cə sözü azərbaycan dilində

Yazılış

  • cə • 89.8172%
  • Cə • 8.3551%
  • CƏ • 1.8277%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti
Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti — 1904–1919-cu illərdə fəaliyyət göstərmiş qeyri-hökumət humanitar qurumu. == Haqqında == Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti Ələkbər bəy Rəfibəylinin təşəbbüsü ilə yaradılmışdı. Nizamnaməsi 1906-cı il iyunun 30-da Gəncə qubernatoru tərəfindən təsdiq edilmişdi. == İdarəetmə == Cəmiyyət İdarə Heyəti və ümumi iclas tərəfindən idarə olunurdu. Nizamnaməyə görə, idarə heyəti sədr, onun müavini, xəzinədar, katib və cəmiyyət üzvləri sırasından ümumi iclasda bir il müddətinə seçilən 3 üzvdən ibarət idi. Cəmiyyətin 4 nəfər ömürlük-fəxri üzvü vardı. 1914-cü ildən 1919-cu ilə kimi Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin tərkibi aşağıdakı şəxslərdən ibarət idi: Nəzarət-Təftiş Komissiyası: Cəmiyyətin fəxri üzvləri (ömürlük üzvlər ayda 200 manat, digər üzvlər 20 manat üzvlük haqqı ödəyirdilər): Sadəcə üzvlər (ayda 5 manat üzvlük haqqı ödəyirdilər): == Faəliyyət == Nizamnamədə cəmiyyətin kasıb müsəlman uşaqlarının Rusiya və onun hüdudları xaricindəki orta və ali təhsil müəssisələrinə daxil olub oxumalarına, habelə xəstəxana və başqa səhiyyə ocaqlarında müalicə olunanlara yardım etmək məqsədilə yaradıldığı göstərilirdi. Cəmiyyətin vəsaiti üzvlük haqlarından, habelə şəhər sakinlərinin köçürdüyü ianələrdən, cəmiyyətin təşəbbüsü və iştirakı ilə keçirilən tamaşalardan, konsert və rəqs gecələrindən və s.-dən əldə edilən gəlirlərdən ibarət idi. Xeyriyyə məqsədilə keçirilən hər bir konsert və ya digər tədbir üçün əvvəlcədən Gəncə qubernatorundan icazə alınmalı idi. Cəmiyyət şəhərdəki ikisinifli müsəlman məktəbinin şagirdlərinə, Qarabağ və Zəngəzurda erməni-daşnaklar tərəfindən soyqırıma məruz qalmış türk-müsəlman əhaliyə yardım məqsədilə tamaşalar və konsertlər təşkil edirdi.
Gəncə Tibb Cəmiyyəti
"Yelizavetpol Tibb Cəmiyyəti" və ya "Gəncə Tibb Cəmiyyəti" — Azərbaycanda ilk səhiyyə-sağlamlıq cəmiyyəti == Haqqında == "Yelizavetpol Tibb Cəmiyyəti" Xudadat bəy Rəfibəylinin təşəbbüsü və rəhbərliyi ilə 1914-cü ildə yaradılmışdır. Bu cəmiyyətin əsas məqsədi Gəncədə yoxsullara, kimsəsizlərə pulsuz tibbi yardım göstərmək idi. Cəmiyyətin fəal üzvləri Həsən bəy Ağayev, Həmzə bəy Zeynalov, Musa bəy Rəfiyev və s. şəxslər idi. "Yelizavetpol Tibb Cəmiyyəti" Bakı, Şuşa, Şəki və şəhərlərdə fəaliyyət göstərən digər cəmiyyətlərlə daim sıx əlaqədə olurdu.
Gərgər (Cəlaloğlu)
Gərgər, Gyargyari hay, Herher — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-şərqdə, Gərgər çayının sahilində yerləşir. Erməni mənbələrində kəndin adı Gərgər, Gyargyari hay, Herher formalarında qeyd edilir. Toponim yunan tarixçisi Strabonun «Coğrafiya» əsərində qeyd edilən qədim qarqar türk etnonimi əsasında əmələ gəlmişdir. Gərgər, qarqar türk etnoniminin fonetik variantıdır. Qarqar etnonimi həm də herher, xerxer fonetik variantlarında Azərbaycan toponomiyasında iştirak edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə ermənilərlə yanaşı 4 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə onlar sıxışdırılaraq kənddən çıxarılmışdır.
