* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. qəd. Dövlətli, zəngin, varlı, bəy; böyük. Bay ilə yoxsul bənəm, yolçu ilə yol bənəm. Nəsimi. Ey xublar içində tələti-hüsn ilə bay olan! Xətayi. Budu xahişləri kim, baxmayıb ağü bozuna; Eyləyim həcv bayü gədavü xanı. Q.Zakir. Sənsən mahal yaraşığı; Göz görməz sənsiz işığı; Müxtəsər ki, heç aşığı; Eyləməzsən bay, qara qız. Aşıq Ələsgər.
Azərbaycan dilinin izahlı lüğəti / bay2 nida. Təəccüb, heyrət, çaşqınlıq və s. hissləri bildirir. Bay! Sən hara, bura hara! Bay! Bu kimdir? Bay, haçan gəlmisən? – Bir az suyu [gölməçədə] araşdırmışdıq ki, Məmmədağa səsləndi: – Bay, balıq əlimə dəydi. – Hanı, hanı? – deyə mən də onun yanında axtarmağa başladım. S.S.Axundov. // Bəzən təkrar şəklində işlənir.
Azərbaycan dilinin izahlı lüğəti / bay3 Dövlətli, zəngin, varlı, bəy. (“Koroğlu” dastanının lüğəti) Yenə saldın məni ahu vaylara Yoxsul olan qulluq edər baylara, Qolu bağlı atdırırdın çaylara, Mən dəlini tutan günlər necə oldu? (“El şairləri”)
Azərbaycan dastanlarının leksikası / bay4 varlıq, zənginlik. Türk mənşəli qədim sözdür. Varlıq, zənginlik, ərlik, üstünlük, bolluq sözlərinin mahiyyətini ifadə edir. Türk adlarının vacib birləşmələrindən başqa sözlərlə istifadə olu-na bilən, işlədilən kəlməni tamamlayıb, gücləndirən, həm əvvəli-nə, həm də sonuna əlavə olunan ad.
Fəlsəfə terminlərinin izahlı lüğəti / bay1 1 прил. простореч. 1. беззаботный, беспечный 2. самонадеянный (о человеке) 2 межд. ой! (восклицание, употребляющееся, когда вспоминается что-л. забытое, то, что нужно было сделать, сказать)
Azərbaycanca-rusca lüğət / bayI (Qazax) xoşbəxt ◊ Bay olmax (Qazax) – xoşbəxt olmaq. – Səni görüm balaların bay olsun; – Pis adam bay olmasın II (Gəncə) ərköyün. – Kərim oğlunu çox bay böyüdür, sora munun zərəlini çəkəjəx’
Azərbaycan dilinin dialektoloji lüğəti.