əlaqələr qurdular. Onlar bir zamanlar güclü Bizans imperiyasının qalıqları üzərində bir-birinə qarşı düşmənçilikdə olublar.
I Samur döyüşü
Samur döyüşü — Səfəvi-Şirvan müharibəsi zamanı baş vermiş döyüşlərdən biri. Döyüş nəticəsində Səfəvilər Qafqazdakı nüfuz və əhatə dairələrini itirdilər. == Savaş zəmini == Səfəvilərin başçısı Şeyx Cüneyd özünün nüfuz və əhatə dairəsinin genişləndirmək məqsədilə Şirvana hücum etmək qərarına gəldi. O, səfərləri boyu müxtəlif ölkələrdən başına toplanmış 10.000 əsgər ilə ölkəni işğal etmək və Şirvanşahlar taxtına sahib olmaq üçün Şirvana basqın etdi. Şirvandakı şiə tərəfdarları da ona qoşuldular. Çərkəzlərlə dini müharibə basqın üçün bəhanə oldu. Şeyx Cüneydin niyyətini duyan və təbərsəranlılar tərəfindən təhrik edilən Şirvanşah I Xəlilullah Qaraqoyunlu Cahan şahın yardımı ilə böyük qoşunla onun qabağına çıxdı. 1460-cı ildə Samurçayın sol sahilindəki Qıpçaq kəndinin yaxınlığında baş verən vuruşmada Şeyx Cüneyd öldürüldü, onun müridləri isə məğlub edildi. Fəzlullah ibn Ruzbixan Xuncinin məlumatına görə Şeyx Cüneydin müridləri onun cəsədini Samurçayın sağ sahilinə keçirərək Gülxan kəndində (indiki Qusar rayonunun Həzrə kəndi) dəfn etmişlər.
I Şənbi Qazan döyüşü
Naxçıvan döyüşü — 1406-cı ildə Qaraqoyunlu hökmdarı Qara Yusiflə, Teymurilərin Təbriz hakimi Əbu Bəkr mirzə arasında Naxçıvan yaxınlığında baş vermiş döyüş. == Tarixi == 1405-ci ildə Qara Yusif Suriyanı tərk etdi və Mardinə ordan da Mosula getdi. Ardınca Bitlisə yolan düşdü. Qara Yusifin həbsdən azad olduğunu bilən kimi bütün keçmiş tərəfdarları və qoşunu ətrafında yığılmağa başladılar. Şərqi Anadolunu tabe edən Qara Yusif həbsdə olarkən Sultan Əhmədlə andlaşmasına uyğun olaraq Azərbaycana üz tutmağa hazırlaşırdı. 1406-cı ilin iyununda Sultan Əhməd və Qara Yusif Bağdadı ələ keçirdilər. 1406-cı ilin sonunda Təbrizə yaxınlaşdılar. Şirvanşah İbrahim Sultan Əhmədin İraqdan Azərbaycana yürüşünü qanuni hökmdarın dönüşü kimi qəbul etdi. I İbrahimə müvəqqəti sığınan Azərbaycan əmirləri Qara Yusifin tərəfinə keçdilər. Qara Yusifi qarşılamaq üçün Əbu Bəkr 23 avqust 1406-cı Təbriz gəldi.
I əl-Fəlluca Döyüşü
I Fəlluca Döyüşü, 2003-cü ildə İraqın işğalından sonra ABŞ Silahlı Qüvvələrinin 2004-cü ilin Aprel ayında İraq Müqavimətinin əlində tutulan Fəlluca şəhərini almağa çalışdığı uğursuz hərbi əməliyyatıdır. Bölgəyə ABŞ hərbi hərəkatının gerçəkləşdirilməsinə səbəb olaraq 31 Mart günü bölgədə ABŞ ordusu üçün vəzifəsini yerinə yetirən silahlı xüsusi təhlükəsizlik şirkəti "Bləkvater" mənsubu 4 ABŞ vətəndaşının müqavimətçilər tərəfindən öldürülməsi göstərilir. Döyüş vaxtı şiddətli qarşıdurmalar və ölü sayının artması, ABŞ-nin ölkəni ilk işğal etdiyi dövrdə işğalı müdafiə edən Səddam Hüseyn rejiminə müxalifləri belə ABŞ-yə qarşı müqavimətə qoşulmağa təhrik etdiyi deyilir.