Gəzən cəsəd sindromu
Gəzən cəsəd sindromu yaxud Kotar sindromu — ipoxondrik ,nigilistik(inkar) sayıqlamalarının və depressiv əlamətlərin birləşməsindən ibarət olan sindromdur. Xəstələr heç vaxt ölməyəcəklərini və həyatları boyu əzab-əziyyət çəkəcəklərini söyləyirlər. Onlar nəinki özlərini, həmçinin ətrafdakı adamların da iztirab içində yaşadıqlarını deyir və bunun üçün təqsirkar olduqlarını bildirirlər. Yeməkdən imtina edərək həmişə tox olduqlarını söyləyirlər. Belə xəstələr bütün günü əli qoynunda gəzərək tezliklə bütün dünyanın suda qərq olacağını və hamının məhv olacağını deyirlər. Başqa birisi bütün daxili orqanların yoxluğundan, beyninin çürüməsindən şikayətlənir, yüz illər belə ağır vəziyyətdə yaşayacağını söyləyir. Bu sindrom ,əsasən, qocalıq psixozlarında rast gəlinir. == Ümumi məlumat == Sindromun ikinci adı "Kotard"dır. Kotard sindromu ilk dəfə 1880-ci ildə Fransız nevroloq Cules Kotard tərəfindən kəşf edilib, ruhi xəstəlikdir. Bu xəstəliyə tutulanlar ölü olduqlarını düşünürlər.
Hacı Cəbrayıl Əlizadə
Hacı Cəbrayıl Zərbəli oğlu Əlizadə (15 yanvar 1941, Nardaran – 29 mart 2013) — Vəhdət Partiyasının sabiq sədri, Bakı və Kəndlər Birliyinin sabiq sədri, Sabunçu Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Nardaran Qəsəbə Sovetinin sabiq sədri. == Həyatı == Hacı Cəbrayıl Zərbəli oğlu Əlizadə 15 yanvar 1941-ci ildə Nardaran kəndində anadan olmuşdur. 1959-cu ildə Nardaran kənd orta məktəbini bitirmişdir. 1967–1972-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunın əmtəəşünaslıq fakültəsində ali təhsilini almışdır. 1971–1991-ci illərdə Abşeron Sovxoz Fəhlə İstehlak Cəmiyyətində çalışmışdır. Hacı Cəbrayıl Əlizadə 2002-ci ildə Nardaranda baş verən hadisələr səbəbi ilə qısa müddətli həbs edilmişdir. Hacı Cəbrayıl Əlizadə 29 mart 2013-cü ildə saat 16 radələrində ölmüşdür. Onun dəfn mərasimi 30 mart 14:30-da keçirilmiş və cənazəsi Nardaran qəsəbəsində dəfn edilmişdir. == İctimai-siyasi fəaliyyəti == Hacı Cəbrayıl Əlizadə Azərbaycan Xalq Hərəkatının aktiv üzvlərindən olmuşdur. 1991-ci ildə Nardaran Qəsəbə Sovetinin sədri olmuşdur.
Hacı Cəfər Məscidi
Hacı Cəfər məscidi — XIX əsrin əvvəllərində Azərbaycanın Quba şəhərində tikilmiş tarixi-memarlıq abidəsi. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il avqustun 2-də verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Hacı Cəfər məscidi 1905-ci ildə Quba şəhərinin mərkəzində tikilib. Şəhərin ən böyük məscididir, sahəsi 400m² təşkil edir. Deyilənə görə məscid Hacı Cəfər tərəfindən tikildiyinə görə onun adını alıb. Şəhərin yaşlılarının dediklərinə görə Quba soyqırımında ermənilər qocaları, qadınları və uşaqları bu məscidə toplayıb diri-diri yandırmaq istəyiblər. Həmin vaxt məscidin axundu olmuş Hacı Baba bunun qarşısını alıb. Hacı Baba evində kimsəsiz erməni qızlarını öz qızları kimi böyüdüb, saxlayıb və bunu ermənilərə bildirib. Deyib ki, biz sizin qızlarınıza öz övladlarımız kimi baxırıq, əvəzində siz bizi öldürmək istəyirsiniz. Bundan sonra ermənilər insanları yandırmaqdan vaz keçirlər.
