sə sözü azərbaycan dilində

Yazılış

  • sə • 90.1170%
  • Sə • 8.5826%
  • SƏ • 1.3004%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dövri sistemin səkkizinci periodu
8-ci period elementləri — yeddinci periodda yerləşən elementlərdir. Bu periodda Aktinoidlərlə birlikdə 32 element yerləşir.
Döyüş sənəti
Şərq döyüş növlərinin tarixi Şaolin Məbədinə əsaslanır. Çində, Yaponiyada, Koreyada və digər Asiya ölkələrində yaranan bu döyüş növlərinin qismən də olsa bir-birinə oxşamasına səbəb onların Şaolin Məbədində yaranan Uşu ilə sintezidir. Belə ki, Kunq Fu yarandğı vaxtlarda onu çinlidən başqasına öyrətmək qadağan idi. Lakin bəzi çinli tacirlər Asiya ölkələrinə səfər zamanı Kunq Fu ilə maraqlanan bəzi adamlara öyrətdilər.
Dül-i Alan (Sərdəşt)
Dül-i Alan (fars. دول الان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşaış yoxdur.
Dülkan (Sərdəşt)
Dülkan (fars. دولكان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 286 nəfər yaşayır (64 ailə).
Dülmir (Sərdəşt)
Dülmir (fars. دول مير‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Dülşərixə (Sərdəşt)
Dülşərixə (fars. ‎دول شريخه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Dülə-i Gərm (Sərdəşt)
Dülə-i Gərm (fars. دوله گرم‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 392 nəfər yaşayır (89 ailə).
Düləbi (Sərdəşt)
Düləbi (fars. دوله بي‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 88 nəfər yaşayır (17 ailə).
Düləh (Sərdəşt)
Düləh (fars. دوله‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 76 nəfər yaşayır (17 ailə).
Dünya Erotik Sənət Muzeyi
Dünya Erotik Sənət Muzeyi (ing. The World Erotic Art Museum) — ABŞ-nin Florida ştatının Mayami Biç şəhərində yerləşən muzey. Muzeyin sahibi Naomi Vilziqdir. == Tarixi == Daha əvvəldən gəzinti sərgilərlə xidmət edən muzey 2005-ci ildən Florida ştatında daimi bir məkana sahib olmuşdur. == Eksponatları == Bu muzeyin dünyanın ən böyük erotik sənət kolleksiyasına sahibdir.
Dünya Səviyyəsində Şəbəkə
Ümumdünya hörümçək toru və ya Ümumdünya Şəbəkəsi (ing. World Wide Web, qısaca: WWW və ya veb) — internet üzərindən məlumat mübadiləsini təmin edən informasiya sistemi. Bu, İT mütəxəssisləri və həvəskarlarından başqa istifadəçilərə də müraciət etməsi üçün nəzərdə tutulmuşdur. Ümumdünya hörümçək toru sənədlərə və digər veb-resurslara "Hypertext Transfer Protocol" (HTTP) xüsusi qaydalarına uyğun olaraq internet üzərindən daxil olmaq imkanı verir. Sənədlər və endirilə bilən media veb-serverlər vasitəsilə şəbəkəyə təqdim edilir və onları veb-brauzerlər kimi proqramlar vasitəsilə əldə etmək mümkündür. Ümumdünya internetdəki serverlər və resurslar vahid resurs lokatorları (URL) adlanan simvol sətirləri vasitəsilə müəyyən edilir və yerləşdirilir. Orijinal və hələ də çox yayılmış sənəd növü "Hypertext Markup Language" (HTML) ilə formatlanmış veb-səhifədir. Bu işarələmə dili sadə mətni, şəkilləri, quraşdırılmış video və audio məzmunu, mürəkkəb istifadəçi qarşılıqlı əlaqəsini həyata keçirən skriptləri (qısa proqramları) dəstəkləyir. HTML dili həmçinin digər veb resurslarına dərhal çıxışı təmin edən hiperlinkləri (yerləşdirilmiş URL-lər) dəstəkləyir. Veb naviqasiyası və ya veb-sörfinq bir çox veb-saytlarda bu cür hiperlinkləri izləmək üçün istifadə olunan ümumi təcrübədir.