Iduk Baş döyüşü
Iduk Baş döyüşü — Çinlə İkinci Göytürk xaqanlığı arasında baş vermis döyüş. == Arxa plan == Tanq imperatoriçası Vu Zetianın qurduğu Zhou sülaləsi (690-705) və İkinci Göytürk xaqanlığı arasındakı döyüşlər 693-cü ildə Qapağan xaqan və Ayqucı Tonyukukun şimali Çinə axınları ilə başladı. Bu Göytürk-Tanq müharibəsinin müxtəlif səbəbləri var idi. Bunların əsasında Qapağan xaqanın dövləti gücləndirin böyütmə istəyi dururdu. Qapağan xaqanın bir qızını Vu Zetianın hakimiyyətdən uzaqlaşdırdığı Tanq xülaləsindən şahzadə ilə evləndirmək istəməsi, lakin Vu Zetianın bu istəyi geri çevirin, öz ailəsindən birini namizəd olaraq göndərməsi müharibə üçün yetərli bəhanəni yaratdı. == Döyüş == Edilən bir çox axından sonra 701 və 702-ci illərdə, yəni Kül Tigin 16 yaşında ikən, Göytürk ordusu şimali Şindəki Qansu bölgəsinin şimal-şəqinə axın təşkil etdi. Qumilyov ilə Giraudun bu hücumun Məvaraünnəhrə edildiyini irəli sürməsinə baxmayaraq, əksər tarixçilər hücum yerinin Qansu-Ordos bölgəsi olduğu fikirindədir. Bu hücuma Kül Tigin və Bilgə xaqan da qatılmışdılar. Orxon yazılarında Iduk Baş (Müqəddəs Yer) olaraq keçən yer də Göytürk ordusu Onq Tutuk komandanlığındakı 50 minlik Zhou ordusu ilə döyüşdü. Kül Tigin piyada olaraq döyüşdə iştirak etmiş və şəxsən Onq Tutukun qayınını öldürmüşdür.
Kadeş döyüşü
Kadeş döyüşü Firon II Ramzesin hökmranlığının beşinci ilində, e.ə. 1274 cü ildə indiki Suriya və Livan sərhəddində, Orentos çayı üzərindəki Kadeş şəhəri uğrunda Qədim Misir və Het çarlığı arasında baş vermiş hərbi toqquşma. Qədim Misir tarixində III Tutmos tərəfindən e.ə. 1457 ci ildə aparılmış Megiddo döyüşündən sonra ikinci böyük hərbi münaqişə. == Döyüş səlnamələri == Kadeş döyüşü hər iki tərəfə aid səlnamələrdə öz əksini tapmışdır. Qədim Misir səlnamələrində II Ramzes tərəfindən hərbi yürüşün başlanmasından və Kadeş döyüşlərindən xəbər verilir: qoşunları tərəfindən tərk edilmiş II Ramzes tanrı Amunun köməyi ilə qələbə çalmış olur. Döyüş haqqında Karnak, Luksor, Ramesseum , Əbu Simbel və Abidos təsvirlərinə əsaslanan üç və əlavə papirus yazılara əsaslanan 13 təssəvvür mövcuddur. Hettlər tərəfindən düyüş təsəvvürü Babil mixi yazılarına əsaslanır. Het dövlətinin paytaxtı Xattusa şəhərinin xarabalığından tapılmış mixi ilə yazılmış gil lövhələr adıgedən döyüşdən xəbər verir. === Döyüş önü === Kadeş şəhəri Qədim padşahlıq dövrünə aid XVIII sülalə zamanında III Tutmosis tərəfindən altı yürüşdən sonra ələ keçirilmiş olur.
Kafir Qala döyüşü
Kafir Qala döyüşü — Herat yürüşünün nəticəsini müəyyən edən toqquşmalar seriyasıdır. Bəzi xüsusiyyətlərinə görə Səngan döyüşünə bənzəyən Kafir Qala döyüşü Abdali əfqanlarla Nadir xanın rəhbərlik etdiyi Səfəvi ordusu arasında baş tutmuş və Səfəvi ordusunun qələbəsi ilə nəticələnmişdir. == Arxa plan == Nadir xanın bundan əvvəlki yürüşü Sənganın yağmalanması və Abdali əfqanlar üzərində taktiki qələbə ilə nəticələnmişdi. Lakin Nadir xan bu yürüşündə heç bir yeni ərazi əldə edə bilməmiş və kiçik qələbədən sonra Məşhədə geri dönməyə məcbur olmuşdu. Onun planlarını pozan Səfəvi şahı II Təhmasib olmuşdu. Beləki II Təhmasib onu xain elan etmiş və bu Nadiri geri dönməyə məcbur etmişdi. Geri dönüb şah üzərində qələbə qazanan və onu özündən asılı vəziyyətə salan Nadir, bütün daxili problemləri həll etdikdən sonra çoxdan gözlənilən Herat yürüşünə başladı. == Döyüş == === İlk toqquşmalar === "Tarix-e Cahanqoşa-ye Naderi"də olan məlumata görə, Nadir qoşunu ilə 1729-cu ilin Novruz bayramından 46 gün sonra Abdali əfqanları ilə döyüşə yola düşdü. Kafir qala ətrafında düşərgə salandan sonra Niyazqulu bəy Qacarın rəhbərliyi altında 500 nəfərdən ibarət qarovul dəstəsi yaratdı və qoşunun mühafizəsini bu dəstəyə tapşırdı. Nadir yürüşünə cavab vermək üçün Abdali əfqanların rəhbəri olan Allahyar xan Heratın 80 km qərbində olan Kafir Qala adlanan yerdə onu qarşıladı.
