pər sözü azərbaycan dilində

pər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • pər • 94.2857%
  • Pər • 3.8095%
  • PƏR • 1.9048%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Pər
Pər — fırlanan bir milin üzərində yerləşdirilmiş, müvafiq bir aerodinamika ya da hidrodinamik quruluş verilmiş qəddarələrdən formalaşmış; itələmə gücü təmin edən alətdir. Pərlər təyyarə və gəmilərdə istifadə edilir. == Təyyarə pəri == Pərli təyyarələrdə pər, mühərrikdən ötürülən fırlanmanı itələmə gücünə çevirən sistemdir. İki və ya daha artıq qəddarədən meydana gəlir. Pər qəddarələri itələmə qüvvəsinə görə təxmini olaraq irəliyə və çevrilməsinə görə də çevrilmə (rotasiya) istiqamətində hərəkət etdiyi üçün kənardakı bir müşahidəçiyə görə heliks olaraq da tanınan burğu hərəkətini də edir. Pərin yarıçapı səbəbiylə qəddarə ucunun fırlanma müddətində qət etdiyi məsafə göbəyə görə daha çox olacağından, qəddarə ucunun bucaq sürəti, abağa yaxın bölmələrdəki bucaq sürəti ilə eyni olmasına baxmayaraq vahid zamanda qət etdiyi məsafə (sürəti) daha çoxdur.
Gədəyli (Pərsabad)
Gədəyli (fars. گدايلو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 587 nəfər yaşayır (95 ailə).
Hacıaymanlıməhtimən (Pərsabad)
Hacıaymanlıməhtimən (fars. قشلاق حاج ايمانلومحتمن‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 242 nəfər yaşayır (47 ailə).
Hacıcəfərkəndi (Pərsabad)
Hacıcəfərkəndi (fars. حاجي جعفركندي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 144 nəfər yaşayır (31 ailə).
Hacıhəsənkəndi (Pərsabad)
Hacıhəsənkəndi (fars. حاج حسن كندي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 232 nəfər yaşayır (53 ailə).
Hacımurtuzakəndi (Pərsabad)
Hacımurtuzakəndi (fars. حاجي مرتضي كندي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 322 nəfər yaşayır (67 ailə).
Hacıəmirkəndi (Pərsabad)
Hacıəmirkəndi (fars. حاج اميركندي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 272 nəfər yaşayır (48 ailə).
Hallacabad (Pərsabad)
Hallacabad (fars. حلاج اباد‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 696 nəfər yaşayır (125 ailə).
Havarkəndiqışlağı (Pərsabad)
Havarkəndiqışlağı (fars. هاواركندي قشلاقي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 65 nəfər yaşayır (12 ailə).
Heydər Əliyev şəxsiyyətinə pərəstiş
Heydər Əliyev şəxsiyyətinə pərəstiş və ya Heydərizm— 1993-cü ildən 2003-cü ildək hakimiyyətdə olan dövlət başçısının ölümündən sonra belə oğlu İlham Əliyevin hakimiyyətə gəlməsi ilə formalaşan və inkişaf edən şəxsiyyətə pərəstiş. Heydər Əliyev hələ həyatda olarkən onun şəxsiyyətinə pərəstiş xüsusiyyətləri meydana gəlməyə başlayır. Heydər Əliyev MDB ölkələri jurnalistlərinin şəxsiyyətə pərəstişlə bağlı sualına belə cavab verir: Milli dövlətçiliyin ideoloji əsasına çevrilən Heydər Əliyevin «Azərbaycançılıq» ideologiyası müasir dünyada öz yerini müəyyənləşdirmiş və bütün dünyada yaşayan azərbaycanlılar üçün birləşdirici faktordur Siyasətşünas Zəfər Quliyev deyib ki, 2003-cü ildə İlham Əliyevin ölkədə hakimiyyətə gəlməsi ilə mərhum prezidentin şəxsiyyətinə pərəstiş Azərbaycanın müasir tarixini yenidən nəzərdən keçirmək üçün kampaniya şəklində sistematik şəkildə təsdiqləndi. 2003-cü il prezident seçkilərində hətta Şeyxülislam və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə küfr xarakteri daşıyan hakimiyyətin şərəfinə hörmət bəyanatları edir. Xüsusən 31 may tarixində Quba şəhərində verdiyi bəyanatda «Bizdə bir Allah, bir peyğəmbər və bir prezident var, buda Heydər Əliyevdir». İki ay sonra buna bənzər bir bəyanat verir: «Heydər Əliyevə qarşı çıxmaq Allahın iradəsinə qarşı çıxmaq deməkdir!». Bu bəyanat iman gətirənlərin hiddətinə səbəb olur. «Beynəlxalq Böhran Qrupu» öz hesabatında qeyd edir ki, Heydər Əliyev şəxsiyyətinə pərəstiş - Azərbaycanın ideologiyasının əsası, Heydər Əliyevin Azərbaycanı xilas etməsi fikirinin aşılanmasından ibarətdir. Üstəlik bu şəxsiyyətə pərəstiş onun oğlu İlham Əliyevə keçir. Xüsusən Heydər Əliyevin 1993-cü ildə Gəncə şəhərində baş verən qiyamdan sonra hakimiyyətə qayıtması Azərbaycan xalqının milli qurtuluş günü elan edilmişdir.
Hüseynqışlağıgürabazlı (Pərsabad)