Düzələn səhvlər (film, 1986)
Düzələn səhvlər (ing. Righting Wrongs, kantonca: Zhi fa xian feng) — 1986-cı ildə döyüş janrında çəkilən filmdir. Filmin ABŞ versiyasında adı "Qanun naminə" (ing. Above the Law) kimi səslənir. == Məzmun == Hsia Linq-Çenq mafiya başçısını müxtəlif cinayətlərlə bağlı ittiham edən cavan vəkildir. Lakin Yeni Zelandiyada son məhkəmə ərəfəsində əsas şahid naməlum səbəbdən silahlılar tərəfindən öldürülür və Hsia onu xilas edə bilmir. Bu səbəbdən Hsia Linq-Çenq məhkəmə işi ilə şəxsən məşğul olmağa başlayır... == Rollarda == == Maraqlı faktlar == Filmin Kanton, Mandarin və İngilis versiyalarında sonluğu fərqlənir. Kanton versiyasının sonluğunda Hsia ölür. İngilis versiyasında Hsia sağ qalır və 8 il iş verilir.
Dəhnə (səhra)
Dəhnə və ya Kiçik Nefud (ərəb. صحراء الدهناء‎) — Yaxın Şərqdə, Ərəbistan yarımadasının mərkəzində yerləşən səhra. Səhra ensiz (20–70 km) və uzunsov formada yayılmışdır. 1200 km şimaldan cənub-şərqə uzanır. Şimaldan Böyük Nefud səhrası və cənub-şərqdən isə Rub-əl-Xali səhrası ilə birləşir. Qərbdən Tuvayk dağları ilə əhatələnir. Şərqdən Əl-Xasa səhrasına keçir. 100 qərbdə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhəri yerləşir.
Dəyanət Səlimxanlı
Səlimxanlı Dəyanət Fətulla oğlu — şair, publisist, Məmməd Araz ali ədəbi mükafatı laureatı (1994). == Həyatı == Dəyanət Səlimxanlı 1960-cı il iyulun 1-də Azərbaycanda Yardımlı rayonunun Çanaxbulaq kəndində anadan olmuşdur. Burada kənd yeddiillik məktəbi, qonşu Bərcan kəndində orta məktəbi bitirmişdir. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1983–1989). Əmək fəaliyyətinə Sumqayıt şəhərindəki 2 saylı yataqxanada tərbiyəçi müəllim kimi başlamışdır (1989–1990). "Açıq söz" qəzetində müxbir, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində böyük redaktor işləmişdir (1991–1992). Bir müddət fərdi yaradıcılıqla məşğul olmuşdur. Hazırda "Respublika" qəzetinin ştatdankənar müxbiridir (2002-ci ildən). Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. İlk mətbu şeri "Qayıt ata" 1983-cü ildə "Azərbaycan qadını" jurnalında çıxmışdır.
Dəşti (Sərdəşt)
Dəşti (fars. دشتي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 91 nəfər yaşayır (14 ailə).
Dəştə (Sərdəşt)
Dəştə (fars. دشته‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 37 nəfər yaşayır (8 ailə).
E'timad ü səltənə
Məhəmmədhəsən xan Müqəddəm (1843, Marağa, Şərqi Azərbaycan ostanı – 1896, Tehran)-İranda çap işinin yaradıcılarından biri, tərcüməçi == Həyatı == Məhəmmədhəsən xan Hacı Əli xan oğlu 1843-cü ildə Marağa şəhərində andan olmuşdu. Tehran Darülfünunu bitirmişdi. O, Iran dövlətinin böyük şəxsiyyətlərindən biri idi. Cənubi Azərbaycanda və Iranda elmi dərnəklərin təşkilində, rəsmi qəzetlərin yaradılmasında, yayılmasında, maraqlı əsərlərin tərcüməsində, yeni əsərlərin yazılmasında onun böyük xidməti vardı. Iyirmi beş il ərzində mətbuat və maarifin ağırlığı Məhəmmədhəsən xanın çiyninə düşmüşdü. Məhəmmədhəsən xan Müqəddəm 1869-cu ildə Səniüddövlə ləqəbini almış, dövlət nəşiriyyat idarəsinə, eləcə də saray tərcümə idarəsinə başçılıq etmişdi. 1871-ci ildə dövlət, milli və elmi qəzetlərin nəşri ona tapşırılmışdı. Məhəhəmmədhəsən xan sonralar Etimadüssəltənə ləqəbini daşıyırdı. XIX yüzilin 80-ci illərində İranda kitab nəşrinin yeni mərhələsi başladı. Ölkədə ziyalıların maarifçi fəaliyyətləri və Avropa ilə əlaqələrin qurulması nəticəsində bir çox sahələrə mütəxəssis kadrlar hazırlamaq üçün elmi biliklər tədris edən kitabların tərcüməsinə və nəşrinə böyük ehtiyac vardı.
