təs sözü azərbaycan dilində

təs

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • təs • 86.4780%
  • TƏS • 8.8050%
  • Təs • 4.7170%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gürcüstan Təsis Məclisi
Gürcüstan Müəssislər Məclisi (gürc. საქართველოს დამფუძნებელი კრება, sak’art’velos damp’udznebeli kreba) — Gürcüstan Demokratik Respublikasının milli qanunverici orqanı. 1919-cu ilin fevralında Gürcüstanın İstiqlal əqdnaməsini, 1921-ci il Konstitusiyasının qəbul edilməsini təsdiq etmək üçün çağırılmışdır. Məclis 1921-ci ildə Gürcüstanın sovetləşməsindən sonra ləğv olunana qədər fəaliyyət göstərmişdir. == Seçkilər == 1917-ci il Oktyabr inqilabından sonra, 9 aprel 1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasına qoşulan Gürcüstan Rusiya imperiyasından ayrıldı. Lakin artıq 26 may 1918-ci ildə Gürcüstan suveren respublika elan edildi, həmin gün Gürcüstan Milli Şurası anonim olaraq Gürcüstanın Müstəqillik Aktını qəbul etdi. 1918-ci ilin oktyabrında Şura özünü müvəqqəti parlament elan etdi və Sovet İttifaqından əvvəlki Gürcüstanda yeganə ümumi seçki olan milli qanunverici seçkilərə hazırlaşmağa başladı. Müəssislər Məclisi, İstiqlal Bəyannaməsi və Cümhuriyyət Konstitusiyasının qəbul edilməsini təsdiq etmək üçün 1919-cu il fevralın 14-dən 16-dək keçirilən azad və birbaşa seçkilərdə seçildi. Seçkilərdə 15 siyasi partiya mübarizə apardı və onların nəticələri Sosial Demokrat Partiyası (Menşeviklər) və onun liderləri üçün böyük zəfər oldu. Müəssislər Məclisində 130 yerdən 109 mandat qazandılar.
Gürcüstanda kənd təsərrüfatı
Gürcüstanda kənd təsərrüfatı — Gürcüstan iqtisadiyyatının bir hissəsini təşkil edən təsərrüfat sahələrindən biri. Ümumilikdə ölkə ərazisinin 16 % kənd təsərrüfatı üçün yararlıdır Gürcüstanda kənd təsərrüfatı məhsullarınln böyük qismi bağ sahələrində kənd tipli fermalarda istehsal edilir. Aqrar təsərrüfatların böyük əksəriyyətində işlər əl ilə görülür. İstehsalda kənd təsərrüfatının payı olduqca aşağıdır. Buna ramən ölkə əhalisinin 50 % kəndlərdə yaşayır. Bu istehsal cəmi ÜDM 12 % təşkil edir. 2007-ci ildə kənd təsərrüfatı məhsullarının ümumi həcmi 1,51 mld dollar təşkil etmişdir. 2008-ci ildə bu rəqəm 2,42 mld lari olmuşdur. Bitkiçilik məhsullarının həcmi 998 mln ları, heyvandarlıq məhsullarının istehsal həcmi 1,35 mld lari, kənd təsərrüfatı xidmətləri isə 65 mln lari təşkil etmişdir. == Tarixi == === SSRİ tərkibində === Sovetləşmə dönəmində Gürçüstan kənd təsərrüfatı kollektivləşdirilmişdir.
Gəmiqaya qayaüstü təsvirləri
Gəmiqaya petroqlifləri – Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında yerləşən qayalarda çəkilmiş petroqlif-piktoqramlar, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri. Gəmiqaya rəsmləri 1968-ci ildən tədqiq olunmaqdadır. Naxçıvan MR Ali Məclisi "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə" 26 aprel, 2001-ci il tarixli sərəncam qəbul etmişdir. Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycanın qədim sakinlərinə aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya — Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olmuşdur. Sonralar isə buralar Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay, Gilançay vadilərində yaşamış tayfaların yaylaq yerləri olmuşdur. Elə həmin dövrlərdən buradakı qayalar üzərində insan və müxtəlif heyvan (keçi, maral, öküz, quş və s.) rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, ayrı — ayrı işarələr və s. təsvirlər həkk edilmişdir. == Tarixi == Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 8–7 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkün olmuşdur. Gəmiqaya rəsmləri 1968-ci ildən öyrənilir.