Hüseynqışlağıgürabazlı (fars. حسين قشلاقي گورابازلو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 28 nəfər yaşayır (4 ailə).
Hüseynqışlağıhacıxacəli (Pərsabad)
Hüseynqışlağıhacıxacəli (fars. حسين قشلاقي حاج خواجه لو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 256 nəfər yaşayır (46 ailə).
Həmdullahabad (Pərsabad)
Həmdullahabad (fars. حمداله اباد‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 379 nəfər yaşayır (75 ailə).
Həmidə Ömərova. Kinomuzun ilham pərisi... (film, 2012)
Həmidə Ömərova. Kinomuzun ilham pərisi... — 2012-ci ildə rejissor Elvin Vəlimətovun Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Film teatr, kino və dublyaj aktrisası, Azərbaycanın xalq artisi Həmidə Ömərovanın 55 illik yubileyinə həsr olunur. == Film haqqında == Filmdə "Qızıl uçurum", "Anlamaq istəyirəm", "Yol əhvalatı", "Babamızın babasının babası", "Qorxma, mən səninləyəm", "Əzablı yollar", "Nizami", "Gümüşü furqon", "Bayramda yağış", "Burulğan", "Şirbalanın məhəbbəti" filmləri, "Dədə Qorqud oğuznamələri" bədii televiziya filmi və "Tənha durna uçuşu" film-tamaşasındakı kadrlardan istifadə edilmişdir.
Həzarkəndi (Pərsabad)
Həzarkəndi (fars. ‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 688 nəfər yaşayır (152 ailə).
Kap pərttəgözü
Kap pərttəgözü (lat. Burhinus capensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin pərttəgözlər fəsiləsinin pərttəgöz cinsinə aid heyvan növü.
Kiçik Su pərisi
Kiçik Su pərisi - "Kiçik Su pərisi" cizgi filminin seriyalarını ehtiva edir.
Kiçik Su pərisi: Arielin başlanğıc hekayəsi (cizgi filmi, 2008)
Kiçik Su pərisi: Arielin başlanğıc hekayəsi (ing. The Little Mermaid: Ariel's Beginning) — 2008-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. == Məzmun == Cizgi filmində ilk seriyasından əvvəl baş verən hadisələr əsas yer tutur. Dəniz hakimi Kral Triton həyat yoldaşının vəfatından sonra musiqiyə qadağa qoymuşdur.
Kiçik Su pərisi (cizgi filmi, 1989)
Kiçik Su pərisi (ing. The Little Mermaid) - 1989-cu ildə "Volt Disney" şirkəti tərəfindən istehsal olunmuş musiqili fantaziya janrlı cizgi filmidir. Cizgi filminin rejissorları Ron Klements və Con Maskerdir. Cizgi filminə Alan Menken bəstəkarlıq etmişdir. Bu cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 28-ci qısametrajlı filmidir. Cizgi filmi Danimarka yazıçısı Hans Xristian Andersenin "Kiçik Su pərisi" hekayəsi əsasında hazırlanmışdı. == Məzmun == 16 yaşını ötmüş Su pərisi Ariel Triton adlı şahın ən kiçik qızıdır. Əqrəb Sebastyan tərəfindən hazırlanmış bayram şənliyində Ariel mahnı ifa etməliydi. Lakin bunu unutmuş Ariel macəra axtarışındadır. Ariel və dostu Flaunder çoxlu zinət əşyaları yığaraq şəxsi otağına gətirir.
Kiçik Su pərisi (personajlar)
Kiçik Su pərisi - 1989-cu ildə istehsal edilmiş cizgi filmidir. Onun ardınca daha iki seriyası çəkilmişdir. Bu siyahıda "Kiçik Su pərisi" cizgi filminin personajları haqqında məlumat verilmişdir. == Personajlar == === Ariel === Ariel - Kral Tritonun ən kiçik qızıdır. Altı bacısı vardır: Akvata, Alana, Arista, Attina, Adela və Andriana. Onun çoxlu dostları vardır, amma ən yaxşı dostu kiçik balıq Flaunderdir. Arielin gözəl səsi vardır və yaxşı mahnı ifa etmək bacarığına malikdir. Onu ən çox insan dünyası maraqlandırır. Arielin yaşıl quyruğu vardır. Ariel personajı "Disney qadın personajlarının kraliçası" siyasında birincidir.
Kiçik Su pərisi (seriyalar)
Kiçik Su pərisi - "Kiçik Su pərisi" cizgi filminin seriyalarını ehtiva edir.
Kobra Pərviz
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. == Həyatı == Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.
Lülədərə-i Hacınəcəf (Pərsabad)
Lülədərə-i Hacınəcəf (fars. لوله درق حاج نجف‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 424 nəfər yaşayır (91 ailə).
Maqsudlu-i Süfla (Pərsabad)
Maqsudlu-i Süfla (fars. مقصودلوي سفلي‎) və ya Aşağı Maqsudlu — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 212 nəfər yaşayır (43 ailə).
Maqsudlu-i Ülya (Pərsabad)
Maqsudlu-i Ülya (fars. مقصودلوی علیا‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 496 nəfər yaşayır (98 ailə).
Mollakəndi (Pərsabad)
Mollakəndi (fars. ملاكندي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 969 nəfər yaşayır (183 ailə).