Eldar Səfərov
Eldar Səfərov (gimnast) — 2015-ci il Avropa Oyunlarının bürünc medalçısı Eldar Sabiroğlu — Azərbaycanın dövlət xadimi,.
Eldar Səfərov (gimnast)
Eldar Səfərov (30 yanvar 1995, Bakı) — Azərbaycanı təmsil edən idman gimnastı. Eldar Səfərov 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatılıb və bürünc medal qazanıb. == Həyatı == Eldar Səfərov 1995-ci il 30 yanvarda Bakı şəhərində anadan olub. 2001-ci ildən idmanla məşğul olan Eldar Səfərov Dağıstan Dövlət Universitetinin məzunu olub. == Karyerası == Eldar Səfərov birinci uğurunu 2013-cü ildə qazandı. O, Azərbaycan Çempionatının qızıl medalına sahib oldu. 2015-ci ildə isə Eldar Səfərov I Avropa Oyunlarında qatıldı. Səfərov bu yarışlarda komanda yoldaşları Oleq Stepko və Petro Paxnyuk ilə birgə bürünc medal qazandı. Eldar Səfərov Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edildi.
Eldar Səfərov (siyasətçi)
Eldar Sabir oğlu Səfərov (4 yanvar 1957, Zəhmət, Zəngibasar rayonu) — Azərbaycanın dövlət, hərbi siyasi və ictimai xadimi, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri (1994–2000), 1998-ci ildə prezident seçkilərində prezidentliyə namizəd Heydər Əliyevin mətbuat katibi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi (2007–2013). == Həyatı == Eldar Səfərov 1957-ci il yanvarın 4-də Zəngibasar rayonunun Zəhmət qəsəbəsində anadan olub. Zəhmət qəsəbəsindəki orta məktəbi bitirmişdir. Ardınca Ermənistan Dövlət Pedaqoji İnstitutunda filologiya üzrə, Ali Partiya Məktəbində politologiya üzrə, Bakı Dövlət Universitetində isə hüquq üzrə ali təhsil almışdır. 1979–1980-ci illərdə Sovet Ordusunun həqiqi hərbi xidmətdə olmuşdur. Rus, erməni, türk dillərini bilir. 2 övladı var. == Üzvlükləri == Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur (1994-?). 1983-cü ildə SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Eldəniz Səlimov
Eldəniz Adil oğlu Səlimov (2 noyabr 1976, Xaçmaz) ― Azərbaycan Respublikasının Milli Məclisinin V və VI çağırış deputatı. == Həyatı == Eldəniz Səlimov 1976-cı il oktyabrın 2-də Xaçmaz şəhərində anadan olub. Eldəniz Səlimovun atası – Adil Səlimov dəmiryolçu olub. 1983-cü ildə Xaçmaz şəhəri 45 №-li tam orta məktəbin birinci sinfinə gedən Eldəniz Səlimov, 1993-cü ildə həmin məktəbi bitirdi. Eldəniz Səlimov 2000–2002-ci illərdə Vergi Nazirliyinin Xaçmaz rayonu üzrə Vergilər şöbəsində dövlət vergi müfəttişi, 2002-ci ildə 1 saylı Ərazi Vergi İdarəsində, 2002–2010-cu illərdə isə 3 saylı Ərazi Vergi İdarəsində dövlət vergi müfəttişi və baş dövlət vergi müfəttişi kimi çalışmışdır. 1993–1998-ci illərdə Dağıstan Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alan Eldəniz Səlimov, rus dilini bilir. 2011–2012-ci illərdə "TexnikaBank" ASC-nin Xaçmaz filialının müdirinin müavini vəzifəsində fəaliyyət göstərmiş, 2013–2014-cü illərdə Müdafiə Nazirliyinin "Üfuq" İstehsalat Birliyinin Xaçmaz Kondensator Zavodunda mühəndis-iqtisadçı, 2014–2015-ci illərdə Xaçmaz rayon İcra hakimiyyətinin başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışmışdır. === Ailəsi === Eldəniz Səlimov ailəlidir, bir oğlu və bir qızı var. == Siyasi fəaliyyəti == Eldəniz Səlimov 2015 və 2020-ci il parlament seçkilərində 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyası namizədi olaraq Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. O, 2010–2015-ci illərdə Milli Məclisin Aqrar siyasət Komitəsinin üzvü olmuşdur.