Kitab əl-Təsrif
Kitab əl-Təsrif (ərəb. التصريف لمن عجز عن التأليف‎) — Əbülqasım əz-Zəhravi tərəfindən 1000-ə yaxın yazılmış 30 cildlik bir Ərəb tibb və cərrahi ensiklopediyası. Ensiklopediyanın yazılması Zəhravinin 50 ildən çox vaxtını aldı. Burada müxtəlif xəstəliklər, yaralar, tibbi vəziyyət, müalicə və cərrahi prosedurlar barədə məlumatlar var. Ensiklopediyada 200-dən çox növ cərrahi alət təsvir olunur. "Kitab əl-Təsrif" XVIII əsrin əvvəllərinə qədər cərrahlar tərəfindən istifadə edilmişdir. Burada təsvir olunan bəzi cərrahi praktika bu gün də istifadə olunur. == Məzmunu == Ensiklopediya cərrahiyyə, tibb, ortopediya, oftalmologiya, farmakologiya, düzgün bəslənmə, diş və yeni doğulmuş uşaqlara qayğı, həmçinin patoloji şərtlər daxil olmaqla geniş mövzuları əhatə edir. Son və ən məşhur cild əməliyyata həsr edilmişdir. əz-Zəhravinin dediyinə görə, cərrahiyyəni son cildin mövzusuna çevirməyə qərar verdi, çünki bu, dərmanın ən yüksək formasıdır və bütün digər tibb sahələri ilə tanış olana qədər tətbiq oluna bilməz.
Kitabxana-Biblioqrafiya Təsnifatı
Bu gün Kitabxana-Biblioqrafiya Təsnifatı (KBT) (rus. Библиотечно-библиографическая классификация (ББК)) — Rusiyanın milli təsnifat sistemidir. Rusiyada KBT və digər təsnifat sistemlərinin istifadəsi məlumat, kitabxanaçılıq və nəşr üçün bir sıra dövlət standartları ilə tənzimlənir. == KBT-nin qorunması (müəllif hüquqları) == 2000-ci il müqaviləsinə əsasən, KBT-nin həmmüəllifləri olan 3 kitabxana KBT-də müəllif hüquqlarına malikdir: Rusiya Dövlət Kitabxanası (RDK); Rusiya Milli Kitabxanası (RMK); Rusiya Elmlər Akademiyasının (REA) Kitabxanası. KBT-nin saxlanılması üçün əlaqələndirici federal idarələrarası mərkəz, RDK-nin bir hissəsi kimi fəaliyyət göstərən KBT-nin İnkişafına dair Tədqiqat Mərkəzidir (TM KBT). Müəllif hüququ qanununa uyğun olaraq KBT ilə əlaqəli hər hansı bir nəşr TM KBT ilə razılaşdırılmalıdır. KBT-nin baş redaktoru sənədlərin sistemləşdirilməsi və kitabxana təsnifatı sistemlərinin yaradılması sahəsində ən böyük rus mütəxəssisi — E. R. Sukiasyandır. == KBT cədvəlləri == Kitabxana təsnifatının kitabxanalarda istifadə edilməsi üçün kitab şəklində təsnifat cədvəlləri şəklində tərtib edilmişdir. Təsnifat cədvəlləri kitabxanada istifadə olunan təsnifat sisteminə uyğun olaraq kolleksiyadakı sənədləri və sistematik kataloqdakı biblioqrafik qeydləri təşkil etmək üçün təsnifat indekslərini təyin etmək üçün hazırlanmış bir təlimatdır. === KBT cədvəllər strukturu === Əsas cədvəllər Xüsusi tipik bölmələrin cədvəlləri Ümumi tipik bölmələrin cədvəlləri Alfasayısal mövzu indeksi.