Hacı Cəlil məscidi (Göyçay)
Hacı Cəlil məscidi — XIX əsrdə Göyçayda tikilmiş abidə. Göyçay rayonunun Alpout kəndində yerləşir. == Haqqında == İbadət evi düzbucaqlı formadadır və kərpicdən inşa olunub. Məscidin bir tağvari giriş qapısı və səkkiz pəncərəsi var. Pəncərələrin altısı tağvari formadadır. İbadətgahın giriş qapısının yuxarı hissəsində “Əssələmu ələykə Ya Əba Əbdillah” yazısı həkk olunub. Məscidin bir günbəzi var. Günbəzin damı dəmir təbəqə ilə örtülüb. İbadət evinin damı da dəmir təbəqə ilə örtülüb və on dəmir sütun üzərində artırılıb.
Hacıabad (Cənubi Xorasan)
Hacıabad — İranın Cənubi Xorasan ostanının Qainat şəhristanının Zirkuh bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,333 nəfər və 1,026 ailədən ibarət idi.
Hacıismayıllı (Cəlilabad)
Hacıismayıllı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Seyidbazar kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Hacıismayıllı kəndi ərazisində tarixi qəbiristanlıq aşkar olunub. Müsahibimiz Cavid Babayev bildirir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin əməkdaşları orta əsrlərə aid qəbiristanlığı nəzarətə götürüb. Bu və digər oxşar tədqiqatlar göstərir ki, kənd yaşayış məntəqəsi kimi qədim və zəngin tarixə malikdir. == Toponimikası == Muğan düzündədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Şatırlı kəndindən köçmüş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Hacıismayıllı kəndin əsasını qoymuş nəslin adıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 512 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Hacılı (Cəbrayıl)
Hacılı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun eyniadlı inzibati-ərazi vahidinə daxil olan bir kənddir. Kənd düzənlikdə yerləşir. Cəbrayıl şəhərindən 5 km cənubdadır. == Tarixi == Rusiya İmperiyası dövründə Hacılı 1 və Hacılı 2 kəndləri Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının eyniadlı kənd dairəsinə daxil idi. Sovet işğalından sonra Hacılı Azərbaycan SSR-in Cəbrayıl rayonunda eyniadlı kənd sovetliyinin tərkibinə daxil idi. Kənddə klub, kitabxana və tibb mərkəzi var idi. 1933-cü ildə Azərbaycan SSR-in Xalq Təsərrüfatının Uçotu İdarəsi (AzNEA) tərəfindən hazırlanmış "Azərbaycan SSR-in İnzibati Bölgüsü" nəşrinə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, Azərbaycan SSR-in Cəbrayıl rayonunun Daş Veysəlli kənd sovetliyinə daxil olan Hacılı kəndində 79 təsərrüfat (17 ümumiləşdirilmiş və 62 xüsusi sahibkar) və 296 sakin (153 kişi və 143 qadın) var idi. Daş Veysəlli kənd sovetliyinin bütün əhalisi türklərdən (azərbaycanlılardan) ibarət idi. 1993-cü ilin avqustunda Qarabağ müharibəsinin nəticəsi olaraq kənd Ermənistan qüvvələri tərəfindən işğal olunmuşdur. 19 oktyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Hacılı kəndinin bir hissəsinin Azərbaycan Ordusu tərəfindən azad edildi.