pər sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Quş tükü. 2. Qanad (klassik ədəbiyyatda çox vaxt “pərü bal” şəklində işlənmişdir). Bilməm bu qəfəsdə nola halım; Sındırdı bəla pər ilə balım. Füzuli. Mənim şahinim də pərü balını; Gərir üfüqlərə ehtişam ilə. M.Rahim. □ Pər açmaq (vurmaq) – qanad açmaq, qanad çalmaq, uçmaq. Simurq göydə pər vurub, nər kimi nərildəyirdi. (Nağıl). 3. bax qanad 4-cü mənada. Suyun şəffaflığından dənizin dibi görünürdü: məxmər kimi yaşıl yosun, xırda və iri daşlar, üz-üzə pərlərini geniş açıb oynaşan balıqlar… M.Süleymanov. 4. Müxtəlif maşın və qurğuların fırlanan hissəsi, qanadı. Yeldəyirmanın pəri. Ventilyatorun pəri. Təyyarənin pəri. – Dəyirman pərləri elə fırlanır ki, görmək olmur. Mir Cəlal. // Dəyirman çarxının üzərinə su tökülüb hərəkətə gətirilən hissəsi. Novdan lülələnib çıxan qüvvətli su qocanın qayırmış olduğu bir cüt dəyirman daşının pərinə çırpılırdı. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / pər
  • 2 f. 1) qanad; 2) quş tükü. Pəri-qu bax pərqu; pəri-tavus tovuz qanadlı, tovuz qanadı kimi ala-bəzək, yaraşıqlı; gözəl.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / pər