Kitabxana biblioqrafik təsnifatı
Bu gün Kitabxana-Biblioqrafiya Təsnifatı (KBT) (rus. Библиотечно-библиографическая классификация (ББК)) — Rusiyanın milli təsnifat sistemidir. Rusiyada KBT və digər təsnifat sistemlərinin istifadəsi məlumat, kitabxanaçılıq və nəşr üçün bir sıra dövlət standartları ilə tənzimlənir. == KBT-nin qorunması (müəllif hüquqları) == 2000-ci il müqaviləsinə əsasən, KBT-nin həmmüəllifləri olan 3 kitabxana KBT-də müəllif hüquqlarına malikdir: Rusiya Dövlət Kitabxanası (RDK); Rusiya Milli Kitabxanası (RMK); Rusiya Elmlər Akademiyasının (REA) Kitabxanası. KBT-nin saxlanılması üçün əlaqələndirici federal idarələrarası mərkəz, RDK-nin bir hissəsi kimi fəaliyyət göstərən KBT-nin İnkişafına dair Tədqiqat Mərkəzidir (TM KBT). Müəllif hüququ qanununa uyğun olaraq KBT ilə əlaqəli hər hansı bir nəşr TM KBT ilə razılaşdırılmalıdır. KBT-nin baş redaktoru sənədlərin sistemləşdirilməsi və kitabxana təsnifatı sistemlərinin yaradılması sahəsində ən böyük rus mütəxəssisi — E. R. Sukiasyandır. == KBT cədvəlləri == Kitabxana təsnifatının kitabxanalarda istifadə edilməsi üçün kitab şəklində təsnifat cədvəlləri şəklində tərtib edilmişdir. Təsnifat cədvəlləri kitabxanada istifadə olunan təsnifat sisteminə uyğun olaraq kolleksiyadakı sənədləri və sistematik kataloqdakı biblioqrafik qeydləri təşkil etmək üçün təsnifat indekslərini təyin etmək üçün hazırlanmış bir təlimatdır. === KBT cədvəllər strukturu === Əsas cədvəllər Xüsusi tipik bölmələrin cədvəlləri Ümumi tipik bölmələrin cədvəlləri Alfasayısal mövzu indeksi.
Kompleks təsirli stabilizatorlar
Kompleks təsirli stabilizatorlar Kompleks təsirli stabilizatorlar tərkibində olan radikal-zəncirvari reaksiyaların inhibirləşməsinə əsaslanan antioksidantların kifayət qədər effektiv olmadığı yanacaqların kimyəvi və termooksidləşdrici sabitliyini artırmaq üçün nəzərdə tutulmuşdur. Belə yanacaqlara məsələn, tərkibində katalitik krekinqın işlənməmiş yüngül qazoylları olan dizel yanacaqları, yanan şist, kömür və s.yanma prosesindən alınan yanacaqlar aiddir. Hidrotəmizləmə və stabilizatordan eyni zamanda istifadə daha çox səmərə verir. Stabilizatorların işçi qatılığı 0.01–0.05% olub yanacaqdakı qeyri-sabit komponentlərin qatılığından asılıdır. == Təsir prinsipi == Ümumiyyətlə, yanacaqlarda qatran və çöküntülərin formalaşması yalnız karbohidrogenlərin radikal-zəncirvari oksidləşmə reaksiyaları ilə məhdudlaşmır. Fəal ikiqat rabitəsi olan olefinlərin polimerləşməsi, politsiklik aromatik birləşmələr və azot saxlayan heterotsikllərin oksidləşmə polikondensasiyası, kükürd saxlayan birləşmələrin sülfoturşulara qədər oksidləşməsi mümkündür. Karbohidrogenlərin oksidləşməsinə gəldikdə isə, bu əsas proses olaraq qalır və onun nəticəsində poliefirləşmə və polikondensasiya reaksiyalarına məruz qalan spirtlər, turşular və efirlər əmələ gəir. Bu sıxlaşma reaksiyalarından bir çoxu karbon turşuları və xüsusilə sulfoturşuların oksidləşmə məhsullarının iştirakı ilə sürətlənir. Metalların olması da oksidləşməyə təsir göstərir. Yüksəkmolekullu qatrana oxşar məhsullar molekul kütləsi nisbətən aşağı olan halda yanacaqda həll olur və qatran əmələ gətirir.
Kondoa qaya təsvirləri
Kondoa İranqi qayaüstü təsvirləri — Tanzaniyanın mərkəzindəki mağara divarlarında yer alan bir sıra qədim rəsmlərdir. Kondoa bölgəsi təsirli qaya təsvirləri kolleksiyasına görə 2006-cı ildə UNESCO-nun Ümumdünya irsi elan edilmişdir. Bu əraziyə daha əvvəl, 1937-ci ildə Tanzaniya Antikalar İdarəsi tərəfindən milli abidə adı verilmişdi. Tanzaniya Antikalar İdarəsi tərəfindən bəzi rəsmlərin 50.000 ildən çox yaşı olduğuna inanılır. Lakin, bu təsvirlərin ümumilikdə 2000 yaşı var. Rəsmlərdə uzanan insanlar, heyvanlar və ov səhnələri təsvir edilmişdir. Köhnə rəsmlər ümumiyyətlə qırmızıdır və ovçu-toplayıcılar ilə əlaqələndirilir. Lakin tez-tez bu fiqurlar sonradan çəkilmiş, aqro-pastoralistlərə aid ağ rəngli rəsmlər ilə üst-üstə düşür. Bu təsvirlər Orta Daş dövründən Son Daş dövrünün əvvəlinə qədər uzanır və bu da rəsmləri bu keçid dövründəki mədəniyyət dəyişikliklərini öyrənmək üçün yaxşı bir kolleksiya halına gətirir. Bu ərazinin landşaftı Masai çölünün qərb çevrəsini təşkil edən iri qranit daşları ilə xarakterizə olunur.