Hacıməmmədli (Cəlilabad)
Hacıməmmədli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Şabanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Hacıməmmədli oyk, sadə. Ağdam rayonunun Əfətli inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi kəbirlilərin ulubabalı qoluna mənsub hacıməmmədli (tam adı hacıməhəmmədhüseynli) tirəsinin Ağburun adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır; Lənkəran ovalığındadır. Yaşayış məntəqəsi hacıməmmədli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 357 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Hafiz Cəfərov
Hafiz Yusif oğlu Cəfərov (26 aprel 1946, Bakı) — atıcılıq üzrə Azərbaycanlı məşqçi. Olimpiya çempionu Zemfira Meftahətdinovanın məşqçisi. == Həyatı == Hafiz Cəfərov 26 aprel 1946-cı ildə Bakı şəhərində anadan olub. Hafiz Cəfərov 1970-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. == Fəaliyyəti == Hafiz Cəfərov 1976-cı ildən atıcılıq üzrə Azərbaycan yığmasının baş məşqçisidir. Bu müddət ərzində onun tələbələrindən, Valeri Timoxin Dünya Çempionatlarının gümüş medalları qazanıb, Zemfira Meftahətdinova isə Olimpiya çempionu olub. Hafiz Cəfərov 2000-ci ildə "Şöhrət" ordeninə, 2004-cü ildə "Tərəqqi" medalına, 2008-ci ildə isə "Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb.
Haitinin Cənub-Şərq departamenti
Cənub-Şərq departamenti (fr. Le département du Sud-Est, h.kreol Sidès) — Haiti Respublikasının 10 departamentindən biri. Sahəsi — 2 034 km², əhalisi — 575 293 nəfər (2009-cu ildə). İnzibati mərkəzi — Jakmel.
Haitinin Cənub departamenti
Haitinin Cənub departamenti (fr. Le Département du Sud, h.kreol Sid) — Haiti Respublikasının 10 departamentindən biri. Sahəsi — 2654 km², əhalisi — 704 760 nəfər (2009-cu ildə). İnzibati mərkəzi — Le-Ke.
Hakim Cəfərov
Heyvandarlıq Zərbəçi Cəbhədir (1981)
Heyvandarlıq zərbəçi cəbhədir (film, 1981)
Hidayət xeyriyyə cəmiyyəti
Hidayət xeyriyyə cəmiyyəti - əsas məqsədi qoçular və qatillərlə mübarizə aparmaq, dini fanatizmə qarşı çıxmaq olan cəmiyyət. 1904-cü ildə yaradılan cəmiyyətin idarə heyətində Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Mirməhəmməd Kərim Bakuvi, Molla Ruhulla Məmmədzadə, Əhməd bəy Ağaoğlu, Mustafa bəy Əlibəyov və digərləri olub. Cəmiyyətin üzvləri daima öz fikirlərinə və əməllərinə görə cinayətkarlar və dini radikallar tərəfindən təqiblərə məruz qalıblar. == Haqqında == Hidayət Xeyriyyə Cəmiyyəti 1904-cü ildə Bakıda yaradılıb. Cəmiyyətin yaradıcıları əsasən ruhanilər və ziyalılar idi. Onların əsas məqsədi Bakıda insanları narahat edən qoçular və qatillərlə mübarizə aparmaq, dini fanatizmin qarşısını almaq olub. Camaatı incidən, küçələrdə qadınları təhqir edən şəxslər cəmiyyətin üzvləri tərəfindən müəyyən edilir və onların barəsində cəza tədbirləri görülməsi üçün adları general-qubernatora təqdim olunurdu. Hidayət Xeyriyyə Cəmiyyətinin on nəfərdən ibarət idarə heyəti var idi. Bunlar Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Mir Məhəmməd Kərim, Molla Ruhulla Məmmədzadə, Əhməd bəy Ağaoğlu, Mustafa bəy Əlibəyov və digərləri idilər. Cəmiyyətin nizamnaməsini Əhməd bəy Ağaoğlu yazıb.