Kalka döyüşü
Kalka döyüşü - (müasir Kalçik çayı), Kalmius çayının sol qolu Donetsk (Ukrayna) vilayəti). 31 may(6 iyun) 1223-cü ildə birləşmiş rus-qıpçaq qoşunları ilə monqol-tatar ordusu arasında, Cebe və Sabutayın yürüşü çərçivəsində baş verən döyüş. == Döyüş ərəfəsi == Gürcü, sonra isə alan-yas və Şimali Qafqaz qıpçaq qoşunlarını darmadağın edəndən sonra, Sabutay bahadur və Cebe noyonun başçılığı altında monqol-tatar ordusunun iki tüməni(20 min süvari) 1223-cü ildə Krıma sonra isə qıpçaq çöllərinə soxuldular. Qıpçaq xanı Kötən xan rus knyazlarından kömək dilədi. Kiyevdəki knyaz şurasında düşməni qarşılamaq qərarı verildi. Apreldə rus və qıpçaq qoşunu, şırımlı yerində(Zaporojye) Dnepri keçərək, rəqibi, avanqardını geri oturdaraq, geri çəkilməyə məcbur etdi. İlk uğur rusları və qıpçaqları ruhlandırdı, və onlar şərqə hərəkət etdilər. 9 gündən sonra Kalka çayında rus-qıpçaq qoşunu(40 min rus və 20 min qıpçaq) monqol-tatarların əsas qüvvəsi ilə qarşılaşdı. == Döyüşün gedişi == Rus knyazlarının şurasında ziddiyətlər yarandı. Kiyevli Mstislav monqol-tatarları Kalkanın sağ tərəfində qarşılamağı təklif etdi.
Katvan döyüşü
Katvan döyüşü (çin. 卡特萬之戰) ― Səlcuqlar, onların vassal dövləti Qərbi Qaraxanilər dövləti və Qarakitaylar dövləti arasında 9 sentyabr 1141-ci ildə baş vermiş döyüş. Səlcuqlar bu döyüşdə qəti şəkildə məğlub oldular və nəticədə Böyük Səlcuq imperiyası çökməyə başladı. == Döyüşdən əvvəlki vəziyyət == Qərbi Lyao imperatoru Yelü Daşinin Balasaquna qədər gələrək Qaşqar, Beşbalıq və Xücənd şəhərlərini tutaraq paytaxtı Balasaqun şəhəri olan Qaraxitaylar dövlətini yaratması ilə Qaraxanlı-Qarakitay mübarizəsi ciddiləşmişdi. 1137-ci ildə Qarakitay ordusu Səlcuq vassalı olan Qərbi Qaraxanlı hökmdarı Mahmud b. Məhəmməd Arslan Xanın qüvvələrini Xücənd yaxınlarında məğlub etdi. Xarəzmşahlar ilə Böyük Səlcuq imperiyası arasındakı mübarizədən faydalanan Qarakitaylar, Qaraxanlı torpaqlarına olan hücumlarını gücləndirmişdilər. Qaraxanlılar ilə onlara tabe olan Qarluqlar arasında mövcud olan ziddiyyətlərdə, Qaraxanlıların, Səlcuq hökmdarı Sultan Səncərdən kömək istəmələri ilə birgə Qarluqlar da Qarakitaylara sığınmışdırlar. == Döyüş == Yelü Daşi, Qarluqların bağışlanması məqsədi Sultan Səncərə müraciət etmiş, ancaq bu tələbi müsbət qarşılamayan Səncər ordusu ilə birgə yürüşə davam etmişdir. İki ordu Səmərqəndin şimal hissəsində yerləşən Katvan çölündə qarşılaşmışdır.