Kormak-Leheyn təsnifat sistemi
Kormak-Leheyn təsnifat sistemi birbaşa larinqoskopiya zamanı görünən strukturlar əsasında, endotraxeal intubasiyanın icrasının mümkünlük dərəcəsini müəyyən etmək üçün tərtib edilmiş təsnifatdır. Təsnifat 1984 cü ildə R.S. Kormak və C. Leheyn tərəfindən tərtib edilmişdir. Gənc həkim anesteziyoloqların ixtisas hazırlıqlarında, çətin intubasiyaların icra vərdiş və texnikalarına yiyələnmələri üçün müxtəlif mümkün senarili modul vasitəsi kimi tətbiq edilməkdədir.
Kənd təsərrüfatı
Kənd təsərrüfatı — bitki və heyvan mənşəli məhsulların istehsal olunması, bunların keyfiyyət və səmərələrinin yüksəldilməsi, bu məhsulların uyğun şərtlərdə mühafizəsi, işlənib qiymətləndirilməsi və satışa çıxarılması prosesi.
Kənd təsərrüfatı aviasiyası
Kənd təsərrüfatı aviasiyası — mülki aviasiya sahəsi. Kənd təsərrüfatı aviasiyasından bitkilərin mühafizəsi, alaq otları ilə mübarizə, torpağa mineral gübrə verilməsi, təyyarə ilə ot əkini və s.-də istifadə edilir. == Xüsusiyyətləri == Bitkilərin becərilməsində aviasiya vasitələrindən istifadənin üstünlüklərinə vaxta qənaət olunması, əmək sərfinin aşağı salınması, zəhərli kimyəvi maddələr və gübrə sərfinin azalması, çətin keçilən sahələri becərməyin mümkünlüyü, bitkilərin mexaniki zədələnməməsi, torpağın bərkiməsi ehtimalının aradan qalxması və s. aiddir. Kənd təsərrüfatı aviasiyasından istifadənin catışmayan cəhəti onun meteoroloji şəraitdən asılılığıdır. == Tarixi == SSRİ-də bu məqsədlə An-2, An-2M, Yak-12 təyyarələrindən və Mİ-1, Mİ-2, Ka-26 və Ka-15 vertolyotlarından istifadə olunurdu. Maye pestisidləri çiləmək, mineral gübrələri səpmək və s. üçün bunlarda xüsusi aparatlar quraşdırılırdı. Bitki zərərvericilərinə və xəstəliklərinə qarşı mübarizədə sahələr 5–10 metr yüksəklikdən, alaq otları ilə mübarizədə (yazda aqroqaydalarla müəyyən olunmuş müddətdə) 5–6 metr yüksəklikdən dərmanlanırdı. Tozvari gübrələr 10–20 metr, dənəvər gübrələr isə 30–50 metr yuksəklikdən səpilirdi.
Kənd təsərrüfatı coğrafiyası
Kənd təsərrüfatı coğrafiyası - iqtisadi coğrafiyanın bir sahəsidir. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsi problemləri, onun amilləri və inkişaf qanunauyğunluqlarını öyrənir. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsinin xalq təsərrüfatının istehsal sahələrinin, ilk növbədə sənayenin yerləşdirilməsindən əsas fərqi burada istehsalın təbii şəraitlə əlaqədar olması, torpağın başlıca istehsal vasitəsi kimi istifadə edilməsindədir. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsi ayrı-ayrı zona və regionların təbii-iqtisadi şəraitini nəzərə almaqla həyata keçirilir, torpaq, maddi-texniki və əmək ehtiyatlarından səmərəli istifadə etməyə, sənayenin xammala, əhalinin ərzaq məhsullarına olan təlabatını ödəməyə yönəldilir.