pər sözünün etimologiyası

pər sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 1. PƏR (tex.) Müəssisənin plastik sexi.. ventilyator pərləri də istehsal edir (ADİL); QANAD Budur, sağ tərəfdə bir təyyarə var; Onun qanadından topla vurublar (M.Rahim); PƏRVANƏ Növbə Kamala yetişəndə o, əlindəki modelin pərvanəsini buraxdı (M.Rzaquluzadə). 2. pər bax qanad 1

    Azərbaycan dilinin sinonimlər lüğəti / pər

pər sözünün rus dilinə tərcüməsi

  • 1 крыло, лопасть, пропеллер

    Azərbaycanca-rusca lüğət / pər
  • 2 сущ. 1. перо (роговое образование кожи птиц, полый стерженёк с пушистыми отростками по бокам) 2. устар. крыло: 1) у птиц и насекомых-орган, служащий для летания 2) каждая из боковых частей носа. Burun pərləri крылья носа 3) лопасть вращающегося колеса ветряной мельницы или пароходного винта. Yel dəyirmanının pərləri крылья ветряной мельницы 3. лопасть: 1) широкий плоский конец чего-л. тех. Baltanın pəri лопасть долота, qarıışdırıcının pəri лопасть мешалки 2) гребная часть весла, судовых колёс, гребных и воздушных винтов и т.п.). Avarın pəri лопасть весла 4. винт (мельницы, парохода, самолёта) 5. пропеллер (устройство в виде нескольких лопастей, вращаемых двигателем; воздушный винт). Təyyarənin pəri пропеллер самолёта 6. тех. лопатка (то же, что лопасть). Turbinin pəri лопатка турбины, pərin profili профиль лопатки 7. плавник (орган передвижения у рыб и водных животных) ◊ pər açmaq расправлять крылья; pər vurmaq взмахивать крыльями

    Azərbaycanca-rusca lüğət / pər

pər sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. (müxt. mənalarda) wing; (quşlarda və poeziyada) pinion; ~ vurmaq to flap wings; 2. (yel dəyirmanında) arm, sailarm, sail; 3. (təyyarədə) propeller

    Azərbaycanca-ingiliscə lüğət / pər

pər sözünün fransız dilinə tərcüməsi

  • 1 is. (müxtəlif mənalarda) aile f ; aube f ; palette f ; pale f ; hélice f (təyyarədə) ; ~ vurmaq empêcher vt, entraver vt (maneçilik törətmək) ; défendre vt (qadağan etmək)

    Azərbaycanca-fransızca lüğət / pər

pər sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. къушран туьк; 2. лув, лувур; pər açmaq (vurmaq) лувар ахъаюн, лувар элягъун, лув гун; 3. лув (гъетрен); 4. тех. лув, лувур (мес. самолётдин); 3. супӀурар, фарфалаг (мес. гарун, цин регъверин).

    Azərbaycanca-ləzgicə lüğəti / pər

pər sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Quba) soğan dadı verən yabanı bitki adı. – Pərlər çux güzəl uladu; – Utlağımızın çuxi pərdi; – Həsən bu gün meşədən bir çanta pər gətirdi II (Şəki) dəndənə (araba təkərində). – Təkərin pərrəri də tökülür III (Tovuz) evin damında istifadə olunan tir. – Damımızın pərinin biri qırılıf

Azərbaycan dilinin dialektoloji lüğəti.

"pər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#pər nədir? #pər sözünün mənası #pər nə deməkdir? #pər sözünün izahı #pər sözünün yazılışı #pər necə yazılır? #pər sözünün düzgün yazılışı #pər leksik mənası #pər sözünün sinonimi #pər sözünün yaxın mənalı sözlər #pər sözünün əks mənası #pər sözünün etimologiyası #pər sözünün orfoqrafiyası #pər rusca #pər inglisça #pər fransızca #pər sözünün istifadəsi #sözlük