Elektron kitab (sənəd)
Elektron kitab — hər hansı mövzuda yazılmış kitabın elektron formasıdır. Elektron kitab elektron nəşrin bir qoludur. == Elektron kitab == Elektron kitab sözü bir çox mənada istifadə olunur. Elektron kitab (sənəd), elektron kitab (qurğu). Elektron formasında yazılmış kitaba elektron kitab deyilir. Elektron kitab hər hansı mövzuda yazılmış kitabın elektron formasıdır. Elektron kitab elektron nəşrin bir qoludur. Elektron kitab bu və ya digər formatda, məs: Microsoft Word kimi mətn redaktorlarında yaradılan DOC formatında, hipermətn dili (HTML – Hiper Text Markup Language, hipermətnə nişan qoyma dili) – vasitəsilə yaradılan mətn formatında və ya (ZIP, RAR, ARY) – sıxılmış (arxivləşdirilmiş) formatda yayımlanmış kitab mətnlərindən ibarətdir. Həmin mətnlər HTML dilinin vasitəsilə müxtəlif freym strukturların yaradılması, mətn və şəkillərin formatlaşdırılması, siyahı və cədvəl strukturlarının təşkil edilməsi, şərh və istinadların daxil edilməsi əsasında yaradılır. Bir neçə il əvvəl mətn blokunun formatları olan hipermətn HTML və ya PDF (Portable Document Format, sənədlərin keçirilə bilən formatı) formatları elektron nəşrlərə multimedia komponentlərinin daxil edilməsi imkanına malik olan yeganə formatlar idi.
Elektron sənaye
Elektron sənaye – maşınqayırmanın ən yeni sahəsi. Elketron cihazları, elektron-hesablama maşınlarını istehsal edir ki, bunlar da hesablama texnikasında, təsərrüfatın bütün sahələrində və ölkənin müdafiəsində istifadə olunur. Bunlara çox saf, keyfiyyətli və bahalı materiallar işlənilir.
Elektron sənəd
Elektron sənəd — informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd. Hər hansı bir faylı elektron sənəd adlandırmaq üçün bu fayl e-imza ilə kodlaşdırılmalıdır. Elektron sənəddə dəyişiklik etməyə icazə verilmir. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir. Elektron sənəd dövriyyəsi — informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya proseslərini nəzərdə tutur. Elektron sənəd dövriyyəsində istifadə olunan proqramlar, texniki vasitələr və texnologiyalar isə elektron sənəd dövriyyəsi vasitələri hesab olunur.
Elgün Səfərov
Elgün Firdovsi oğlu Səfərov (5 iyun 1982) – hüquq üzrə fəlsəfə doktoru, Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini, beynəlxalq hüquq, insan hüquq və azadlıqları üzrə ekspert. == Haqqında == Elgün Səfərov 5 iyun 1982-ci ildə anadan olmuşdur. 1999–2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr pilləsi üzrə ali təhsil almışdır. 2003–2005-ci illərdə BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin magistr pilləsini fərqlənmə dərəcəsi ilə bitirmişdir. Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var. == Fəaliyyəti == === Elmi və pedaqoji fəaliyyəti === O, 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin aspiranturasına daxil olmuş, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Müasir dövrdə BMT-nin Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində fəaliyyəti (Beynəlxalq hüquqi məsələlər)" mövzusu üzrə elmi işini müdafiə etmişdir. 50-dən çox elmi əsəri Azərbaycanda, Ukraynada, Rusiya Federasiyasında və digər ölkələrdə çap edilmişdir. Elmi araşdırmaları əsasən insan hüquqlarının müdafiəsi, BMT-də islahatlar, Avropa İttifaqının qanunvericiliyi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi və s. mövzular üzrə olmuşdur.

sözünün leksik mənası və izahı

"sə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sə nədir? #sə sözünün mənası #sə nə deməkdir? #sə sözünün izahı #sə sözünün yazılışı #sə necə yazılır? #sə sözünün düzgün yazılışı #sə leksik mənası #sə sözünün sinonimi #sə sözünün yaxın mənalı sözlər #sə sözünün əks mənası #sə sözünün etimologiyası #sə sözünün orfoqrafiyası #sə rusca #sə inglisça #sə fransızca #sə sözünün istifadəsi #sözlük