Kənd təsərrüfatı elmləri doktoru
Elmlər doktoru (rus. доктор наук) — Keçmişdə Kommunist bloku ölkələrində və hazırda bəzi MDB ölkələrində elmlər namizədi və ya fəlsəfə doktoru elmi dərəcəsindən sonra verilən yüksək elmi dərəcə. Keçmiş SSRİ-də elmlər doktoru elmi dərəcəsi 13 yanvar 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə təsis edilib. Bu dərəcə müvafiq elm sahəsində elmlər namizədi və ya fəlsəfə doktoru dərəcəsi olan və müvafiq səviyyədə dissertasiya müdafiə etmiş şəxslərə verilir. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya müəllifin aparmış olduğu tədqiqatlar əsasında bütövlükdə, həmin elm sahəsində yeni perspektivli istiqamət kimi qiymətləndirilən, elmi müddəaları ifadə edən və əsaslandıran, yaxud xalq təsərrüfatı üçün siyasi və sosial-mədəni əhəmiyyət kəsb edən böyük elmi problemin həllini nəzəri cəhətdən ümumiləşdirən müstəqil iş olmalıdır.
Kənd təsərrüfatı iqtisadiyyatı
Kənd təsərrüfatı iqtisadiyyatı — qida və lif istehsalını və paylanmasını optimallaşdırmaq üçün iqtisadi nəzəriyyənin tətbiqi ilə əlaqəli tətbiq olunan bir iqtisadiyyat sahəsidir. Kənd təsərrüfatı iqtisadiyyatı, xüsusilə torpaq istifadəsi ilə məşğul olan və yaxşı torpaq ekosistemini qoruyarkən məhsullarını maksimum dərəcədə artırmağa yönəlmiş iqtisadiyyatın bir qolu olaraq başladı. XX əsrdə intizam genişləndi və intizamın mövcud əhatə dairəsi daha genişdir. Kənd təsərrüfatı iqtisadiyyatı bu gün ənənəvi iqtisadiyyatla böyük ölçüdə üst-üstə düşən bir çox tətbiq sahəsini əhatə edir. Kənd təsərrüfatı iqtisadçıları iqtisadiyyat, ekonometriya, inkişaf iqtisadiyyatı və ətraf mühitin iqtisadiyyatı sahəsindəki araşdırmalara əhəmiyyətli töhfələr vermişlər. Kənd təsərrüfatı iqtisadiyyatı qida siyasətini, əkinçilik siyasətini və ətraf mühit siyasətini təsir edir. == Yaranması == İqtisadiyyat, qıtlıq şəraitində resursların bölüşdürülməsinin öyrənilməsi kimi müəyyən edilmişdir. Kənd təsərrüfatı iqtisadiyyatı və ya kənd təsərrüfatı istehsalçılarının verdiyi qərarları optimallaşdırmaq üçün iqtisadi metodların tətbiqi 20. əsrin əvvəllərində önə çıxdı. Kənd təsərrüfatı iqtisadiyyatı sahəsi yenidən torpaq iqtisadiyyatı üzərində işləyir.
Kənd təsərrüfatı kommunası
Kənd təsərrüfatı kommunası — SSRİ hakimiyyətinin ilk illərində meydana gələn kənd təsərrüfatı istehsalatı kooperasiyası formalarından biri. Kənd təsərrüfatı kommunasında istehsalın butun vasitələri (tikililər, xırda avadanlıq, qaramal) və məişət xidməti tamamilə i timai təsərrüfata əsaslanırdı. Bölgü əməyə görə yox, ailə üzvlərinə gərə aparılırdı. Kənd təsərrüfatı kommunası üzvlərinin şəxsi həyətyanı təsərrüfatları yox idi. Kənd təsərrüfatı kommunası başlıca olaraq kecmiş mulkədar və monastır torpaqlarında təşkil edilirdi. Dövlətdən müftə olaraq torpaqdan başqa, yaşayış və təsərrüfat tikililəri, avadanlıq və s. yardım alırdı. 1920-ci illərin sonu–1930-cu illərin əvvəlində kənd təsərrüfatı kommunası kolxozlara çevrilmişdir.