Hüseyin Cəfərov
Hüseynallar (Cəbrayıl)
Hüseynalılar, Hüseynallar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Hacılı kənd inzibati ərazi dairəsində kənd. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsi inqilabdan əvvəl Cəbrayıl qəzasının hacılı icmasına mənsub hüseynalılar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Hüseynalılar (Cəbrayıl)
Hüseynalılar, Hüseynallar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Hacılı kənd inzibati ərazi dairəsində kənd. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsi inqilabdan əvvəl Cəbrayıl qəzasının hacılı icmasına mənsub hüseynalılar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Həbib Cəbiyev
Həbib Pirican oğlu Cəbiyev (sentyabr 1899, Balaxanı, Bakı qəzası – 21 aprel 1938, Bakı) — siyasi və dövlət xadimi, publisist. == İlk illər == Həbib Pirican oğlu Cəbiyev 1899-cu ildə Balaxanıda anadan olub. Ailədə 2 qardaş olublar: Həbib Cəbiyev və Ağahüseyn Cəbiyev. Atası Pirican Cəbiyev Nobel qardaşları ilə birgə fəaliyyət göstərib. Hacı Zeynalabdin Tağıyev və Arafelovla birgə o vaxt "Novıy Ararat" şirkətini təsis ediblər(Xəyal Bünyadzadə."Cümhuriyyət" qəzeti, 21–27 aprel 2023-cü il, " Mircəfər Bağırov neft maqnatının inqilabçı oğlunu niyə güllələdi"). Atası onu öz işinin davamçısı görmək istəmiş və bu arzu ilə 12 yaşlı Həbibi Bakı kommersiya məktəbinə qoymuşdur. Həmin illərdə sosial ədalətsizliklər, fəhlələrin ağır və məşəqqətli həyatı, maddi çətinliklərə qarşı etirazlar yeniyetmə Həbibdə inqilabi əhvali-ruhiyyə yaratmışdı. O, tez-tez kommersiya məktəbində kor-koranə yaranan toplanış və yığıncaqlarda iştirak edir və narazılıqlarını açıq söyləyirdi. O, eyni zamanda məktəbdə yaradılmış gizli şagird dərnəyinə üzv olur və bu dərnəyin işində fəal iştirak edirdi. == İnqilaba gedən yol və partiya işləri == 1916-cı ilin sonlarında Həbib Cəbiyev müharibə (Birinci Dünya müharibəsi) əleyhinə apardığı təbliğata görə həbs edilərək iki gün polis sahəsində saxlanılır.
Həkim Cəbrayil
Həkim Cəbrayil(vəfatı 1616). == Həyatı == Həkim Cəbrayil Həkim Məhəmməd Bəqərin oğlu. Tibb elmini Qəzvin və İsfahan şəhərlərində öyrənmişdi, mehriban xasiyyəti və səhavətinə görə şöhrət tapmışdı. Təhsilini başa vurandan sonra, şahın əmri ilə Ərdəbilin "Darül-İrşad" mədrəsəsinə dərs deməyə göndərilmişdi. Müəyyən müddətdən sonra, o, Ərdəbili tərk edib, Hindistana yollanır və Əbdürrəhim Hani-Hanan adında xeyriyyəçinin sarayına yol tapır. Lakin Həkim Cəbrayıl orada çox qalmır və Hindistanın Dekkan əmirliyinə üz tutur. Orada, o, Qolkunda şəhərinin hökmdarı Məhəmmədqulu Qütb Şahın himayəsini qazanır və ölümünə qədər orada yaşayır.
Həmdulla Cəfərov
Həmdulla Yunis oğlu Cəfərov (15 iyun 1962, Quba) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Həmdulla Cəfərov 1962-ci il iyunun 15-də Quba şəhərində anadan olub. St. Peterburq Maliyyə-İqtisad İnstitutunda sənayenin planlaşdırılması üzrə ali təhsil alıb. Rus dilini bilir. Bitərəfdir. Həmdulla Cəfərov ailəlidir, 2 övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan təkrar parlament seçkilərində 63 nömrəli Quba dairəsindən bitərəf namizəd olan Həmdulla Cəfərov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Həmdulla Cəfərov Milli Məclisin Büdcə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Həmid Cəfərli

"cə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cə nədir? #cə sözünün mənası #cə nə deməkdir? #cə sözünün izahı #cə sözünün yazılışı #cə necə yazılır? #cə sözünün düzgün yazılışı #cə leksik mənası #cə sözünün sinonimi #cə sözünün yaxın mənalı sözlər #cə sözünün əks mənası #cə sözünün etimologiyası #cə sözünün orfoqrafiyası #cə rusca #cə inglisça #cə fransızca #cə sözünün istifadəsi #sözlük