Kerx döyüşü
Kerx döyüşü — Çərkəz Hüseyn bəyin komandanlıq etdiyi Osmanlı əsgərlərinin, Səfəvi qüvvələrinin pusğusu ilə təqribən Osmanlı əsgərlərinin məhv olması ilə nəticələnmişdir. == Döyüş == Qaraman və İstanbuldan kömək gözləyən Bığlı Mehmet Paşa, getdikcə güclənən Ustacalı Qaraxanı bir oyunla məğlub etmək istəyirdi. Bunun nəticəsində iki min nəfərlik süvari ilə saxta bir hücum ediləcək, Səfəvi qüvvələri yığışdıqdan sonra bu qoşunlar geri çəkilərək Səfəvi ordusunu Bığlı Mehmet Paşanın komandanlığı altında əsas ordunun tələsinə salacaqlar. Mövlana İdris isə bu qərara qarşı çıxdı. Səbəb isə mövsümün təsiriylə yolların palçıqlı olması və Kerx mövqeyi ilə əsas ordunun gözlədiyi Qantara arasında uzun bir məsafənin olması idi. Bığlı Mehmet Paşa etirazları qəbul etmədi və Harpud sancaqbəyi Çərkəz Hüseynin komandanlığı altında adı çəkilən qüvvələri verərək yola düşdü. Kəşfiyyatçılar vasitəsilə basqının olacağını eşidən Qaraxan düşərgəni boşaltdı və ətrafına gizləndi. Osmanlı ordusu düşərgənin boş olduğunu düşünərək, oranı talan etməyə başladılar. Əsas ordunun arxadan gəldiyini düşünən Səfəvi ordusu Osmanlı ordusunun düşərgələrini ciddi şəkildə məhv etmələrinə imkan verdi. Əsas ordunun gəlməyəcəyini və bu qüvvələrin tək olduqlarını biləndə gizləndikləri yerdən çıxıb hücuma keçdilər.
Komandor adaları döyüşü
Komandor adaları döyüşü — (həmçinin Attu döyüşü) — İkinci dünya müharibəsində Sakit okean cəbhəsinə daxil olan döyüş. Toqquşma 27 mart 1943-ci ildə Kamçatka ilı Attu adası arasında Komandor adalarının cənubunda baş vermişdir. == Öncəki vəziyyət == Yaponlar Alyaskaya hücum etmək məqsədi ilə Aleut adalarının Kiska və Attu adalarında baza yaratmışdılar. Amerikanlar bunun qarşısını almaq məqsədi ilə əlaqəni kəsməyə cəhd etmişdir == Tərəflərin qüvvələri == === ABŞ === Operativ birləşmə 16.6 «Solt Leyk Siti» ağır kreyser «Riçmond» — yüngül kreyser 14-cü minadaşıyan eskadra «USS Bailey (DD-492)» esminsev «USS Coghlan (DD-606)» esminsev «USS Dale (DD-353)» esminsev «USS Monaghan (DD-354)» === Yaponiya === Şimal Birləşməsi «Nate» ağır kreyser «Maya» ağır kreyser «Tama» yüngül kreyser 1-ci esminsev eskadrası «Abukuma» yüngül esminsev 21-ci eskadra «Bakaba» esminsev «Hasuşimo» esminsev 9-cu diviziya (döyüşdə iştirak etməmişdir) «Usuqumo» esmines «Sanko-Maru» 6-cı diviziya «İkacuti» esmines «İnacuna» esmines «Asaka-Maru» nəqliyyat gəmisi «Sakito-Maru» nəqliyyat gəmisi == Döyüş == MakMorris üfüqdə qəmi aşkarladıqdan sonra döyüş hazırlığı əmri verir. Ancaq onlar qarşılarında gəmilərin sayının nə qədər olmasından xəbərsiz idilər. Yaponlarda görünən gəmiləri Yaponiyadan bazaya gələn gəmilərlə səhv salırlar. Sonradan səhvlərini anlayırlar. Tərəflər eyni anda bir-birlərini 20 kilometrdən atəşə tutmurdular. Yaponlar ilk əvvəl «Riçmond», gəmisinə atəş açırdılar, lakin atışlar bir nəticə vermir. Sonradan «Solt Leyk Siti» gəmisi intensiv atəş altlnda qalır.

"döy" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#döy nədir? #döy sözünün mənası #döy nə deməkdir? #döy sözünün izahı #döy sözünün yazılışı #döy necə yazılır? #döy sözünün düzgün yazılışı #döy leksik mənası #döy sözünün sinonimi #döy sözünün yaxın mənalı sözlər #döy sözünün əks mənası #döy sözünün etimologiyası #döy sözünün orfoqrafiyası #döy rusca #döy inglisça #döy fransızca #döy sözünün istifadəsi #sözlük