Kənd təsərrüfatı kooperasiyası
Kənd təsərrüfatı kooperasiyası — kooperasiya növü. Bu, birlikdə məhsul istehsal etmək, yaxud digər fəaliyyət növlərini (məhsul emalı və satışı, istehsal vasitələri ilə təchizat və s.) icra etmək üçün kənd təsərrüfatı məhsulları istehsalcılarını birləşdirir. XIX əsrin birinci yarısında Qərbi Avropa, XIX əsrin ikinci yarısında Şərqi Avropa ölkələrində və Rusiyada yaranmışdır. Kənd təsərrüfatı kooperasiyası inkişaf etmiş bir çox kapitalist ölkəsində mürəkkəb sosial-iqtisadi orqanizmə çevrilərək kənd təsərrüfatı məhsulları istehsalını, emalını, saxlanılmasını, realizəsini, kənd təsərrüfatının kreditlətdirilməsini, kənd təsərrüfatı üçün istehsal vasitələri istehsalını və s. əhatə edir. Kənd təsərrüfatı kooperativləri çox zaman öz fəaliyyətlərini şaquli inteqrasiya əsasında qururlar. Kənd təsərrüfatı kooperasiyası daha cox Skandinaviya ölkələrində, Niderland, İslandiya və Yaponiyada inkişaf etmişdir. Bu ölkələrdə kənd təsərrüfatı kooperativləri kənd təsərrüfatının kreditləşdirilməsində mühüm rol oynayır, yeyinti sənayesində, topdan ticarətdə, mineral gübrələr, bir sıra kənd təsərrüfatı texnikası istehsalında və s. hakim mövqə tutur. == İstinadlar == == Əlavə ədəbiyyat == Cobia, David, editor, Cooperatives in Agriculture, Prentice-Hall, Englewood Cliffs, NJ (1989), p.
Kənd təsərrüfatı maşınqayırması
Kənd təsərrüfatı texnikası — kənd təsərrüfatının texniki cəhətdən yenidən qurulmasını həyata keçirən maşınqayırma sahəsi. Başlıca vəzifəsi kənd təsərrüfatı istehsalını kompleks mexanikləşdirməkdir. == Tarixi == Kənd təsərrüfatı maşınqayırması XIX əsrin əvvəllərində Birləşmiş Krallıqda, az sonra isə ABŞ-də yaranmışdır. Kommunizmdən əvvəlki Rusiyada kəndlilərin çox hissəsi primitiv kənd təsərrüfatı inventarlarından istifadə edirdi. Kənd təsərrüfatı inventarı istehsal edən ilk müəssisə XIX əsrdə meydana gəlmişdi. Oktyabr inqilabından sonra Xalq Komissarları Sovetinin 1 aprel 1921 il tarixli dekreti kənd təsərrüfatı maşınqayırmasının planlı inkişafının əsasını qoymuşdur. 1926-cı ildə traktor kultivatoru, 1928 ildə traktor kotanı, 1930-cu ildə taxılyığan kombayn, 1932-ci ildə kartofyığan maşın istehsalına başlanmışdır. SSRİ 1937-ci ildə taxılyığan kombaynın illik istehsalına görə dunyada birinci yerə çıxmışdır. İkinci Dünya müharibəsi illərində kənd təsərrüfatı maşınqayırması zavodlarının çoxu müdafiə məhsulları istehsalına keçirilmidir. Şərqdə kənd təsərrüfatı maşınları istehsalının yeni bazası yaradılmışdır.
Litosferə texnogen təsirlər
Yerin sahəsinin təxminən 60%-i 10 km dərinliyə qədər antropogen təsirə məruz qalmışdır. Litosferə antropogen təsirin nəticələri bunlardır: münbit torpaqların sıradan çıxması, süni səth və yeraltı strukturların yaranması, böyük həcmdə süxurların yerdəyişməsi, relyefin dəyişməsi, qruntların geodinamik tarazlığının pozulması; texnogen zəlzələlər, karst, torpağın oturması (enməsi), eroziyası, sürüşmələr, donuşluq rejiminin pozulması, torpaqların kimyəvi və radioaktiv çirklənməsi və s. == Texnogen təsirlər == Texnogen təsirlər – faydalı qazıntıların yeraltı yuyulmalarla çıxarılması, yeraltı tikinti, yeraltı suların intensiv istifadəsi, bitki örtüyünün məhv edilməsi, axıntı sularının atılması və s. karst əmələgəlmə proseslərini yaradır və onların yaranmasına kömək edir. Texnogenezlə gücləndirilmiş (oyadılmış, hərəkətə gətirilmiş) karst təbii karstdan inkişafının sürəti ilə və baş verməsinin intensivliyi ilə, sahəsinin azlığına və yayılma dərinliyinə görə fərqlənir. Texnogen karst karbonat, gips – anhidrid və duz süxurlarında geniş yayılmışdır. Texnogen təsirlər həmçinin külək eroziyasının inkişafına səbəb olur, burada deflyasiyanın (sovurub-çıxarmanın) aparıcı rolu vardır. Eol fəaliyyəti başlıca olaraq insanın həyat mühitinə məxsusdur, çunki texnogenez – bitkilərin məhvi, torpaqların şumlanması, qruntların qurudulması, terrasların düzəldilməsi və s. küləyin işini gücləndirir. Eol proseslərinin inkişafı üçün əlverişli olan çox böyük ərazilər vardır.
Maqmatik süxurların təsnifatı
Maqmatik süxurlar — Maqmanın yerqabığının dərinliklərində və ya yer kürəsində soyuyaraq qatılaşmasıyla əmələ gələn süxurlara deyilir. == Təsnifat == Süxurlar 5 nomenklatur vahidə bölünür: tip, sinif, qrup, sıra, ailə: süxur tipi — birinci nomenklatur vahid olub süxurların əmələgəlmə şəraitinə əsaslanır. Ümumiyyətlə, süxurlar maqmatik, metamorfik və çökmə olmaqla üç tipə bölünür. İkinci nomenklatur vahid – sinif, süxurların fatsial göstəricilərinə, tekstur, struktur əlamətlərinə və onların yatma şəraitinə əsaslanır. Maqmatik süxurlar vulkanik və plutonik siniflərə ayrılır və onların hər biri qruplara, sıralara və ailələrə bölünürlər. Üçüncü nomenklatur vahid –qrup, süxurların kimyəvi tərkibin əsas xüsusiyyətlərinə görə ayrılır. Maqmatik süxur qrupları silisiumun miqdarına görə təyin olunur: turş (64–78%), orta (53–64%), əsasi (44–53%), ultraəsasi (30–44%). Dördüncü nomenklatur vahid – sıra, kimyəvi tərkibin əlavə xüsusiyyətlərinə — qələvilərin miqdarına görə ayrılır. (Na2O+H2O) və SiO2 nisbətinin dəyişməsinə görə üç maqmatik sıra ayrılır: normal qələvi, subqələvi (qələvilərin yüksək miqdarına görə) və qələvi. Birinci və ikinci sıranın süxurlarında qələvi, rəngli minerallar və feldşpatoidlər yoxdur, bu minerallar üçüncü sıra süxurları üçün səciyyəvidir.
Meliorasiya və Su Təsərrüfatı (Azərbaycan)
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (qısaldılmış halda — "Azmelsutəsərrüfat" ASC) — "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanı ilə yaradılmışdır. 5 noyabr 2020-ci ildən 30 mart 2023-cü ilə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olub. ASC 30 mart 2023-cü ildə əmlakları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. == Haqqında == Azərbaycanda meliorasiya və su təsərrüfatına rəhbərlik məqsədilə 1920-ci ildə Azərbaycan SSR Xalq Torpaq Komissarlığı nəzdində su şöbəsi yaradılıb, 1921-ci ildə onun adı dəyişdirilərək su təsərrüfatı şöbəsi adlandırılıb. 1925-ci ildə Azərbaycan SSR Ali İqtisadi Şurası nəzdində Azərbaycan Su Təsərrüfatı idarəsi (Azvodxoz) yaradılmışdır. O, 1941-ci ildən Azərbaycan Su Təsərrüfatı Xalq Komissarlığı, 1946-cı ildən Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi, 1966-cı ildən isə Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi, 1993-cü ildən Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi haqqında" 23 noyabr 2004-cü il tarixli fərmanı ilə komitə ləğv edilərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" 23 fevral 2006-cı il tarixli 372 nömrəli fərmanı ilə agentliyin bazasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ("Azmelsutəsərrüfat" ASC) yaradılmışdır. O, meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərən və səhmləri dövlətə məxsus səhmdar cəmiyyətidir. == Fəaliyyəti == "Azmelsutəsərrüfat" ASC öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, digər normativ-hüquqi aktlara və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. "Azmelsutəsərrüfat" ASC hüquqi şəxsdir, müstəqil balansa, xəzinə və bank hesablarına malikdir.
Milli təsviri sənət muzeyi (Buenos-Ayres)
Milli təsviri sənət muzeyi (isp. Museo Nacional de Bellas Artes, MNBA) — Buenos-Ayres şəhərinin Rekoleta rayonunda yerləşən incəsənət muzeyi. 2004-cü ildə muzey Neuken şəhərində öz filialını açdı. == Tarixi == İlk muzeyin direktoru argentinalı şərhçi və rəssam Eduardo Şiaffino olmuşdur. Muzey 23 dekabr 1895-ci ildə Florida küçəsində aşılmışdır. 1909-ci ildə muzay San-Martina meydanına köçmüşdür, əsaslı restavrasiyadan sonra Buenos-Ayres yerləşmişdir. 1955—1964-ci illərdə Xorxe Romero Bresta direktorun başçılığı altinda muzey, həm interyer həm də dizayn baxımından modernləşmişdir. 1961-ci ildə müvəqqəti bir pavilyon açıldı, muzey müasir sənət əsərlərini əldə etdi. Müasir Argentina sənət pavilyonu 1980-ci ildə açılmışdır. Bu otaqda ümumi sahəsi 1536 kvadratmetr olan və 34 muzey binasının ən böyük sahəsi olan sərgi salonunun ümumi sahəsi 4,610 kvadrat metrdir.
Milli təsviri sənət muzeyi (Santyaqo)
Milli təsviri sənət muzeyi (isp. Museo Nacional de Bellas Artes ) — Santyaqo şəhərində yerləşən bədii təsviri sənət muzeyi. == Tarixi == Muzey 1880-ci il 18 sentyabr tarixində "Milli İncəsənət Muzeyi" adı altında yaradılıb və Cənubi Amerikanın ən qədim muzeyi kimi tanınır. 1910-cu ildən, Forestal parkında xüsusi möhkəm binada yerləşib. Muzeyin binası Çili arxitekturası Emiliya Jekura memarlığı üzərində qurulmuşdur. Muzeydə 1976-cı ilin aprel ayında tarixi Çili abidəsi aşkar edilmişdir. 1985-ci ildə meydana gələn zəlzələ nəticəsində binaya ziyan dəymişdi. Yenidənqurma işləri üç il davam etdi.
Milli və Dünya Təsərrüfatı Universiteti
Milli və Dünya Təsərrüfatı Universiteti (bolq. Университет за национално и световно стопанство) — Bolqarıstanın paytaxtı Sofiya şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin iqtisadiyyat üzrə ilk ali təhsil ocağıdır. Universitetin rektoru professor Stati Stattevdir.
Minik avtomobillərinin təsnifatı
Minik avtomobili — sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi. Minik avtomobillərinin təsnifatı Banın növü görə avtomobilləri qapalı (limuzin, sedan, universal), açıq (fayton, kabriolet, torpedo) və kombinə edilmiş (açılabilən) kuzalı olurlar. Qapılarının sayına görə kuzalar 2, 4 və 5 qapılı olurlar. Mühərrikin işçi həcminə (litrlə) görə və öz kütləsinə görə minik avtomobilləri ən kiçik (1.2-dən az), böyük (3.5-dən çox) və ali (məhdudlanmır) siniflərə bölünürlər. Minik avtomobilləri əvvəllər tətbiq olunan sovet təsnifatında əsas təsnif əlaməti olaraq mühərrikin işçi həcmi istifadə olunurdu. Müasir avtomobilqayırma praktikasında bir modeldən olan avtomobillərin müxtəlif həcmli və güclü mühərriklərlə təchiz olunmasının geniş yayıldığı nəzərə alınarsa bu cür təsnifat səmərəli deyildir. Ona görə də, adətən minik avtomobillərinin Avropa təsnifatından istifadə edilir. Belə təsnifatda Minik avtomobilləri qabariti və kuza və şassinin konstruksiyasının xüsusiyyətlərinə görə fərqləndirilir. Təsnifatda istehlak məqsədləri və bazarın marketinq seqmentasiyası üçün şərti olaraq 10 qrup-altı sinif (A-dan F-ə qədər latın hərifləri ilə işarələnir) və dörd kuza və ya şassi növü ayırd edilir. Kuzasının növünə görə; Qapalı, Limuzin, Sedan, Furqon – Van, Universal, Hetçbek.
Molla Əbdünnəbi Təsuci
Molla Əbdünnəbi Təsuci (Təsuc) — Fəqih, alim, riyaziyyatçı və Məşrutə dövründə İranın şura məclisinin ikinci dövrünün ən yaxşı beş alimlərindən biri idi.

təs sözünün rus dilinə tərcüməsi

təs sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Mingəçevir, Naxçıvan, Zəngilan) at peyini. – Bir az təs qurutmuşux (Naxçıvan)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"təs" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təs nədir? #təs sözünün mənası #təs nə deməkdir? #təs sözünün izahı #təs sözünün yazılışı #təs necə yazılır? #təs sözünün düzgün yazılışı #təs leksik mənası #təs sözünün sinonimi #təs sözünün yaxın mənalı sözlər #təs sözünün əks mənası #təs sözünün etimologiyası #təs sözünün orfoqrafiyası #təs rusca #təs inglisça #təs fransızca #təs sözünün istifadəsi #sözlük